Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 231,62 Kb.
səhifə55/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   51   52   53   54   55   56   57   58   59
Mövzular 2023

Rəsmi-işgüzar üslub - sənədlərin, beynəlxalq müqavilələrin, dövlət aktlarının, qanunların, işgüzar sənədlərin və s. üslubudur. Bu üslub həmin sənədlərin aşağıdakı məzmun və məqsədləri ilə müəyyənləşir: praktik əhəmiyyətə malik məlumaün verilməsi, göstəriş və təlimatın verilməsi. Rəsmi işgüzar üslubun əsas xüsusiyyətləri:
• Şərhin yığcamlığı, dil vasitələrindən qənaətli istifadə;
• Materialın standart yerləşdirilməsi, formanın mütləqliyi; • Mülahizənin konkretliyi, bitərəfliyi, rəsmiliyi;
• Terminlərdən geniş istifadə;
Xüsusi frazeologiyanm, həmçinin çoxsaylı nitq standartlarının- qəliblərin mövcudluğu;
• Feldən yaranmış isimlərdən (əsasında, ona münasibətdə, ona görə və s.) istifadə;
• Sadalama xarakterli adlıq cümlələrdən istifadə;
• Mürəkkəb sintaktik quruluşlar;
• Emosional-ekspressiv nitq vasitələrinin olmaması.
Rəsmi işgüzar üslubun iki növü mövcuddur: rəsmi sənədlərin üslubu və gündəlik-işgüzar üslub.
Danışıq (məişət) üslubu ünsiyyət funksiyasını (vəzifəsini) yerinə yetirir. Danışıq (məişət) üslubununu xarakterik xüsusiyyətləri:
• Təsirlilik, mülahizənin əvvəlcədən düşünülməmiş olması;
• Emosional, sadə, ümumiləşdirilmiş olması;
• Gündəlik-məişət leksika və frazeologiyasından geniş istifadə;
• Qeyri-leksik vasitələrdən (intonasiya, vurğu, fasilə, nitqin sürəti və s.) istifadə;
Mülahizənin dialoq, az hallarda monoloq forması;
• Nitqə ədatlann, nidaların, ara sözlərin, xitabların daxil edilməsi;
• Sadə cümlələrin mürəkkəblərə nisbətən çoxluq təşkil etməsi;
• Əlavə, qoşma və bağlayıcı vasitələrdən istifadə edilməsi;
• Leksik təkrirlər, inversiyalar (söz sırasının pozulması).
Bədii üslub - bədii ədəbiyyatın dilidir. Bu üslub bədii mətnlərin məzmunu və ətrafdakılara, təsvir olunana öz münasibətini bildirmək, sözlə rəsmini çəkmək, hadisəni təsvir etmək və s. kimi əsas məqsədləri ilə müəyyən olunur. Bədii üslubun əsas xüsusiyyətləri:
• Obrazlılıq, emosionallıq;
• Kommunikativ və estetik vəzifələrin birliyi;
• Bütün üslubların leksika və frazeologiyasından geniş istifadə;
• Təsvir və ifadə vasitələrindən istifadə;
• Müəllifin fərdi yaradıcılığının aşkara çıxması. Aydındır ki, nitqin müxtəlif üslublarının, xüsusilə yazılı nitqdən şifahi istifadədən fərqlənən iş forması olan şifahi formada öyrədilməsi üzrə xüsusi iş aparılmalıdır. Tədris müəssisələrində əsas diqqətyazılı formaların (qərarların, qanunların, iş prinsipinin təsvirinin, qanun maddələrinin, göstəriş və təlimatların) öyrənilməsinə və onlardan şifahi nitq fəaliyyətində istifadəyə yönəldilir. Hazırda kitab mətnlərinin mexaniki təkrarını yox, həmin mətnlərə bu və ya digər fənnə, hadisəyə, yaxud prosesə xas olan aynayn xüsusiyyələrin daxil edilməsini nəzərdə tutan metodikalardan istifadə etməyin vaxtı çatmışdır.

Mövzu 19. Natiqlik sənətinin tarixi . Nitqin hazırlanması və təqdim edilməsi


Natiqliyin yaranmasına ictimai əhəmiyyət kəsb edən məsələlərin kütləvi müzakirəsi və həlli yollarının axtarışı səbəb olmuşdur. Tarixi təcrübə göstərir ki, ritorikanın yaranması üçün ən mühüm şərt təkcə, inkişaf etmiş cəmiyyət deyil, vətəndaşların ölkənin siyasi həyatında fəal iştirakıdır. Daha doğrusu, natiqlik yalnız demokratik idarə forması olan dövlətdə inkişaf edə bilərdi. Təsadüfi deyil ki, natiqlik ilk olaraq Yunanıstanda yaranıb çiçəklənmişdir. Aristokratiyanın hər hansı məsələni nəzarətsiz şəkildə, istədiyi formada həll etmək hüququna malik olduğu qədim yunan şəhər dövlətlərindən biri olan Spartada natiqlik sənəti məşhur deyildi. Lakin xalq məclisinin ali hakimiyyətə malik olduğu Afinada isə qısa müddətdə görkəmli natiqlər yetişdi, ritorika ilə bağlı əhəmiyyətli əsərlər yazıldı.


Tədqiqatçıların da qeyd etdiyi kimi, natiqlik ən çox kritik tarixi dövrlərdə inkişaf edir. Bəlağətin çiçəklənmə dövrü sosial inqilablar zamanıdır. Natiqlik insanları müəəyən məqsəd ətrafında toplamağa kömək edir, ruhlandırır, istiqamətləndirir. Unutmaq lazım deyil ki, qədim zamanlarda insanlara təsir etməyin, onları müəyyən fikirlərə inandırmağın, öz tərəfinə çəkib səni dəstəkləməyə vadar etməyin yeganə yolu natiqlik idi.
Antik dövrdən başlayaraq natiqliyə münasibətdə iki yanaşma müəyyən edilmişdir. Bəziləri natiqliyin əsas vəzifəsinin inandırmaq olduğunu düşünür, ilk olaraq məzmuna, ideyaya önəm verirdilər. Ritoroka inandırmaq sənəti kimi başa düşülürdü. Məsələn, Aristotel ritorikanı “hər hansı bir mövzu haqqında inandırmağın mümkün yollarını tapmaq bacarığı” kimi dəyərləndirir. Bir qisim isə ritorikanı nitqin bəzədilməsi sənəti hesab edir, forma və üslubu natiqliyin əsas göstəricisi sayırdılar. Məşhur Roma natiqi F.Kvintilianın məşhur tərifində deyilir: “Ritorika gözəl danışmaq sənətidir”. O hesab edirdi ki, natiqin nitqi saflığı, aktuallığı, aydınlığı, gözəlliyi, zənginliyi və söz rəngarəngliyi ilə seçilməlidir.
Bu fikir ayrılıqları uzun əsrlər davam etmiş, bəzən qızğın mübahisə və qarşıdurmalara səbəb olmuşdur. Məsələn rus alimi V.Q.Belinski ümumiyyətlə, ritorikanın bir elm kimi qəbul edilməsinə qarşı çıxırdı. O, natiqlik sənətinin yalnız təcrübə, real ifalarla inkişaf etdiyini, bu sənətin nəzəri cəhətdən əsaslandırılmasının mümkün olmadığı fikrini müdafiə edirdi.
Qeyd etdiyimiz kimi, natiqliyin inkişafında ən mühüm mərhələ antik Yunanıstandır. Ritorika Yunanıstanda e.ə.V-IV əsrlkərdə yaranmış, III-II əsrlərdə inkişaf edərək çiçəklənmişdir. Ritorikanın baniləri sofistlərdir (sophia – müdriklik sözündəndir). Sofistlər insanlara məntiqi təfəkkür, fikirlərin təqdimetmə qaydalarını, sübut və təkzibetmə üsullarını öyrədirdilər. Ritorika nəzəriyyəsini inkişaf etdirən ilk sofist filosoflardan biri Protaqordur. Sofistlər qeyd edirdilər ki, nitqin inandırıcılığı çox vaxt irəli sürülən tezisin doğruluğundan asılı deyil. Onlar qarşı tərəfi çaşdırıb qələbə qazanmaq üçün müxtəlif hiylələrə əl atırdılar.
Mübahisə, müzakirə, polemika mühüm ictimai-sosial ünsiyyət forması olmaqla bərabər, həm də afinalıların sevimli əyləncəsi idi.
Afinada natiqlik sənətinin məşhur olma səbəblərindən biri də mövcud məhkəmə sistemi idi. O zamanlar prokuror, vəkil kimi vəzifələr yox idi. Hər kəs ittihamçı qismində çıxış edə bilərdi. İttiham olunan şəxs isə özünü müdafiə etməli idi. Hər kəsin taleyini nitqinin nə qədər düzgün, məntiqli, inandırıcı olması həll edirdi. Hətta antik Yunanıstanda insanları məhkəmələrə hazırlayan “loqoqraf” adlı xüsusu peşə sahibləri fəaliyyət göstərirdi.
Hər 10 gündən bir isə şəhər meydanında dövlət və ictimai işlərin müzakirəsi keçirilirdi. E.ə. 391-ci ildə Afinada İsokratın rəhbərliyi ilə ritorikanın tədris edildiyi məktəb açıldı. İsokrat məktəbinin şagirdləri məhkəmə nitqləri qurmağı, ən ümidsiz işləri, hətta öz fikirlərinə əks nöqteyi-nəzərləri belə müdafiə etməyi öyrənirdilər. İsokrat məktəbinin ən məşhur yetirməsi Demosfen olmuşdur. Nitq orqanları qüsurlu olan Demosfen (onun dili bir qədər pəltək imiş, q səsini düzgün tələffüz etmir, danışanda yersiz əl-qol atır, sağ çiynini tez-tez çəkirmiş) sözləri daha aydın ifadə edə bilmək üçün ağzına xırda daşlar alaraq dəniz kənarında nitq söyləyər, danışarkən çiynini atmağı tərgitmək üçün tavandan asılı cidanın altında durarmış. Səsini inkişaf etdirmək məqsədi ilə ucadan qışqırar, öz səsi ilə dalğaların səsini boğmağa çalışarmış. Uzunmüddətli məşqlər Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi. Siseron onun haqqında demişdir: “Kim Demosfen olmaq istəmirsə, o natiq deyil”. Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə bağlı bir sıra əsərlər yazmış, bu elmi nəzəri və praktik cəhətdən şərh etmiş, faydalı fikirlər, mülahizələr söyləmişdir.
Antik yunan ritorikasının ən böyük nəzəriyyəçisi filosof və alim Aristoteldir. Onun “Ritorika” əsəri ictimai nitqin dili, üslubu və quruluşundan bəhs edən üç kitabdan ibarətdir.

  1. Nitqin tərtibi prinsipi;

  2. Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət;

  3. Nitqin texnikası, vasitələri və priyomları.

Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir və göstərirdi ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin predmetinə uyğun olmalıdır. Aristotel mükəmməl nitq hazırlamaq üçün 5 mərhələ ayırırdı:
1. Materialın icadı və onun hazırlanması.
2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması.
3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması.
4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi.
5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və s. məsələlərin nəzərə alınması və onlara əməl olunması.
12 əsr davam edən orta əsrlərdə yeni sosial-iqtisadi quruluş bütün sahələrdə olduğu kimi ritorikanın inkişafında da ciddi dəyişikliklərə səbəb oldu. Aparıcı janr kilsə natiqliyi, şifahi kütləvi ünsiyyətin ən populyar forması isə kilsə moizəsi idi. Orta əsrlər natiqliyi qədim ritorika və formal məntiqin əsas normalarını, antik dövr natiqlərinin təcrübəsini mənimsəsə də dini istiqamətin üstünlüyü baxımından yeni çalarlar qazanmışdır. Dəyişikliklər, ilk növbədə mütləq hakimiyyətin dini doqmalarla bağlı olmasından irəli gəlirdi. Mövzudan asılı olmayaraq hər bir natiq mühakimə və mülahizələrini “Müqəddəs Yazılar”la (Bibliya) əlaqələndirməli idi. Təkzibedilməz mənbəyə istinad etmək natiqi dərin arqumentasiyadan istifadə etmək zərurətindən azad edir, digər tərəfdən isə nitqə sxolastika (elmi söhbət) elementləri daxil edirdi. Kilsə ritorikası ibrətamiz xarakter daşıyır, müqəddəslərin həyatına, möcüzə hekayələrinə, qiyamətə əsaslanır, tövbə və saleh həyata çağırışları ehtiva edirdi.
Orda əsrlərdə müsəlman dünyasında da adekvat vəziyyət hökm sürürdü. Natiqlik sənəti birbaşa dini moizələrlə, Quranı ucadan oxumaqla bağlı idi. Qeyd etmək lazımdır ki, həmin dövrdə ilahi mənşəyinə görə ərəb dilinə böyük diqqət yetirilir, bir çox antik mədəniyyət nümunələri bu dilə tərcümə edilirdi. Ərəb-müsəlman Şərqinin söz sənəti təkcə dinin, siyasətin və hüququn mülkü deyil, həm də ədəbi müsabiqələr təşkil edən, eləcə də teoloji, etik mövzularda söhbətlər və müzakirələr aparan imkanlı vətəndaşların gündəlik həyatının əvəzsiz tərkib hissəsi idi.
İntibah dövründə ritorika sənəti yeni çalarlar əldə etdi. Məhkəmə natiqliyi yenidən aktuallaşdı, ticarət və parlament natiqliyi kimi yeni sahələr yarandı. Orta əsrlərdən fərqli olaraq intibah dövrünün humanistləri hesab edirdilər ki, insan fərdiliyi və azadlığı özünün ən parlaq ifadəsini məhz söz sənətində, ritorikada nümayiş etdirir. Bu dövr həm də canlı milli dillərin dirçəlişi və latın dilinin ikinci planda qalması ilə xarakterizə oluna bilər.
İntibah dövründə kilsə daxilində belə üsyan moizələri oxunurdu. İtaliyalı rahib Savonarola (1452-1498) katoloik kilsəsinin zənginliyi və dəbdəbəsini qəzəblə pisləyir, Vatikanı tənqid edirdi. Onun xütbələri 1494-cü ildə Mediçi tiranlarının Florensiyadan qovulmasına və respublikanın yaranmasına səbəb olan xalq üsyanına töhfə verdi. Çexiyada alman hökmranlığına və katolik kilsəyə qarşı xalq hərəkatının lideri Praqa Universitetinin rektoru Yan Hus (1371-1415) öz nitqlərini sadə xalq dilində söyləyir, müraciət etdiyi auditoriyanın tələbindən asılı olaraq fikirlərinin təqdimat formasını dəyişmək bacarığı nümayiş etdirirdi.
Modern dövrünün görkəmli yazıçı və mütəfəkkirləri Blez Paskal, Mişel Montaigne, Frensis Bekon və başqaları da natiqlik sənətinin inkişafına mühüm töhfələr vermişlər.
Müasir dövrümüzdə də insanlara müəyyən məlumatlar ötürmək, həqiqətləri demək, onları bu və ya digər fəaliyyətə cəlb etmək baxımından natiqlik və ritorika sənəti aktual və tələbolunandır.

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin