İNŞAAT VƏ MELİORASİYA MAŞINLARININ
İSTİSMARINDA TƏHLÜKƏSİZLİK TEXNİKASI
Inşaat və meliorasiya maşınları çox vaxt ağır və əlverişsiz şəraitdə işləyir. Onların istismarı, qurraşdırılması, sökülməsi və daşınmasında xidmətedici heyətin təhlükəsizliyi maşınların sazlığından, köməkçi və qoruyucu quruluşların, iş meydan-çasının, tətbiq edilən materialların və yüklərin vəziyyətindən asılıdır.
İnşaat və meliorasiya maşınların istismarında bədbəxt hadisələrin və qəzaların əsas səbəbləri aşağıdakılardır:
- maşınların konstruksiyalarının qeyri-mükəmməlliyi, nasaz vəziyyətdə istismarı, öz-özünə hərəkəti, dayanıqlığının pozulması, kanatların qırılması, daxili qüsurlar nəticəsində qasnaqların, blokların, oxların və digər hissələrin sınması.
ÜMUMİ QAYDALAR
Inşaat, meliorasiya maşın və mexanizmlərdə 18 yaşına çatmış xüsusi təlim kursu keçmiş, ona tapşırılmış maşını idarə etmək hüququ (vəsiqəsi) olan şəxslər sərbəst işləyə bilər. Hər bir maşına müəssisə üzrə əmrlə müəyyən mexanizator təhkim olunur və maşının pasportunda onun soyadı adı yazılır. Maşinistlər işlədikləri maşınların xüsusi təlimatı ilə təmin edilməlidir. Təlimatda maşının təhlükəsiz istismar qaydaları, siqnal sistemləri, yüklənmə və iş sürətlərinin hədləri bir neçə maşının birgə iş qayda-lardır və s. göstərilir.
Müəssisədə işlədilən hər bir maşın və mexanizmin pasportu, fərdi qeydiyyat nömrəsi və texniki vəziyyətinə nəzarət jurnalı olmalıdır.
Yükqaldıran inşaat maşınları istismara verilməzdən əvvəl Dövlətdaxtexnəzarət orqanlarında qeydə alınmalıdır. Qeydiyyat üçün müəssisənin yazılı müraciəti, maşı-nın pasportu və texniki yoxlanış aktı təqdim olunmalıdır. Rels üzərində işləyən maşınların qeydiyyat üçün bundan əlavə, rels yolunun vəziyyəti haqqında arayış da tələb olunur.
Yükqaldırıcı maşınlar iş yerində quraşdırıldıqdan sonra, habelə vaxtaşırı, əsaslı təmir və ya təkmilləşdirmədən sonra texniki yoxlamadan keçirilməlidir. Texniki yox-lama zamanı yükqaldıran maşının işçi vəziyyətində onun bütün metal konstruksi-yaları, qaynaq və pərçim birləşmələri, mexanizmləri, avadanlığı, tormoz və siqnal sistemləri, təhlükəsizlik cihazları, çəpərləmələri, özülü (və ya kranatı yolu) və i.ax. yoxlanılır, sonra maşın statik və dinamik yüklə sınaqdan keçirilir.
Statik yükə sınandıqda maşının (kranın) yükqaldırma qabiliyyətindən 25% artıq yük 100...200 mm hündürlüyə qaldırılır, 10 dəqiqə ərzində asılı vəziyyətdə saxlanılır, sonra isə yerə qoyularaq maşının bütün konstruksiya və qavşaqlarının vəziyyəti gözdən keçirilir. Əgər bu zaman heç bir qüsur, çat və digər zədələr müşahidə olun-mursa, maşın sınağa davam gətirmiş hesab edilir. Oxlu kranlarda statik yükə sınaq onun maksimal yükqaldırmaya uyğun vəziyyətində, yəni onun ənkiçik çıxış vəziy-yətində aparılır. Bu zaman kranın işçi vəziyyətində də yükə dayanıqlığı yoxlanılır.
Dinamik yükə sınadıqda maşının (kranın) yükqaldırma qabiliyyətindən 10% artıq yük bir neçə dəfə təkanla qaldırılıb-endirilir və bundan sonra kranın vəziyyəti gözdən keçirilir.
Texniki yoxlama və sınaqların nəticələri, eləcə də növbəti sınağın müddəti maşının pasportuna qeyd edilir. Kranların və digər yükqaldırıcı maşınların tam texniki yoxlanışı üç ildə bir dəfə, işçiləri hündürlüyə qaldırmaq üçün tətbiq edilən mexanizmlərin (bucurqadların) taqm texniki yoxlanışlı isə hər il aparılmalıdır.
Texniki təşkilatların müdiriyyəti yükqaldırıcı maşınların, kranatı yolları və yüktutma quruluşlarının təhlükəsiz istismarı üçün mühəndis texnik işçilər arasından məsul şəxs (maşınların sayı 50-dən çox olduqda isə bir qrup işçi), eləcə də kranlarda yüklərin təhlükəsiz yerdəyişmələri üçün hər iş növbəsində məsul şəxs təyin etməlidir.
Dostları ilə paylaş: |