b)
ünsiyyətin şərtlərinə uyğun ifadə və üslub seçmək;
c)
yalnız içində olduğunuz cəmiyyətin qəbul etdiyi linqvistik və davranış
qaydalarından istifadə etmək.
Bütün bu ümumi qaydalarla yanaşı mədəni nitqin linqvistik və üslub baxımından da
müəyyən tələbləri vardır. Mədəni nitq istənilən halda düzgün, aydın, dəqiq, təmiz,
rabitəli və zəngin olmalıdır.
Düzgünlük
mədəni nitqin əsas kommunikativ keyfiyyətidir. Məhz düzgün qurulan
nitq ünsiyyət iştirakçılarının bir-birini anlamasını təmin edir. Əksinə düzgün
qurulmayan nitq qavramada problem yaradaraq alıcını səhv yönləndirə bilər.
Düzgün nitq şifahi olarsa orfoepik, yazılı olarsa orfoqrafik qaydalara əməl etməyi
nəzərdə tutur. Nitqin düzgünlüyü uyğun variantın seçilməsi ilə birbaşa əlaqəlidir.
Məsələn, bəzi sözlərin yazılış qaydaları arasında bənzərlik onların səhv yazılmasına
səbəb olur. Bunlara misal olaraq bir saitlə fərqlənən sözləri göstərmək olar: əsl-əsil,
əsr-əsir, nəfs-nəfis, həsr-həsir. Yaxud feil, eyib, meyil, heyif, izin kimi sözlər “i”siz,
əksinə hüzn, qəhr, qəsr, sehr kimi sözlərdə isə sonda gələn iki samitin arasına sait
artırılır.
Dostları ilə paylaş: