Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 231,62 Kb.
səhifə19/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   15   16   17   18   19   20   21   22   ...   59
Mövzular 2023

4. BİLDİRİŞ. Bildiriş əməli yazıların sadə və çox işlənən formasıdır. Anons, bildiriş, afişa, reklam və s. kimi əməli yazılar elan xarakterlidir. Məzmun və məqsədinə, eləcə də əhatə dairəsinə görə bildiriş-elanlar müxtəlifdir. Bildiriş hər hansı bir tədbir (hadisə) haqqında müəyyən kollektivə və ya ictimayyətə əvvəlcədən verilən məlumat anlamındadır. Bildiriş (elan) yazılarkən aşağıdakı məqamlar diqqət mərkəzində saxlanmalıdır:
1. Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır;
2. Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalıdır;
3. Ayın tarixi, saatı və il dəqiq qeyd edilməlidir;
4. Tədbirin keçiriləcəyi yer, ünvan (ərazi, bina), lazım gələrsə təşkilatın yerləşdiyi otağın nömrəsi, varsa telefonu göstərilir;
5. Məlumatın kim tərəfindən verildiyi bilinməlidir;
6. Məlumatda hər hansı bir məsələ gizli saxlanıla bilər. Bildiriş respublika və ya şəhər miqyaslı olarsa qəzetdə, radio və televiziyada da verilə bilər.
5. ELAN. Elan çap olunmuş xəbərdir – müəyyən məlumatın əvvəlcədən çatdırılması nəzərdə tutulur.
Elana verilən tələblər:
-məzmun aydın qeyd olunmalıdır;
-vaxt dəqiq göstərilməlidir;
-tədbirin keçiriləcəyi yer yazılmalıdır;
-tədbirin təşkilatçısı qeyd olunmalıdır.
Elanın aşağıdakı növləri vardır: reklam, afişa, anons.
-reklam latın dilində “qışqırmaq” mənasındadır;
-afişa fransızca “tamaşa, konsert, idman yarışı haqqında elan” deməkdir;
-anons fransızca “müəyyən bir məsələ ilə bağlı radio və televiziyada əvvəlcədən verilən elan”dır.
6. ETİBARNAMƏ. Etibarnamə ərəbcə "etibar" ("nəzərə alma") və farsca "namə" ("məktub", "kağız") sözlərinin birləşməsindən yaranıb, "etibaretmə sənədi" mənasındadır. Etibarnamə bir şəxsin bir işin icrasını başqa birisinə etibar etdiyini bildirən sənəddir. Bir şəxsin və ya bir idarənin adından iş görmək üçün verilən bu rəsmi sənəd müəssisənin kadrlar şöbəsində, yaxud dövlət notariusu tərəfindən təsdiq olunur.
7. Əmr. "Əmr" sözü ərəb mənşəli olub iş, şey, sərəncam mənasındadır, bir işin görülməsi üçün verilən hökm, göstərişdir. Bu əməli yazı forması idarə, müəssisə, təşkilat və s. rəhbərinin rəsmi sərəncamıdır. Əmr müəssisənin xüsusi əmr blankında çap olunur. Vərəqin birinci sətrində əmr verən müəssisənin adı göstərilir. İkinci sətirdə böyük hərflə "Əmr" sözü yazılır. üçüncu sətirdə sol tərəfdən əmrin verildiyi tarix, sağ tərəfdə isə əmrin verildiyi şəhərin adı qeyd edilir. Altında aşağıdan əmrin verilmə səbəbi və ya məqsədi açıqlanır. Ondan aşağıdakı sətirdə vərəqin ortasında "əmr edirəm" sözləri gəlir. Sonra əmrin məzmunu verilir. Əmrin aşağı hissəsində əmrin əsası yazılır. Sonra əmri verən məsul şəxsin vəzifəsi, titulu, adı və atasının adlarının baş hərfləri və soyadı göstərilir. Rəhbərin imzasından sonra əmri hazırlayanın və əmri verməyə razılığı olan şəxsin imzası qeyd edilir. Əmrin icrası ilə bağlı qurumlara göndərilməsi haqqında göstəriş olur. İdarə rəhbərinin, məktəb direktorunun (rektorun) əmri, işə qəbul etmə, işdən xaric etmə, müəyyən iş tapşırma, komissiya yaratma, tədbir keçirmə və s. kimi əmrlər vardır.

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin