Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə63/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   59   60   61   62   63   64   65   66   ...   96
Qafar Qafarovun xatirələri
Mən, 1882-ci il təvəllüdlü fərdi təqaüdçü Qafar Qafa­rov 1909-cu ildən H.Z.Tağıyevin dəyirmanında və fabri­kin­də işləmişəm.

H.Z.Tağıyev fabrikdə fəhlə və qulluqçuların uşaqları üçün pulsuz məktəb (1) açdırmışdı. Fabrikdə həmçinin Azərbaycan və rusdilli özfəaliyyət dərnəklərinin çıxış etdiyi klub-teatr da var idi. Klub nəzdində həvəskar fəhlələrdən iba­rət orkestr fəaliyyət göstərirdi. Musiqi alətləri və kapel­meyster-müəllim Tağıyevin hesabına idi. Kitabxana-qiraətxana da mövcud idi. Mənim işlədiyim müddətdə Tağı­yev bir neçə dəfə fabrikə gəlmiş, fəhlələrlə görüşmüş, on­lar­dan öz uşaqlarını məktəbə göndərməyi təkidlə tələb etmişdi.



Tağıyev ruhanilərin əksinə gedərək, azərbaycanlı qız­lar üçün Bakıda ilk pansion tikdirmişdir. Pansiondan xeyli əvvəl Tağıyev özünün Nikolayevski, indiki Kommunist kü­çəsi, 12 ünvanında yerləşən evində mətbəə açmışdır. Həmin mətbəədə Qafqazda ilk qəzetlərdən biri olan “Kaspi” nəşr edilirdi.

Ümumiyyətlə, Azərbaycanın mədəni-maarif həyatına H.Z.Tağıyev böyük töhfə vermişdir.



Fabrikin müdiriyyəti tərəfindən fəhlə və qulluqçulara qarşı pis rəftar olanda, onlar H.Z.Tağıyevə şikayət edir­di­lər. O isə öz növbəsində, həmişə şikayətçilərin tərəfini tutar­dı.

Keçmişdə Bakıda belə qəbul olunmuşdu ki, bütün varlı insanlar qoçu saxlayırdılar. H.Z.Tağıyev bu qaydanın əleyhinə idi və yanında cangüdən saxlamırdı, hər yerə tək gedirdi.

Mənim işlədiyim müddətdə, yəni 1909-cu ildən 1918-ci ilədək fabrikdə tətillər olmamışdı. Hər hansı münaqişə ya­ra­­nanda isə bütün millətlərdən olan ağsaqqallar H.Z.Ta­ğıyevin yanına gedirdilər və onların xahişləri həmişə yerinə yetirilirdi (2).

H.Z.Tağıyevin mədəni-maarif fəaliyyəti haqqında əla­və etmək istəyirəm ki, o, hər il öz hesabına gəncləri Rusi­ya və xarici universitetlərə oxumağa göndərirdi.


21 avqust 1956-cı il.

MATM NF, №№ 21007, 21025

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin