Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə94/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   90   91   92   93   94   95   96   97   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

Mələkzadə:

Bir sözüm var axır sənə pinhandı

İnciməynən səndə mənnən amandı

Mələkzadə gənə sənə qurbandı

Dedim bir eyənif qal bizim xanda.

Söz tamamə yetişib kəcavalar hazırranıf amadə oldular. Am­ma bu yannan Mələkzadənin anası məlun Xeyransa həmin tilsim hey­kəlini qızın döşünə keçirib dedi: “Bala munu pinhan sax­la­gi­nən, içi dolu ləl cavahiratdı, qürbət eldə sənə lazım olar”. Mə­lək­zadə “bə çəşm” deyif anasıynan vidalaşub zərin kəcavədə qərar tutub Nəcəfnən Kuşan vilayətinə yola düşdülər. Günə bir mən­­zil gedirdilər. Tainki Kuşanın yaxınlığında olan “Həmədan” yay­lağına yetişdilər. Nəcəf öz məşuqəsini görmək fikrində idi. Çün­ki oğlannan qızın kəcavəsi həmən vəxt ayrı olardı və tacir­rə­rin yanında qızın çadırına Nəcəf getməzdi. Onun için bu mən­zil­də yükləri aşub çadırrarı qurdular. Bütün tacırrar xab nazə ge­dən­dən sonra Nəcəf özünü qızın çadırına yətirib baxdı ki, Mə­lək­zadə yatıb. Nəcəf yüz naz ilə Mələkzadəni yuxudan oyadub söh­bətə məşğul oldular, bir qədər eyş-işrətdən sonra kənizlər rəxt xab gətirib yerrəri saldılar. Kənizlər öz yerrərinə getdikdən son­ra Nəcəf paltarını soyunub qızın yerinə girəndə əlini o na­zə­ni­nin döşündə olan tilsimə uzadıb nə olduğunu xəbər aldığı hal­da birdən-birə tilsim çatdıyıb tilsimin hökmünnən Nəcəf bir gö­yər­­çin oluf yaxında olan bir uca qayaya düşdü; Mələkzadə bu ha­lı görüb o dəm saət bihuş oldu. Bir müddətdən sonra huşə gə­lib zar-zar ağlamağa başladı, öz-özünə deyirdi: “Anacan. Səni bi iman olasan. Məni yaxşı yerdə bilməkan qoydun”. Pəs: bir müd­dət fikirdən sonra dedi:

Ey dil qafil, durmax vaxtı dəgil. Gərək burada elə bir iş gör­­­­mək həm öz namusun ayağ altında tapdalanmasın, həm də ça­­lı­şıb Nəcəfi bu tilsimnən xilas etmək – bunu deyif Nəcəfin mər­danə libasını öz əgninə giyinif yanında həmən vəxt muna xid­mət edən və ən yaxın kənizdərdən olan Bad Savahi oyadıb hi­lə yolilə dedi: “Bad Savah Mələkzadə xanımın haradadı?” Qa­rabaş əzəldən Nəcəfdən umurdu, onun içun “Mən nə bilim hanki lotularnan kefə gedib”. Mələkzadə dedi:

– “Çox yaxşı, onda olmasın indi olsun cəhənnəmə haraya ge­dib getsin. Səni alajam”. Qız Mələkzadəyə bir gönüldən min gö­nülə aşiq olub dedi:

– “Onda sənin qulun oluram”. Pəs Nəcəf yəni (Mələkzadə) bü­tün öz paltarını kənizə geydirdi. Bu surətlə şirin söhbət elə­di­lər, tainki sabah açıldı. Mələkzadə kənizə dedi ki, öylə dolan heç ta­cir­rər bir müddət bilməsin ki, sən Mələkzadəsənmi, yoxsa Bad Sa­vah­sanmı? – Qız baş üstə deyif öz işinə məşğul oldu. Mə­lək­za­­­də bu qızı arxayın salmaxdan ötrü dedi:

– “Sən arxayın ol, hərgah savah Mələkzadə gəlirsə, onda onu öldürrəm. Bu günnən sən mənimsən, mən də sənin”. Pəs: Mə­ləkzadə savah olcaq tacirrərin yanına gedif dedi:

– “Qardaşlar, mənim Həmədanda bir qədər işim var. Çünki öyü­müzə lazım olan şeylər alajam. Onunçün hələ bir müddət bur­da olajam, indi siz yavaş-yavaş gedə bilərsiniz və əhvalatı ata­ma tamamilə nəql edərsiniz”. Odur ki, tacirrər qıflələri ni­zam­lıyıf Mələkzadə ilə görüşüf yola düşdülər. Biçarə Mələk- za­də Nəcəfin nökər və kənizilə Həmədan yaylağında qalıf fikrə pi­çi­də olmuşdu: – Xudaya, mən bu dərdə nə çarə edim? – deyə ah-zar edirdi. Bu vədə Nəcəfin tanış yoldaşlarınnan bir neçəsinin İs­fa­hana getdiklərini görüf bulara tərəf gəlif görüşdülər. Tacirrər de­dilər:

– Nəcəf, nə için burada yalnız qalıfsan. Mələkzadə tacirrərin söz­dərinnən cuşa gəlif Nəcəfin anasına böylə bir namə yazır:




Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin