Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə107/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   103   104   105   106   107   108   109   110   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

EL ƏDƏBİYYATINI NECƏ TOPLADIM
Uzun və çətin səfərdən sonra gəlib “Yeni gün” kəndinə çıx­dım. Bu kənd Şuralar hökümətinin sayəsində qurulmuş yeni bir kənd idi. Evləri plan ilə düzülmüşdür: Üzüm bağları və mədəni əkinlər tazəcə əkilmişdi. Bu kənddə bir aşıq sorağını almışdım. Bunun şairliyi və nağılçılığı bütün Gəncə, Zaqatala və Qarabağ mahal­larında tanınmışdı. Adı Aşıq Hüseyn idi. Kəndə çatar-çat­maz birisindən Aşıq Hüseyni xəbər aldım. El binaları ilə Çən­bə­rək yaylağına getdiyini söylədi.

Kəndlidən bu sorağı alar-almaz Aşıq Hüseynin arxasınca Çən­­bərəyə getməyi qərarə aldım. Şosa yoluna gəlib çatmaq üçün Ağsta­faya gəlib faytona oturdum. Qalın ormanlı, sıx meşəli yol ilə az keçər-keçməz Çənbərəyə çıxdım.

Çənbərək Tavus elinin üç ay yayladığı bir yer idi. İki də­rə­nin arasında Tərs çayının üzərində qurulmuşdu.

Aşıqları xəbər aldıqda Gözəl dərə yaylağına getdiklərini söy­lədilər.

Qürub zamanı idi. Gecə Çənbərəkdə qalıb sabah getməyi qə­­rarə aldım. Fəqət gecəni orada qalmaq bənim üçün çətin oldu. Çün­ki burada tanış olmadığı kibi mehmanxanə dəxi yox idi. Me­şədi Nəzər adlı birisinin çayxanasına getdim. Bir yanda yatası vaxtı­nacən oturub əlimdəki kitab ilə mütaliəyə məşğul oldum. Yat­maq zamanı yorğan-döşək istədim, Meşədi Nəzərdən yox cə­va­bını aldım. Çox yuxusuz idim. Əlacsız qalıb quru taxta üzə­rin­də uzandım və sübhə qadar oyana-buyana çəvrilə-çəvrilə bir nev yat­dım. Sübh açılar-açılmaz bazara çıxaraq bir at kirayə edib aşıq­ların dalısınca Gözəl dərə yaylağına çıxdım. Gözəl dərə baş­qa yaylaqlara heç də bənzəməyirdi: hər tərəfi rəngarəng çəmən-çi­çək bəzənmişdi. Güllərin, çiçəklərin xoş ətirli qoxusu insanı ba­­yıltmaq dərəcəsinə gətirirdi. Hələ yolda yamacda yığın-yığın ot­layan qara qızıl mallar, sürü qoyunlar, ayğınlı uyqular nəzəri-diq­­­qəti cəlb edirdi. Bir yanda da beş bir, üç bir sıra alaçıqların qa­pısında qız-gəlinin nəhrə çayxalaması, qurud sərməsi, sərin bu­laqlardan böyük-böyük su gətirməsi köçəri həyatın ən canlı nü­munələrini andırırdı. Bu yerlərin adəti də fəna deyil idi: Qo­na­­ğa çox yaxşı hürmət edirdilər. Məni görər-görməz toy məc­li­sinə dəvət etdilər.

Qadınlar bir tərəfdən ağzı, burnu yaşmaqlı dinməz-söyləməz otur­duqları kibi, kişilər də bir tərəfdə əyləşmişdilər. İçəri daxil olub məclis əhlinə salam söylədim. Salamımı aldılar. Toy babası bə­nə yuxarı başda yer göstərdi. Keçib oturdum.



Hər tərəfə göz gəzdirirdim. Tanıdığım aşıqlardan Aşıq Əli, Aşıq Hüseyn, Aşıq Əsəd, Aşıq Mirzə, şair Vəli və Aşıq Ələs bu­ra­da idilər. Toy başlamaq üzərə idi, bir də toy babası: “Aşıq Hü­seyn uşaqlara deyəsən çala oxuya” dedi.

Heç bir Aşıq Hüseyn olan məclisdə ondan izinsiz oxuya bil­mə­z­imiş. Çünki o aşiqlər içərisində ustalar ustası hesab olunur­muş. Aşıq Hüseyn orta yaşlı, iri kəmikli, sağlam vücudlu bir şəxs idi.

Onun bütün ömrü üzünü bəxtiyar günlər keçirdiyi iri və həl­qə­vi gözdərindən və şən parlaq çöhrəsindən bəlli idi. O qadar də qa­­bil saz çalmaq və gözəl oxumaq bilməyirsə də fəqət diri şair­li­yi və xüsusən “hazırcavablığı” ilə bütün hər yerdə məşhur idi. O, do­­daqlarını büküb əyə-əyə: – Ay Mirzə, sazını götür, dur gör ca­ma­ət nə istəyir, oxu – dedi.

Aşıq Mirzə sazını cəld çiyninə keçirib ortaya çıxdı:

– Ay cəmaət, nə oxuyum – deyə soruşdu.

– A Aşıq Mirzə! Hansı söz yaxşıdı, hansı söz könül açandır, ondan oxu – dedilər.

Aşıq Mirzə solu-sağı süzüb üç telli sazı köksinə qısaraq sözə başladı:



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin