Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal


Xadiminin təsəvvüfi təfsir metodu



Yüklə 1,29 Mb.
səhifə15/101
tarix05.01.2022
ölçüsü1,29 Mb.
#67475
1   ...   11   12   13   14   15   16   17   18   ...   101
Xadiminin təsəvvüfi təfsir metodu

Metodologiya tədqiqat obyektini təşkil edən mövzunun təbiətindən irə­li gələn problemləri və ayrıca tədqiqat zamanı məlumat əldə etmə pro­se­si­ni ehtiva edir. Yəni, təsnif etmə, anlayış-məfhumların yaradılması, mücər­rəd­ləşdirmə, hökm vermə, təcrübə, ümumiləşdirmə, induksiya-deduksiya, ana­logiya və nəticələr vasitəsi ilə əsaslandırma kimi fəaliyyətlər elmi mə­lu­mat və bilikləri əldə etmə prosesləridir (12, s.75). Məhz mütəfəkkirimiz Xa­di­mi də həm ümumi hermenevtik metod baxımından, həm də xüsusilə tə­səv­vüfi hermenevtik metodologiya baxımından bəhs olunan rasional-analitik bi­lik və məlumatları əldə etmə vasitələrindən öz metodunu izah edərkən is­ti­fa­də edir. Digər tərəfdən mütəfəkkirin sistematik təfəkkür tərzi “mövzu üsu­lu-metodu” təyin edir prinsipinə əsaslanır (13,s.65).Əlbəttə ki, müəllifimizin tə­səvvüfi təfsir metodunda əsas və yekun anlayışı kəşfi (mistik) məlumatlara is­tinad təşkil edir. Xadiminin anlama və şərh etmə metodunu da qeyd olu­nan analitik anlama və şərh etmə vasitələrindən fərqləndirən ən əsas xü­su­siyyət də elə budur.

Xadimi təsəvvüfi hermenevtikanın kəşfi (mistik) məlumatlara əsas­lan­dı­ğını ifadə edir. Bu metodun ortaya çıxmasında rasional və analitik dü­şü­n­mə tərzləri yetərli deyildir. Burada hidayət və məlumatları almaq məsə­lə­sin­də mənəvi cihad (mücahidə) əsas rol oynayır. Müəllif bu fikrini Quran ayəsi ilə də şərh edir: “Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuş­du­ra­cağıq” (Qur`an 29/69). Bu kontekstdə qeyd etmək lazımdır ki, böyük sufi ali­mimiz Nemətullah Naxçıvani də “əl-fəvatihu`l-ilahiyyə və`l-məfatihu`l-ğay­biyyə” (ilahi kəşflər və qeyb açarları) əsərində təsəvvüfi hermenevtik me­todu ve bunun dayandığı idrak nəzəriyyəsini elmi şəkildə izah edir. Ona gö­rə də təsəvvüfi idrak və hermenevtik prosesdə analitik düşüncə və dil an­la­yışı (burhan və bəyan) xüsusi fəaliyyət sahəsinə malik deyildir. Buradakı me­tod daxili nurlanmaya (ayan) əsaslanır (14, s.1-2). Nəticədə hər iki sufi mü­təfəkkir, Naxçıvani və Xadimi də kəşfi-mistik məlumatlar sayəsində me­tafizik anlayış və dəyərlərin “ayan” metoduyla sufinin qəlbində ortaya çıx­dı­ğı­nı və “bəyan” yolu ilə da rəmzlər və işarələr vasitəsi ilə dildə “dilə” gəl­dik­lərini ifadə edirlər.

Təsəvvüf fəlsəfəsində Mütləq Varlığın varlıq mərtəbələrindəki ən mü­kəm­məl əksi “insandır”. İnsan mərkəzli bu mənəvi sferada insanın bilinməsi ilə Tanrının dərk olunması bir birinin ayrılmaz şərtidir. Xadimiyə görə məhz “Allah” sözü bütün atributları (sifətləri) özündə cəmləşdirdiyi üçün “zatı” ifa­də edir. Bu “zat”ın da yerləşmə yeri insan qəlbidir. İnsan qəlbi isə “ruh”, “sirr”, “gizli” və “ən gizli” olmaq üzrə dörd ünsürdən yaradılmışdır. Bun­la­rın hamısı qeyri maddidir və bunlar “əmir dünyası” (aləmu`l-əmr) adlanır. Bu mərhələlərin cəmi “düşünən nəfsi” (nəfsi natıqa) meydana gətirir. Qeyd olunan tərkib, tərtibə uyğun olaraq öz halını dil vasitəsi ilə “dilə gətirir” və yenidən öz halına dil vasitəsi ilə dönür. Bu vəziyyətdə fasilə vermədən dilin də köməyi ilə qəlb, Allahdan başqasını unudaraq zikrlə məşğul olur. Məhz işin həqiqəti olan zikr, Onun xaricindəkilərin unudulması deməkdir. Nəticə ola­raq qeyd olunan zikrin mərhələləri zəncirvari olaraq peyğəmbərimizdə ye­kunlaşır. Çünki Allahın ən yaxını peyğəmbərimizdır (s.a.v). Allahın izni ilə hər şeyin fövqündə olan metafizik aləmi (ma vərayı) görmüş olan məhz pey­ğəmbərdir (15, s.81). Burada qeyd olunmalı vacib məqamlardan biri də odur ki, Xadiminin zikrin yekunlaşma nöqtəsi olaraq göstərdiyi peyğəmbə­ri­mi­zin məqamı təsəvvüf fəlsəfəsində «Nuru Məhəmməd» anlayışına dayanır. Məhz İbn Ərəbi Fususu`l-Hikəm (Hikmətlərin Qaşları) adlı kitabının so­nun­da, «Məhəmməd kəlməsində fərdi hikmət qaşı» bölməsində bu mövzunu izah edir. Bu anlayışa görə peyğəmbərimiz əleyhissəlam ən kamil insandır. Al­lah hər şeyi Məhəmməd peyğəmbərin nurunu yaratdıqdan sonra var et­miş­dir (16, s.214; s. 171-185). Nəsirədin Tusinin də qeyd etdiyi kimi “Sən olmasaydın fələkləri (kainatı) yaratmazdım” (lav lək lama xalaqtu əl-əflak) hə­disi də bu görüşə işarə edir (17, s.55). Nəticədə təsəvvüfi hermenevtik me­tod metafizik mənada varlıq mərtəbləri baxımından bu məqamı əsas götürür.

Xadimiyə görə təsəvvüfi şərh etmə zamanı bəzi məfhumlarda zid­diy­yət kimi görünən məqamlar ortaya çıxarır. O, buna nümunə kimi İbn Ərə­bi­ni göstərir. Ancaq Xadimi İbn Ərəbinin sözlərinin metafizik cəhətdən dəyər­lən­dirilməli olduğunu və sufinin yaşadığı halı ifadə etməkdə dilin yetər­siz­li­yi­ni vurğulayaraq «ehtiyat sahilinin» kənarında olmağı tövsiyyə edir. Bu möv­zuya Xadimi həm də bir hüquqçu kimi yanaşır. Ona görə, İbn Ərəbinin bə­zi ifadələri, bəzi alimlər tərəfindən kafirliklə ittiham olunduğu halda belə, əgər bir mövzuda 100 görüş var isə və bunlardan 99-u təkfiri lazım bildiyi halda sadəcə bir dəlil təkfirə maneədirsə, o zaman xoş mərama uyğun olaraq hə­min sözlər müsbət mənada şərh olunmalıdır (18, s.80). Biz burada Xa­di­minin fənlərarası (interdisipliner) bir hermenevtik metodu tətbiq etdiyinə şa­hid oluruq. Təsəvvüfi hermenevtik metod müəyyən bir məqamda və mü­əy­yən bir həddə qədər rasional-hüquqi metodla dəstəklənir. Əlbəttə ki, bu dəs­təklənmə gərəkli, ancaq yetərli şərt deyildir. Nəticədə dəyişməz öz və də­yi­şən­lər arasındakı əlaqənin təbiəti istər istəməz mütləq deyil nisbi mahiyyət daşıyır. Məhz bəhs olunan əlaqə şəraitə görə dəyişən bir strukturda olanda bu­nun dildə əks olunması da bəzi xüsusiyyətlərə malik olur. Dil bütünlüklə əhatə edə bilmədiyi həqiqətləri bənzətmələr (təşbih) və simvollarla ifadə edir.

Mütəfəkkir dil-məna əlaqəsi baxımından sözün zahiri və batini (daxili, gizli məzmun) yönlərini də tədqiq edərək “kəşf əhlinin” bu istiqamətdəki ifa­dələrini təhlil edir. Ona görə “kəşf əhlinin” söylədikləri batini-təsəvvüfi söz­lər, Qurandakı zahir mənalara uyğun gələ biləcək mahiyyətdədir. Çünki bu ifadələr gizli və incə işarələrdir ki, yalnız “həqiqət əhlinə” agah olur. Bu agah olma, onların kamil imanlarının və irfanlarının sabit olmasından qay­naqlanır. Nəticədə sufilər bu mənaları Allahdan feyz ilə alırlar (19, s.146).

Xadimi təsəvvüfi hermenevtik metodologiyaya uyğun olaraq şərh olu­nan ifadələrin “kütlə”nin anlaması baxımından çox yönlü mənalar iye­rar­xi­ya­sı içərisində dəyərləndirilməsinin vacib olduğunu vurğulayır. Çünki Tanrı və digər metafizik mövzulara dair kəşflə “açılan” həqiqətlər kütlənin (ava­mın) ilk planda anlayacağı həqiqətlər deyil. Təsəvvüfi-işari təfsirləri sadəcə seçilmiş (xavass) alim insanlar başa düşə bilər (20, s.55).

Bu ifadələrdən anlaşılır ki, Xadiminin həm təsəvvüfi heremenevtik dü­şüncəsi, həm də ümumi hermenevtik metodologiyası varlıq mərtəbələrinə (məratibu`l-vucud) uyğun olaraq “mənalar iyerarxiyası” prinsipini əsas gö­tü­rür. Məhz ifadə ediləcək mənalar, bu mərtəblər nəzərə alınaraq “yox­luq­dan varlığa” çıxmır. Dahi şairimiz Məhəmməd Füzuli də bu həqiqətə işarə edə­rək sözün yoxluqdan varlığa çıxmaq mahiyyətinə sahib olduğunu ifadə edir: «Bu nə sirdir kim, ola hər ləhzə yoxdan var söz». Nəticədə insanın “dü­şünən canlı”(animal rational-hayavanun natiqun) olması da bu sirrin özünü təşkil edir.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin