Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi


Gertsen küçəsi – indiki Vəli Məmmədov küçəsi. 12



Yüklə 0,68 Mb.
səhifə40/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   36   37   38   39   40   41   42   43   ...   96
11. Gertsen küçəsi – indiki Vəli Məmmədov küçəsi.

12. S.Şaumyan adına xəstəxana – indiki Neftçilər xəstəxanası.

13. Qorki küçəsi – indiki Mirzə İbrahimov küçəsi.

14. Şaumyan rayonu – indiki Bakı şəhəri Xətayi rayonu.

15. İqlimə Əliyeva-Heydərova (1896-1980) – pedaqoq. Doğulduğu Dərbənd şəhərində ilk təhsil aldıqdan sonra 1906-cı ildə Bakıya gələrək, H.Z.Tağıyevin qız məktəbində oxumuşdur. 1911-ci ildə məktəbi qurtarıb elə orada 6 ay təcrübə dərsi aparmışdır. Sonra Balaxanı kəndində açılan ilk qız məktəbində pedaqoq işləmiş, 1913-1917-ci illərdə isə yenidən təhsil aldığı məktəbdə çalışmışdır. 1920-1940-cı illərdə Dağıstanda pedaqoji fəaliyyətlə məşğul olmuş, sonra isə uzun müddət Bakıda maarif işində işləmişdir.

16. Musəvi küçəsi – indiki Məmməd Sadiq Əfəndiyev küçəsi.

17. Xavər Qarayeva-Şabanova (1901-1958) – ilk təhsi­lini Tağıyevin qız məktəbində, sonra isə Saratovda diş hə­kim­liyi məktəbində almışdır. 1920-ci ilə qədər Həştərxanda həkim işləmiş, Aprel işğalından sonra Bakıya gəlmiş, icti­mai fəaliyyətlə məşğul olmuşdur.

18. Sona Axundova (1897-1971) – şairə, ictimai xa­dim. Qız məktəbində oxuyarkən şeirlər yazmağa başla­mış­dır. 1910-cu ildə “Vətən” adlı ilk şeiri mətbuatda çap olun­muş­dur. 1920-ci illərdə Azərbaycanda savadsızlığın ləğv edil­­məsi işində iştirak etmişdir. S.Axundova görkəmli hə­kim, professor Əbülfəz Qarayevin həyat yoldaşı, dünya şöh­rətli bəstəkar Qara Qarayevin və cərrah, tibb elmləri dok­toru Mürsəl Qarayevin anasıdır.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin