Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 231,62 Kb.
səhifə54/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   51   52   53   54   55   56   57   58   59
Mövzular 2023

Mövzu 18. Nitq üslubları
İstənilən dilin leksikası üslubi baxımdan müxtəlif növlüdür. Bəzi sözlər ümumişlək hesab edilir, digərləri yalnız müəyyən nitq vəziyyətlərində istifadə edilir. Üslub nitq vasitələrinin insan ünsiyyətinin bu və ya digər sahəsində istifadə edilən, tarixən formalaşmış sistemidir. Müasir dildə aşağıdakı üslubları fərqləndirirlər: elmi, publisistik, rəsmi-işgüzar, danışıq (məişət); bir sıra alimlər həm də bədii ədəbiyyat üslubunu bu sıraya daxil edirlər. Hər bir üslubun dil normalarına aid öz tələbləri var: bu tələblər ciddi elmi terminologiyadan yüksək emosionallığın sadə leksikasına qədər müəyyən hüdudları əhatə edir. Leksika bir üslubdan digərinə keçir, daha çox isə bu və ya digər üslubların söz və ifadələri danışıq (məişət) üslubuna keçib möhkəmlənir.
Elmi üslub - bu, elmi məqalələrin, məruzələrin, monoqrafiya və dərsliklərin və s. üslubudur. Bu üslub həmin materialların məzmun və məqsədlərinə əsasən müəyyənləşdirilir. Bunlar: bizi əhatə edən gerçəkliyin faktlarını mümkün olduğu qədər dəqiq və ətraflı izah etmək, hadisələr arasındakı səbəb-nəticə əlaqələrini göstərmək, tarixi inkişafın qanunauyğunluqlarını göstərmək, məlumat vermək və bu kimi məsələlərdir. Elmi üslubun səciyyəvi xüsusiyyətləri bunlardır:
• Şərhin məntiqi ardıcıllığı;
• Məzmunun informasiya zənginliyi ilə yanaşı birmənalılığı, dəqiqliyi və yığcamlığı;
• Mühakimənin konkretliyi, bitərəfliyi, obyektivliyi;
• Mətnin bütün leksikasının 15-20 %-ni təşkil edən terminlərin bolluğu;
• Elmi frazeologiya (düz bucaq, kəsişmə nöqtəsi və s );
• Mücərrəd leksikanın üstünlük təşkil etməsi (inkişaf, hərəkət, amil, fəaliyyət və s.);
• Tək anlayışı bildirən formanın cəm mənasında istifadə edilməsi (canavar- itlər cinsindən yırtıcı hevandır);
• Fellərin əvəzinə daha çox isimlərin işlədilməsi (hərarət yüksəlir- hərarətin arması halı mövcuddur);
• Mürəkkəb cümlələrdən istifadə.
Publisistik üslub-ictimai-siyasi ədəbiyyatın, dövri mətbuatın, natiqliyin və b. üslubudur. Onun əsas məqsədləri kütlələrə təsir göstərmək, onları hərəkətə səsləmək, məlumat vermək və b.k. məsələlərdir. Publisistik üslubun xarakterik cəhətləri:
• İnformasiya zənginliyi şərtilə şərhin lakonikliyi;
• Şərhin anlaşıqlı olması (qəzet- kütləvi informasiyanın ən geniş yayılmış növüdür);
• Mülahizənin emosional, ümumiləşdirilmiş, çox zaman isə sərbəst olması;
• İctimai-siyasi leksika və frazeologiya;
• Nitq ştamplanndan, qəliblərindən istifadə, onlann asan yaranması (tarla zəhmətkeşləri, piştaxta işçiləri, dostluq şəraiti);
• Qısa cümlələrdən istifadə - qurulmuş nəsr;
• Elliptik (cümlədə asan anlaşılan sözün buraxılması) cümlələr, felsiz ifadələr (hamıya - özəlləşdirmə çekləri; banklar təkcə bankirlər üçün deyil);
• Publisistik üslubun əlamətlərinin digər üslubların xüsusiyyətləri ilə uyğunlaşdırılınası;
• Dilin təsvir və ifadə vasitələrindən istifadə (ritorik suallar, təkrirlər, inversiya və s.). Publisistik üslubun qəzet-jurnal üslubu geniş yayılmışdır.

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin