Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə260/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   256   257   258   259   260   261   262   263   ...   300
XXIV mətn

Sarı Aşığın bir tərəfi Zəngilanla bağlıdı. Ona görə ki, Yaxşı da, Günəş də əslən Zəngilandandı, rayonumuzun Məmmədbəyli, Babay­lı zonasından. Sarı Aşıq beş yaşında olanda gecə yatıf bir yuxu gö­rüf. Tezdən duruf, görüf anası bir tulux çalxalıyır. Anası deyif, niyə tez durdun? Deyir, ana, yuxu görmüşəm. Deyir, nədi bu yuxu? De­yir, gördüm ki, elat gedir. Bir kişi mənim qolumdan tutdu, dedi ki, bala, o maydan atın üstündə bir qadın oturuf. O qadın hamilədi. O qadının iki qızı olacax. Birinin adın qoyallar Yaxşı, birinin adın Gü­nəş. Yaxşını verdim sənə, butandı. Arvad tuluğu yarımçıx qoyur, tu­tur oğlunun qolunnan çıxır. Görür ki, bıdı, alnı qaşqa, ayağı səkil maydan at gəlir, iki fərməş yüklənif, üstündə bir hamilə qadındı. Arvat tutur atdan. Deyir ki, bacı, sizin atınız boğazdı, qulunnuyacax yaylaxda. Özü kimi erkəh balası olacaxdı. Sənin də iki qızın olacax. Qızın birinin adın qoyarsız Yaxşı, birin adın qoyarsız Günəş. Yaxşını xudam mənim bu oğluma buta verif. Arvat deyir, sənin dilin quru­sun, mən neynirdim iki qızı. Heş mən qız istəmirdim. Sən bir dəfədə mənə iki qız dedin. Bular çıxıf gedillər. Yola düşəndə kişi də arxa­dan heyvannarın gətirir gəlir. Kişiyə deyir ki, bəs belə iş oldu.

Gedillər, yaylaxda uşaxları olur. Birin adın Yaxşı qoyullar, bi­rin adın Günəş qoyullar. Neçə illər keçir üstünnən. Yaxşı da böyü­yür, Aşıx da böyüyür. İndi Aşıx deyir ki, ata, mən söz örgən­məh istiyirəm. Böyüyənnən sora Aşıx olmax fikrinə düşür. Atasına deyir ki, mən Aşıx olmax istiyirəm. Deyir, səni qoyaram, filankəsin yanın­da saz çalmağı örgənərsən. Deyir, yox, mən saz çalmax istəmirəm, mən söz qoşmax istiyirəm. Kimin yanına gedim? Deyir, dağda bir hacı var. Hacı Muradın yanına göndərə­rəm. Gedərsən, o saa söz ör­gədər. Durur bir azca çörəh qoyur torbasına, gedir. Gedir, yolda acır. Oturur çörəyi yeyir, uzanır. Görür bir kişi odun yığır. Öz-özünə deyir:

Əzizim baltasına,

Qorxma, vur, balta sına.

Nə qədər eliyir ikinci beyti deyə bilmir. Gedir yaylağa, Hacı Murada deyir. Deyir, lap yaxşı, saa söz örgədərəm. Mənim buzov­la­rımı otararsan, hər axşam da mən saa söz örgədərəm. Orda çox qalır. Hacı bunu örgətmir. Acığı tutur buzovları gətirir tökür malın içinə ki, çıxsın gəlsin. Buzovlar başlayır inəhləri əmir. Hacının ar­vadı heç vaxt inəh sağmazdı. Qəşəh bir arvad olur. Bir tas götürür, başdıyır bunu yalıya-yalıya (içində bal varmış, nə varmış) gəlir inəyin birin də bu sağsın. Hacının arvadını görəndə bu vəcdə gəlir, deyir:

Pərim qaymaq dodağın

Batırıf bal tasına.

Bu gedənnən sora Hacı çağırır bını. Deyir, əyə, qayıt, qayıt bəri. Deyir ki, ta mən özüm örgəndim. Çıxır gedir.



Sora gəlir bu qızın (Yaxşının – top.) dalınca. Bu qıza elçi gəlillər. Yaxşının da dokquz, on yaşı var imiş. Atası deyir ki, bəs qızı verəcəm baldızımın oğluna – Zamana. Arvat deyir, a kişi, bu butadı. Elçilərə deyir ki, sabah axşam həmən oğlan gəldi, qızı verəcəm ona. Gəlməsə, qızı verəcəm sizin oğlunuza. Səhər anası axşamüstü Yaxşıya deyir ki, qazanı qoy ocağ üstünə. Elçilərimiz gələcəh. Yaxşı gəlir ocağı qalayır. Qazanı doldurur suynan, üstünə qoyanda deyir:

Aşıx aşın bişdi gəl,

Arvad aşı vırır dəmə, gedir. Yaxşıya deyir ki, get qazanı qoy yerə, dibi yanar. Gəlir ağlıya-ağlıya qazanı qoyur yerə. Deyir:

Bişdi yerə düşdü gəl.

Qonaxlar gəlir, oturullar məclisdə. Arvat qızına deyir ki, ye­məyi get gətir, qonaxlara yeməh verək. Gətirir qazanı hersdi-hersdi qoyur anasının qabağına. Ağzındakı məcmeyi də sürüşür düşür. Çıxır çöldə ağlıyır. Deyir ki:

Yaxşı günümün yoldaşı,

Yaman günüm düşdü gəl.

Yeməyi çəkillər. Gözdüyüllər ki, ev yiyəsi əl atsın bir tikə gö­türsün, bismillah eləsin desin Allah xeyir versin. Bir cavan oğlan çiy­nində saz girir içəri. Deyir, qonağ istiyirsiz, Allah qonağı? De­yir, Allaha da qurban olum, qonağa da. Bu olur həmən Sarı Aşıx. Hər şey aydın olur. Zamanın ata-anası duruf gedir. Aşıx qalır bur­da. Yaxşı da sevinir.

Tezdən durur bir az pal-paltar götürür, gedir çayın qırağına paltarları yusun. Sarı Aşıx çördən-çöpdən yığır, gətirir ocağı qala­yır. Söhbət eliyillər. Zaman gəlir, ova getmişdi, çiynində də tüfənk. Gəlir görür ki, Yaxşının yanında bir oğlan oturuf. Bunu çağırır, bu­na bir şapalax vurur. Zaman gedir. Aşıx aralıda daşın üstündə otu­rur ağlıyır. Deyir:

Əziziyəm iti belə,

Gəc belə, iti belə,

Zaman məni elə vurdu,

Vurmazdı zaman elə.

Sabahı günü hay düşür ki, Zaman xəstələnib, sancılanıb. Nə qədər dava-dərman eliyillər, mümkün olmur. Zaman ölür. Aşıx baxır ki, Yaxşı ağlıyır. Tutur Yaxşının gözünün yaşını silir. Deyir:

Əzizim Zamanı görüm,

Halım zamanı görüm.

Yaxşının xətirəsinə

Gedim Zamanı görüm.

Gedillər Zamanla görüşüllər. Zaman orda canını tapşırır.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin