Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə103/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   99   100   101   102   103   104   105   106   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

DƏRZİ QIZI DƏRDİYOXUN NAĞILI

Fatma Alı qızı



Qazax, 8 iyul, 1928
Bədir-bənd şəhərində Üzərindi addı, var-dölət sahavı bir paç­­çah var idi. Munun da Əsman addı bir gözəl və iyit oğlu var idi.

Paççahın yaxın qonşusu Dərdiyox addı bir dərzi qızı var idi. Dər­­­diyoxa xudavəndi aləmin kərəmi cuşa gəlif gözəlliy pay­lı­yan­­­da ilk qələmi çalınmışdı. Dərdiyoxnan paççahzada Əsman bir gündə anadan olmuşdular. Olar qapı qapıya qonşu ol­dux­la­rın­­­nan gözdərin açıf bir yerdə oynuya-gülə böyü­müşdülər. Hər iki­sinin ərkən oğlan bakirə qız olan vaxdıları idi.

Zarafatdaşa-zarafatdaşa oynaşıf gülüşürdülər. Buların göz­dəri bir-birin tutduğunnan örəyləri biri-birini söydüyünnən ölə­nə­­tən bir yerdə ömür sürmək niyyətində idilər. Paççahzada Əs­man bu niyyətnən atasının yanına adam göndərif, dərzi qızı Dər­di­­yoxu ona almasını bildirdi. Üzərindi paççah hər mahalda cah-ca­lalı və adı-sanınan manşır idi. O oğluna bir kasıf dərzinin qı­zını almağa layıx görmədi. Əsman halı belə görəndə nə atasının sö­zünnən çıxıf qızı ala bildi və nə könlünün söygüsünnən əl çək­di. O əhvalatı qıza söyləməknən baravar buyurdu:

– Ay cannar alan, atam irazı olmamağına baxma ya öləjəm və ya da səni alajam. Əmbə savır eləmək lazımdı.

Olar bir-birinə vədə verif gülə-oynaya dolanırdılar. Bir gün Əs­man söygüsü Dərdiyoxun yanına gəlif dil xoşduxnan ötrü on­nan bir cüt öpüşdən mərc gəldi. Bu mərcə Dərdiyox irazı ol­mu­yuf dedi:

– Paççahzada atalardan qalma misaldı: “Yüz tümən pulun ol­sa, mərcə girmə, bir qəpik də olmasa alışmadan qalma”.

İndi hərçənd bizimki zarafat üçündü, əmbə mən çalışaram apa­rım. Sən də çalıjaxsan məni apararsan. Bunun da axırı yaxşı ol­maz. Dərdiyoxun cavabında:

– Doğrudan da arvad xaylağı örəgsiz olarmış, qorxma dün­ya­da sənnən mənim aramda inciklik ola bilməz. Mərcimiz mərc­di.

Dərdiyox paççahzadanın xatırını sınmasın deyin nə əlaş ira­zı oldu. Dərdiyoxnan Əsman bir yerdə böyüdükləri və söyüş­dük­ləri üçün zarafatnan bir-birinə söz atardılar.



Bir gün hərəsi öz öylərinin üsdə çıxmışdı. Əsman üzünü söy­­güsünə tutuf:

Dərzi qızı-dərzi qızı!

Göydə ulduz neçədi.

Dərdiyox söygüsünnən bu sözü eşidif cavaf verdi:

Paççah oğlu-paççah oğlu!

Yerdə reyhan neçədi.

Əsman bir neçə belə zarafatdarnan Dərdiyoxu udmax is­də­disə də bajara bilmədi. Ona görə bir dəs halvaçı paltarı geyif hal­va sata-sata Dərdiyoxgilə gəldi. Dərdiyox oğlanı tanımadığınnan yanına gəlif halvanın qıymatını soruşdu.

Əsman cavabında “bir isdili bir cüt öpüşdür” dedi:

Dərdiyox bir qərif halvaçıdı nolajax deyif, bir isdili halvaya bir cüt öpüş verdi.

Əsman söygüsünü udduğunnan söyünə-söyünə tez öylərinə gə­lif paççahyana paltarını geyənnən sonra damlarının üsdünə çıx­dı. Bu yannan Dərdiyox söygülüsünü öyün üsdündə görən ki­mi o da öz damlarının üsdünə çıxır:

Paççah oğlu-paççah oğlu

Yerdə reyhan neçədi.

Əsman onun cavavında:

Dərzi qızı-dərzi qızı

Halva verif-öpüş almax nejədi...

Dərdiyox mərşdə uduzduğunu duyuf biykəf, biydamax dü­şüf öylərinə gəldi.

O atasına hər bir qotazınnan bir zınqırov asılmış kürk aldırdı. Və axşam həmən kürkü geyinif üzünü başını da eyvərcə bəzə­yən­­nən sonra paççahzada Əsmanın imaratına getdi. Əsman yat­dı­ğı üçün o bədənini silkələyəndə zınqıroylar elə səsdəndi ki, Əs­man sərsəm yuxudan oyandı və qorxa-qorxa onun kim ol­du­ğu­nu xavar aldı:

Dərdiyox hetbətdi səsnən cavaf verdi ki:

– Eşit və inan mən Allah taala tərəfinnən nazıl olan əz­ra­yı­lam. Sən pak və pakizə bir cavan olduğunnan çox yaşayıf günah qa­zanmamış canını almağa gəlmişəm. Canın əlimnən qurtarsın.

Əsman onu tanımıyıf can şirin özünü murdarradı.

Dərdiyox oğlanı udduğunnan söyünmuş öylərinə gəldi. O yan­­nan Əsman əzrayıl sandığı həm Dərdiyoxun qorxusunnan və həm də yediginnən irgəndiyi üçün naxoşdayıf doqquz gün yatdı. Na­xoşduxdan qalxıf dirçələnnən sonra dilxoşdux üçün öylərinin üs­dünə çıxdı. Elə o halda da onu göydə axdaran Dərdiyox öz öy­lə­rinin üsdə çıxdı.

Əsman söygüsünü o dəfədən də küsdürdüyü üçün gönlünü ələ almax isdədiyinnən:

Dərzi qızı-dərzi qızı!

Göydə yıldız neçədi.

Dərdiyox onun cavabında:

Paççah oğlu-paççah oğlu!

Əzrayıl oluf murdarramax nejədi.

Əsman işi anlayıf Dərdiyoxa qəzəb elləmək fikrinə düşdü. Ona görə biçaranı zindana saldırdı.

Əsman ona gündə bir parça çörək bir cəm su verif əzafnan öl­­dürməyə and işmişdi. Əmbə onun eşqinnən dəli-divana ol­muş­du. Ona görə şəhərdə dura bilmiyif dərdini uyutmax üçün “Cin çələbə”yə getdi.

Dərdiyox Əsmanın Cin çələbəyə getdiyini eşidən kimi bir dəs xanım yana livas geyif üzünü-gözünü bəzəyənnən sonra onun dalınca Cin çələbəyə getdi. Cin çələbədə Əsmannan ta­pı­şan­da Əsmanın xavardan-xavarı olmadığınnan onu dindirməz-söy­lətməz aldı. Əsman qırx gün Dərdiyoxnan kefə-damaxa məş­ğul olannan sonra şəhərə qayıdası oldu. Əsman atasının qor­xu­sun­nan onu özünnən gətirə bilmiyif dedi:

– Ay gözəl, indi mən vətənimə gedirəm. Al bu yaylıxnan bu qol­bağıyı. Havax qızım olsa yaylığı başına ört gəlif məni tapar. Yox oğlum olsa qolbağıyı qoluna bağla gəlif məni tapar.

Dərdiyox yaylığı, qolbağıyı alıf Əsmannan halallaşannan son­ra bir xəlvət yolnan düz şəhərə gəlif zindana girdi. O yannan Əs­man şəhərə gələndə dərzi qızının yanına getdi və onnan xavar aldı ki:

– Ay dərzi qızı ölürsənmi? Kefin nejədi?

Dərdiyox onun cavavında:

– Nejə qoyufsan elədi.

Əsman zindannan öylərinə qayıdıf munun dərdinnən bikəf do­lanırdı. Dərdiyox isə gündüzdər zindanda gejələr öylərində o qə­dər qaldı ki, axırda doqquz ay, doqquz saat, doqquz dəyqə ta­mam olannan sonra bir yaxşı oğlu oldu. Munun adını “Çələbi” qoy­du. Əsman gənə də şəhərdə dura bilmiyif bu dənə Laçın Çə­lə­biyə səfər ellədi. Dərdiyox gözdə-qulaxdaydı. Munu eşidən ki­mi onun dalınca davan basarax Laçın çələbiyə getdi. Gənə əv­vəl­­ki kimi qırx gün onnan kefdə-damaxda oluf, onun xavarı ol­ma­dığı halda zindana girdi.

Munnan davan basarax Əsman da öylərinə gəldi. Dərdiyox vax­dı çatanda bir qənirsiz gözəl qız doğdu. Bu qız Ağbağda ol­du­­­ğunnan adını Ağqızi qoydu. Ay keşdi, il keşdi. Dərdiyoxun uşax­­ları yeriyif yüyürəsi oldular. Anaları bullara yaxşı qulax asıf axır­­rarı nejə olajağını gözdüyürdü ki, o tərəfdən paççah oğlu Əs­ma­na Qanqan paççahının qızı Mənzəri almaq üçün toy qur­dur­mağa başdadı. Dərdiyox toyun şirin qurulduğu vaxt oğlannarının hər birini bir əlinnən tutduruf özü də xanımyana paltar gey­nən­nən sonra həmən toya getdi. O uşaxlara atalarını tanıtdığı kimi ata­ları da olları tanısın deyin:

“Cin çələbi, Laçın çələbi”

Ağbajının əlinnən tutun ağanıza gedək” –

dedi. Əsman bu sözü eşidən kimi uşaxlara buyurdu:

– Ay güllərim! Bir də indijə dediyinizi deyin görüm. Uşax­lar analarınnan həmən sözü öyrəndigləri üçün Əsmana başa-baş dedilər.

Əsman Dərdiyoxu və uşaxları tanıdığı üçün hər dördüynən öpü­­şüf görüşənnən sonra əhfalatı atasına nağıl elədi. Paççah Dər­­di­yoxun çöllərdə-zindanlarda gejə-gündüz zəhmət-məşəq­qət­­nən belə uşaxlar ərsiyə gətirdiyinnən və oğlu onu, o da oğ­lu­nu söydüyünnən həmən zaranqa-zaranqnan Qanqan paççahının qı­zı Mənzər xanıma vurdurduğu toyu muna vurduruf o iki söy­gü­lü bir-birinə tafşırıldı. Paççahzada Əsman lap uşaxlığınnan söydüyü şannısınnan mal-dölət, cah-calalnan ömür sürüf qırmızı gün keçirməyə başdadı.




Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin