Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə108/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   104   105   106   107   108   109   110   111   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

Yaxşıdır
Bahar çağı gül mevsimi gələndə

Süsənlər, sünbüllər, güllər yaxşıdır.

Tavus tamaşalı, tərlan cilvəli

Xoş danışan tuti dillər yaxşıdır.


Arif məclisində divan etməyə,

Dərdlilər dərdinə dərman etməyə

Pərişan olanda yüz qan etməyə

Ucu tər çığalı təllər yaxşıdır.


Bənəfşə əndamlı, nərgiz cəmallı

Şamama pustanlı xırdaca xallı

Dəstində dəstə gül yaşıllı-allı

Gəzəllər məkanı ellər yaxşıdır.


Yanıl yanaqları lalə gözəldə

Can alan gözdəri şəhla gözəldə

Müxtəsər cəmalı əla gözəldə

Qucmaq üçün incə bellər yaxşıdır.


Səvgi səvgisini salanda yada

Gönüldən gönülə işlədər cada

Şəhbazı qız talış oğlan arada

İşlətdiyi fitnə tellər yaxşıdır.


Bir xəlvət otaqda birdəmli gündə

Bir xublar xasının qolun boynunda

Gecələr sübhədək yarın qoynunda

Turunc oynatmağa əllər yaxşıdır.


Aşıq məşuqinə naz satsa əgər

Qaşların oynadıb göz atsa əgər

Yar mərhəmət edib oynatsa əgər

“Ülkər”in bağrında millər yaxşıdır.

Aşıq Mirzə uca gur səsilə gözəlləməsini bitirər-bitirməz şair Vəli ortaya atıldı.

Şair Vəli batıq gözlü, solğun çöhrəli, çıxıq kəmikli, ortaboy bir adam idi. Cəmaət: – şair Vəli, bir dağlar sözünü oxu – dedi.

Şair Vəli cəmaətin arzusu ilə dağları belə nəzmə çəkdi.

Dağlar

Bir ay yarım nobahardan keçəndə

Göksündən atlanır sellərin dağlar.

Çalxanar dəryalar çığırışar qazlar

Zəmzəm zümzüməli gölləri dağlar.
Sarı yoldan top tüfənglər atılar

Qarğı qulaq qoç kəllədə çatlar.

Hər əmliyin bir tümənə satılar

Xəzəl oldu pulların dağlar.


Mən halıyam ilin hər birisindən

Gecə gündüz yatmaz bir-birinin bəhsindən

Giyit nərəsindən, güllə səsindən

Dəyməmi türklər kalların dağlar.


“Xaç Bulaq” yurdunda yaylalar, ellər

Yaşılbaş sonalar, cığalı tellər

Mələklər dəstəsi, kürfə gözəllər

Sancaq ağ burda güllərin dağlar.


“Kəpəz” Muroyda bir neçə dağ var

Üstünə od düşsün ay dəli qoçlar

Yayın ortasında yağdırırsan qar

Səf çəkmir üstündən sərdərin dağlar.

Şair Vəli dağlar məzuməsini qurtarandan sonra başqa aşıqlar də birər-birər çıxıb oxudular. Hamısının oxuduğu gözəlləmədən, gəraylıdan başqa bir şey deyildi.

Məclis əhlinin arzusuna görə indi də Aşıq Hüseyn oxumalı idi. Hamı müntəzir ikən birdən o, saz əlində ortaya çıxdı. Cə­ma­ət hər nə dedisə də, birər xamdan oxudu və sonra oturmaq is­tər­kən dedim:

– Hüseyn yoldaş! Bənim də bir ricam var, olarmı ərz edim?

– Olar, olar, de görüm nədir.



Hərgah, mümkün olsa Şuralar höküməti haqqında bir söz oxu.

Cavabında şən çöhrəsi gülümsəyərək, baş üstə, komsomol yoldaş – dedi.

Aşıq Hüseyn heç düşünmədən, fikirləşmədən sədəfli sazı si­nə­sinə basıb şuralar haqqında oxumağa başladı:
Şuralar

Şuraların səyi budur:

Dünyada bir ad eyləsin

Hər yandakı xərabə var

Şənləsin abad eyləsin.
Cəhd eyləyər oxutmağa

Fələ-kəndli oyatmağa

Təyyarələr uçurtmağa

Elimini icad eyləsin.


Əzəldən budur iqrarı

Səvməz xain hiləgarı

Zilət çəkən məzlumları

Zülmüdən azad eyləsin.


Var bir neçə kapitalistlər

Şura əleyhinə işlər

Tez qurulsun “sosyalistlər”

“Söynü” də bir yad eyləsin.

Aşıq Hüseyn sözünü qurtarar-qurtarmaz məclis tərəfindən gu­rultulu alqışlarla qarşılandı. Hürmətli olunuz, deyə-deyə keçib ye­rində oturdu.

O biri gün el ədəbiyyatını toplamağım xüsusunda söhbət aç­dım.

“Doğrusu bən 20-yə qadar nağıl və dastan bilirəm, söyləyim, xo­şuna gələni yaz götür” dedi.

Aşıq Hüseynin dediklərini dinləyərək yazdım. Sonra yol­daş­la­rının sözlərini qələmə aldım.

Onlar ilə xudahafizləşib qəsd etdiyim Göyçəli mahalına aş­dım. Buranın mühiti və şəraiti bambaşqa idi. 50-60 kəndə malik olan bu mahal Göyçəli gölünün başından, yəni Qaraqoyunlu eli­nin Çantepə adından yaylağından başlamış ta Qarabağ dağ­la­rı­na­dək uzanmışdı. Burası bənim üçün daha xoş, əlverişli idi. Çün­ki Göyçəli elləri aşiqlərin çox bol olan bir yeri idi. Buraya gəl­məkdə ümdə məqsədin gözəl yerimi lirik parçaları ilə bütün Göy­çəlidə və Azərbaycanda məşhur olan Aşıq Ələsgərin mah­nı­la­rını toplamaq idi.

Çox zəhmətlə çölləri, qırları dolaşa-dolaşa gəlib yaşadığı Ağ kilsəyə çıxdım. Kənd şurası Əli Paşa yoldaş bəni hürmətlə qar­şı­la­dı. Kəndli idarəsinə apardı. Nə üçün gəldiyimi ona bildirdim. Bü­­tün kənd əhlini buraya topladım. Tanıdığım məşhur sima­lar­dan şair İmanı və aşıq İbrahimi xəbər aldım. Cəvabımda:

– Yoldaş, sən nə qadar söz istəyirsən yaz. Aşiq nəyinə la­zım­dır. Onsuz da bizim hər birimiz bir aşığıq – dedilər.

Doğrudan da belə imiş. Hərənin bir sazı var idi. İstədiyin qa­dar nağıl və söz bilirdilər.

Bir neçə gün haman kənddə qalıb material topladım. Hansı bi­rini dindirəndə söylüyüm-söylüyüm üstündən yağdırırdılar. Ağ kilsədən sonra Dəli dağda aşıq Məhəmməd, Yar Ağbulaqda şair Qasım, Toaşanda Mirzə Səmədlə görüşdüm. Bu surətdə hər binədə, hər obada aşıqlardan, dünya görmüş babalardan və günü keçmiş qoca nənələrdən bir çox parçalar alıb yazdım. Qəzalara ilk səfərim böylə keçdi; yay qurtardı, köçəri ilə geri döndüm.




Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin