Heyvandarlıq və quşçuluqda elektrik təhlükəsizliyi
elektrik təhlükəsizliyi.
İstehsalat binaları elektrik təhlükəsizliyinə görə aşağıdakı dərəcələrə (kateqori-ya) bölünür:
1) normal binalar;
2) quru binalar, nisbi nəmliyi 60% -dən artıq olmur;
3) nəmli binalar, nisbi nəmlik 60% -dən yuxarı lakin, 75% -dən artıq olmur;
4) rütubətli binalar, nisbi nəmlik 75% -dən yuxarı olur;
5) xüsusi rütubətli binalar, nisbi nəmlik 100% -ə yaxın olur.
Elektrik cərəyanının insan orqanizminə təsiri müxtəlif olur, bunlar aşağıdakılar-dır:
1. Mexaniki- toxumaları parçalayır.
2. İstilik- yanıq əmələ gətirir.
3. Elektrik- qanı tərkib hissələrinə ayırır.
4. Bioloji- sinir sisteminin işini pozur, ürəyin fəaliyyətinə, ciyərə yaxud əzələlərə pis təsir göstərir.
İnsanın elektrik cərəyanı ilə zədələnməsinə təsir göstərən əsas amillər cərəyanın insan bədənindən keçdiyi yol və onun təsir müddətidir.
Cərəyanın insan bədəninə təsir etmə müddəti nə qədər az olarsa, onun təhlükəsi də bir o qədər az olur.
İnsan bədənindən cərəyanın ən çox keçdiyi yollar bunlardır:
əl-əl.
sağ əl-ayaqlar.
sol əl-ayaqlar.
ayaq-ayaq.
baş-ayaqlar.
baş-əllər.
İnsan bədənindən əl-ayaq, baş-ayaq arasından keçən cərəyan ən çox təhlükəli, əl-əl və ayaq-ayaq arasından keçən cərəyan az təhlükəli hesab edilir.
Müəyyən edilmişdir ki, tam sağlam və fiziki cəhətdən möhkəm adamlar elektrik cərəyanının zərbələrinə xəstə və zəif adamalrdan daha çox davamlııdr.
Ona görədə elektrik qurğularında işləmək üçün sağalam adamların seçilməsi təh-lükəsizlik texnikası qaydalarında nəzərdə tutulmuşdur.
İnsan orqanizmin elektrik cərəyanına göstərdiyi müqavimət 1000 omla 100.000 om. Arasında dəyişə bilir. Müqavimətin belə böyük intervalda dəyişməsi orqanizmin sağalamlığından, istifadə edilən fərdi mühafizə vasitələrindən, toxunma nöqtələrində əmələ gələn ölmüş hüceyrələrin miqdarından asılıdır.
Cərəyanın növündən asılı olaraq ayrı-ayrı qiymətlərinin insan orqanizminə təsiri aşağıda göstərilmişdir.
-
J.(ma).
|
Dəyişən cərəyan (50-55 hs).
|
Sabit cərəyan.
|
0,6÷1,5.
|
Əl oynaqlarında durğunluq hiss olunur.
|
Hiss edilmir.
|
2÷3.
|
Əl oynaqlarında güclü sıxılma
yaranır.
|
Hiss edilmir.
|
5÷10.
|
Əl oynaqlarında kəskin ağrı və durğunluq yaranır.
|
Azacıq hiss
edilir və qızır.
|
12÷15.
|
Əli elektroddan ayırmaq çətin olur,ağrı şiddətlənir belə vəziyyətə 5÷10 san. dözmək olar.
|
Qızma şiddətlənir.
|
20÷25.
|
Əllər dərhal paralic olur, elektroddan ayrılmır, tənəf-füs çətinləşir.
|
Qızma artır əl əzələlə-ri azacıq yığılır.
|
50÷80.
|
Tənəffüs mümkün olmur, ürək titrəməyə başlayır.
|
Qızma şiddətlənir, əl-lər durğunlaşır və tə-nəffüsçətinləşir.
|
50÷100.
|
Tənəffüs orqanları paralic olur, 3san. müddətində ürək iflic olur.
|
Tənəffüs orqanları if-lic olur.
|
1,2 A. cərəyan inəyi, 0,4 A, düyəni, 0,3 A qoyunu və 0,25 A cərəyan isə donuzu 30 san. müddətində öldürür.
Bunları nəzərə alaraq əl ilə işlədilən avadanlıqların gərginliyi 36 V-dan yuxarı olması məqsədə uyğun deyildir.
42 V. dəyişən gərginlik, 110 V. isə sabit gərginlik insan orqanizması üçün təhlü-kəlidir.
Elektrik avadanlıqlarından zərər çəkən şəxsləri azad etmək üçün müxtəlif açar-lardan istifadə edilir. Açarlar əsasən aşağıdakı tiplərdə olur:
Kontaktlı, bıçaqlı, paket tipli və avtomat tipli. Bunlardan başqa artıq gərginlik və cərəyandan mühafizə məqsədilə qoruyucular tətbiq edilir. Qoruyucular əsasən probka tipli, boru tipli və bimetallik hazırlanır. Açarlar, qoruyucular və nəzarət hesablayıcı cihazlar bir dielektrik lövhə üzərində yığılır ki, buna idarə etmə şiti deyilir. İdarə et-mə şiti ya divardan asılmış vəziyyətdə, yada divar içərisində yerləşdirilir. Hər iki hal-da binanın girişinə yaxın yerdə qoyulmalıdır.
İdarə etmə şitləri yanında fərdi mühafizə vasitələri qoyulmalı və qapısı bağlı və-ziyyətdə olmalıdır. Şitlər divar içərisində yerləşdirilərkən şkafın metal örtüyü torpaq-la əlaqələndirilməlidir.
Addım və toxunma gərginlikləri.
Hər hansı səbəbdən elektrik naqilinin biri qırılıb yerə düşərsə yaxud elektrik ava-danlığının izolyasiyası xarab olub kövdə ilə əlaqələnərsə, cərəyan göcdədənyerə axıb müəyyən bir zonanın gərginlik altında olmasına səbəb olacaqdır. Belə halda həmin sahədə olan insan və heyvanı addım həmdə toxunma gərginliyindən mühafizə etmək lazımdır.
Addım gərginliyi üçün addımın uzunluğu orta hesablama 0,8m-dək götürülə bi-lər. Addım nə qədər kiçik olarsa, bir o qədər az gərginlik yaranır. Heyvanlarda addım gərginliyi qabaq ayaqla, arxa ayaq (altında) arasında yaranan məsafədəki gərginlik götürülür. Heyvanlarda ayaqlar arasındakı məsafə olduğundan addım gərginliyidə çox alınır.
Heyvanlar addım gərginliyinə düşdükdə onun bədənindən 3,5 A-ə qədər cərəyan axa bilər ki, bu da ona öldürücü təsir göstərir.
Addım gərginliyi iki ayaq arasında alınan potensiallar fərqinə deyilir, yəni Иa=И2 – И1(B); Addım gərginliyi zamanı insan bədənindən keçən cərəyanın qiyməti
Dostları ilə paylaş: |