Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə252/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   248   249   250   251   252   253   254   255   ...   300
III mətn

Sarı Aşıxnan Yaxşının sözdəri çəpləşif, aşığ ajıx eliyif gedif. Sarı Aşıx, deyilənə görə, İran Qaradağlısınnandı. Bayram oluf, Yax­şı aş bişirirmiş. O vaxdı da düyünü adamın sayına görə tökür­dülər. Hər adama bir istəkan düyü tökürmüşdər. Bir istəkan artıx tökəndə qardaşı deyif ki, Yaxşı, onu neynirsən? Deyif ki, bu da aşığın payıdı. Aş dəmə gələndə orda bir dənə şeir deyir. Deyir:

Aşıq, aşın bişdi gəl,

Bişif dəmə düşdü gəl.

Yaxşı günün yoldaşı

Yaman günə düşdü gəl.

Aşı qaba çəkəndə qapı döyülür, aşıx girir içəri.

IV mətn

Aşıx Yaxşının yanına gedirmiş. Bunun əri Zaman deyif ki, de­yir­sən bu hakq aşığıdı. Əgər hakq aşığıdırsa, bunu bur­dan qov getsin, bir də çağır gəlsin. Yaxşı halvanı yuxanın ara­sına bükür, gətirir buna bir dənə dürmək verir. Deyir, səni görüm get Tüntəpə­sə. Aşıx gedir ora. Deyir ki,

Mən aşıx bu təpəsdi,

Bu tündü, bu təpəsdi.

Yaxşının dediyi

Bu tündü, bu təpəsdi.

Sora Zaman Yaxşıya deyir ki, əgər hakq aşığıdırsa, çağır, gəlsin. Deyir:

Aşıx, aşın bişdi, gəl.

Bişif yerə düşdü, gəl.

Yaxşının dar majalında

Aşıx yada düşdü, gəl.

Həmən dürmək-halva əlində aşığ girir içəri. Deyir, görürsən­mi bu hakq aşığıdı.
V mətn

O öz sevgilisi Yaxşının dalınca gəlib Güləbirtə çıxmışdı. Yax­şını Sarı Aşığa buta verillər. O yuxuya gedir. Başbilənnər bilir ki, buna buta veriblər. Bu yuxudan ayılannan sora butasının dalınca getməlidi. Orda duranda deyir:

Aşıx dağ arasında,

Duman dağ arasında.

Şam kimi şölə çəkdim

Yandım dağ arasında.

Onnan sora öz butasının dalınca gedir.
VI mətn

Sarı Aşıx həmişə Yaxşıya yaxşı sözdər deyirmiş, onu tərifli­yir­miş. Bir gün Yaxşı deyir ki, Sarı, maa bir qağış elə. Deyir, eliyə­rəm.

Mən aşıq alapara,

Gey sallan alapara.

Yaxşı bir oğlan doğa,

Onu da hal apara.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin