Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 231,62 Kb.
səhifə22/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   18   19   20   21   22   23   24   25   ...   59
Mövzular 2023

20. TELEFONOQRAM. "Telefonoqram" yunanca tele(uzaq), fone(səs), qramme (yazı) sözlərinin birləşməsindən düzəlmişdir. Müəyyən bir məlumatı, hadisəni telefonla lazımi yerə çatdırmaq üçün telefonoqramdan istifadə olunur. Telefonoqrama verilən tələblər:
1. Telefonoqramın nömrəsi göstərilməlidir;
2. Telefonoqramın nə məqsədlə vurulması yazılmalıdır;
3. Çağırılan yerin ünvanı, tarix və saat dəqiq göstərilməlidir;
4. Telefonoqramı göndərən və qəbul edən şəxslər vəzifəsini, ad və soyadlarını, telefon nömrəsini, ayın tarixini dəqiq yazmalıdırlar;
21. TELEQRAM. "Teleqram" yunanca tele (uzaq), qramme (yazı) söz birləşmələridən yaranmışdır, "uzağa köçürmə" mənasındadır. Teleqram vasitəsilə müəyyən məlumat və ya müəyyən miqdarda pul uzaq məsafəyə təcili çatdırılır. Teleqramın yazılış forması:
1. Şəxsin ünvanı, adı və soyadı dəqiq göstərilməlidir;
2. Teleqramın məzmunu yığcam və aydın yazılmalıdır;
3. Rəqəmlər hərflərlə ifadə olunmalıdır.
22.TƏRCÜMEYİ-HAL (AVTOBİOQRAFİYA). "Tərcümeyi-hal" ərəbcə "tərci" (geri çevirmə, təkrar etmə) və hal (surət, vəziyyət) sözlərinin birləşməsindən düzəlmişdir. Tərcümeyi-hal şəxsin öz əli ilə həyatını ətraflı təsvir etməsi, özü haqqında tam məlumat verməsidir. Tərcümeyihalda şəxs özünün keçdiyi həyat yolunu əks etdirməklə bərabər, ata və anası, ailə üzvləri haqqında da məlumat verir. Tərcümeyi-hala verilən tələblər:
1. Tərcümeyi-hal sözü başlıq kimi vərəqin yuxarı hissəsində ortada yazılır;
2. Tərcümeyi-halda şəxs adını, atasının adını, soyadını, doğulduğu gün, ay, ili və yeri (şəhər, rayon, kənd) şəxsiyyət vəsiqəsində olduğu kimi dəqiq göstərir;
3. Məktəbdə oxuduğu dövrdə apardığı ictimai işləri və nailiyyətləri ardıcıl sadalayır.
4. Ailə üzvləri haqqında qısa məlumat verir;
5. Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılır, sonda şəxsi imza qoyulur və altında yazılma tarixi göstərilir;
23. TƏŞƏKKÜR. "Təşəkkür" ərəb mənşəli "şükr" sözündən olub yaxşı bir işə görə "minnətdarlıq", "razılıq etmə" anlamındadır.

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin