Rəsmi- işgüzar yazılı nitqin morfoloji xüsusiyyətləri. Nazirliklərin, idarə və müəssisələrin, vəzifə və vəzifəli şəxslərin adlarının yazılış qaydaları, fellərin işlənməsi işgüzar üslubun morfoloyi xüsussiyətini özündə əks etdirir. Bu yazılı nitqdə isimlərdən fərqli olaraq, sifətlər az işlənir. Saylara gəlincə rəsmi sənədlərdə tarixlər, vaxt, nömrələr dəqiqlik tələb etdiyi üçün onlardan daha çox istifadə olunur. Yuxarıda göstərdiyimiz kimi rəsmi sənədlərin hazırlanmsında fellər də isimlər qədər böyük rol oynayır. Təlimatların, protokollrın, aktların və s. hazırlanmasında fellərdən geniş istifadə olunur. Bu zaman konkret halların, hadisə və prosseslərin vaxtından və zamanından, təzahür formalarından və üsulundan asılı olaraq felin müxtəlif şəkilləri (əmr, vacib, xəbər, lazım, arzu şəkilləri) və zamanları işlənir
Rəsmi- işgüzar yazılı nitqdə konkret isimlərin işlənməsi xüsusi məqsəd güdür. Bununla belə qanunvericilik aktlarının xarakteindən asılı olaraq, cəza, cinayət, icra, şikayət haqqında kodekslərdə “rəhbərlik”, ”plan”, yoxlama”, “qərar”, ”üsul”, “istehsalat”, “müvəffəqiyyət” və sair mürəkkəb isimlər işlədilir. Bu qrup isimlərə mətnlərin giriş hissəsində və təsvir məqamlarında daha geniş yer verilir.
Nəzərə almaq lazımdır ki, dəftərxana sənədlərində, bir sıra müqavilələrdə tək və cəm halda olan konkret isimlərin işlənilməsi vacibdir. Vətəndaşlıq aktlarında, ayrı-ayrı sahələr üzrə məcəllə və əsasnamələrdə mücərrəd isimlərə tez-tez rast gəlinir. Onu da qeyd etmək lazımdır ki, işgüzar üslubda lar, -lər şəkilçisi ümumiləşdirmə məqsədilə və termin yaradıcılığı məqamlarında işlədilir. Bu ən çox diplomatik sənədlərin dilində, müqavilələrdə müşahidə edilir. «Tərəflər ümumi bir rəyə gələ bilmədilər» cümləsində göründüyü kimi, hər hansı iki dövlət və yaxud onların nümayəndəsi nəzərdə tutulur. -lar, -lər söz birləşməsi tərkibində ismin konkretləşməsinə xidmət edir: mülki münasibətlər, hüquqi münasibətlər, mülki hüquqlar, mülki işlər, əşyavi dəlillər, prosessual müddətlər və s.
İşgüzar sənədlərin tərtibi zamanı çalışmaq lazımdır kı, sənədin məzmununa xələl gətirən morfoloji vasitələrdən biri olan qeyri- müəyyən əvəzliklərdən istifadə edilməsin, çünki onlar əşya, fakt, hadisə və proseslər haqqında dəqiq məlumat və anlayış bildirmir. İşgüzar üslubda qeyri-müəyyən əvəzliklərdən istifadə olunması sənədlərin dilinin konkretliyini, dəqiqliyini və müəyyənliyini şübhə altına almaqla onun düzgün tətbiqi imkanlarını məhdudlaşdırır, bəzi hallarda isə, ümumiyyətlə, qeyri-mümkün edir.
Qeyd etmək lazımdır ki, işgüzar yazılı nitqdə şəxs əvəzliklərindən istifadə edilməsinin özünəməxsus xüsusiyyətləri vardır. Qrammatik qaydalara uyğun olaraq bu üslubda tərtib olunan rəsmi sənədlərin məzmununda əvəzliklərdən istifadə olunarkən onlar birinci şəxsin təkində işlədilir