Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə16/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   12   13   14   15   16   17   18   19   ...   266
VII mətn

İrəhmətdih nənəm nağıl eliyirdi ki, Yarəhməddidə bir kişi gedif onunnan əvlənmişmiş. Bı əvlənmişmiş, özü də iki uşağı olmuş­muş. Deyirmiş ki, yamaca gedirəm odun yığmağa, gəlillər tökülüşüllər, beş dayqada atın yükünü hazır eliyillər. Deyirmiş ki, bəs olardan da iki uşağım var, əvlənmişəm.


VIII mətn

Halı mənim babam tutuf. Biz də nənəmnən eşitmişdih. Nə bilirdih? Suya yolluyurmuş, ota yolluyurmuş. İynəynən tutmuşdu. Sora elə bil babama deyif ki, saa avcılığı verirəm, səni ant verirəm Allaha, məni burax. – Avcı nəzəri olan adamı avanda açılır, çəkilir. Atam öləndə verdi maa. – Sora babam buraxıf bunu. Şahmar babam tutmuşmuş. Allah nəhlət eləmiş sora bir qarğış eliyif bizə. Deyif ki, yeddi arxa dönəninin başı ağrıdan qutarmasın. Suya gedəndə orda iynəsin çəkiflər, qayb oluf. Saçı uzun olur, özü də uzun olur. Döşdəri yekə olur. Allah nəhlət eləsin oların nəslinə.



IX mətn

Bırda bir ağsakqal var idi. Nağıl eliyirdi ki, həmişə gedif görürdüm ki, at tərriyif. Qapını möhkəm bağlıyıf gedirdim, gənə də gəlif görürdüm ki, at qan-tərin içindədi. Getdim, deyir, nəysə, gördüm ki, atın yalını hörüflər. O adam bı rəvayəti, bı söhbəti eli­yən­də babam dedi ki, mənim babamın babası belə bir işə düşüf­dü. Onun da atını belə eliyəndə o gətirif atın yəhərinə qır çəkif, gedif axurda gizdənif. Görüf kü, qapını aşdılar, at özü-özünə getdi. Gedən­də tutdu, iynəni sancanda bir adam göründü. Hal oluf. Hal arvadı deyillər. O adamın döşdəri yekə imiş, dalına atar­mış. Onun, deyir, uşağı oldu, halın. Hamilə imiş, yürüyə qoyuflar. Bı uşağı yürüyə qoyanda dedi ki, yürüyün altını süpürməh olmaz, o uşağ o sahatı ölər. Hal deyif bunu.



Nəysə, deyir, vaxt gəldi, zaman gəldi, mənim babama dedi ki, müqavilənin vaxdı qutarır. Məni burax, orda uşağım qalıf, çıxım gedim. Babam deyir, iynəni çəhdim, getdi küllühdə durdu. Küllühdə duranda dedi ki, iki şeyi soruşmadın. Biri, sarımsax nəyə dərmandı, biri də bı dünyanın axırı nə olajax.
X mətn

Olar çox gözəl olullar, olar mələh donunda olullar. Yeddi cilt­də olullar. Neçə cildə desən o fasona girillər. Yarməmmədin dədəsi оların birini tutuf. Görüf ki, dabanı daldan uzundu, Allah xalasının goruna nəhlət eləsin. Bilif ki, bu olardandı. Tutuf ki, gedif ziyannıx eləməsin. Deyif ki, sən nə ciltdəsən, onu maa deginən. Deyif:

– Daa gördün də məni nə ciltdəyəm. Mən halam, məni apar saxlaginən. Nə desən, eliyəjəm.

Gətirif başdıyıflar işdətməyə, eşşəh yerinə, at yerinə. Bir gün işdən başını qaldırır, buna deyir ki, sənin urzan gödəhdi. Deyif:

– Elə mən də nə çox çörəh isdiyirəm, nə az çörəh. Elə bu qədər, ortabab isdiyirəm.

Deyif:

– İsdiyirsən deyim, Allah-taladan sənin çörəyin bir az da çox olsun.



Deyif:

– Yox, isdəmirəm.

Deyif:

– Yeddi arxadönənəə dəymiyəjəm. Yeddi arxadönənin yatan­da, qutaranda, uşağı olanda ona dəymiyəjəm. Boşda, çıxım gedim.



Boşduyuf. İndi biz gedif onun yeddi arxa dönəninnən əysi gətiririh. Allah nəhlət eləmişdərin yeddi dənə ciltdəri olur. Olar o fason olur.
XI mətn

Babamın yaxşı atdarı oluf. Bir gün görür kü, bu atdarın biri həmişə qan-tərin içində olur. Səhər tezdən tavlıya gedəndə görür kü, bı elə həmişə qan-tərin içindədi. Elə bil kimsə bını minif çapır. Babam fikirrəşir ki, bına nə ola bilər, axı bı həmişə bağlı olur. Qalıf fikir içində. Deyif səhər-axşam bı atı güdəjəm. Səhər-axşam gedir uzanır ot tayasının içində, başdıyır güdməyə. Görür bir dənə qəlbi, hündür bir arvatdı. Uzun da saşdarı var. Sən də mənim balam, uzun da döşdəri var. Birini bı çiyninə atıf, birini də bı çiyninə. Atın yalmanınnan tutuf minir. Atı şallaxlıyır, minir, çıxır gedir. Babam gəlir evə danışır ki, mən neyniyə bilərəm ki, bını, bı halı tutum. Nənəmin ağlına gəlir ki, qara qırdan, sakqızdan sığasın bı atın belinə. Babam belə də eliyir. Arvad atı minif gətirif yerinə bağlıyannan sohra babam səhər-axşam qırı əridir, gətirir sığıyır atın belinə. Sığı-yannan sohra gejə babam gəlir evə, tay getmir. Səhər duruf gedif, görür kü, atı minif elə qalıf atın belində. Tay düşüf gedə bilmir. Qopmur ku, düşə gedə. Babam iynəni sancır yaxasına, deyir:

– Ay Allahın lənətinə gəlmiş, qutar, düş.

Hə, bını dartır düşürür atdan. Düşürənnən sohra gətirir evə. Gətirir evə. Babamı da Allah soxsun yerə, nejə ki soxuf, babam bını başdıyır işdətməyə. Çoxlu, xeylax vaxt işdədir. Bir müddətdən sohra bı başdıyır yalvarmağa. Elə bil deyir ki, bəs döşümdə uşağım qalıf, məni burax, nolar! Babam deyir ki, gəl and iş ki, sənin yeddi arxa dönənaa dəymiyəjəm. Özün də maa bir şeyin bərəkətini ver, get. O vaxkı adamnarın hamısı avammış da, bala. Bı gəlir and içir. And içənnən sohra deyir ki, sənin yeddi arxa dönənaa dəymiyəjəm, saa da nəyin bərəkətini verim? Zibilin bərəkətini verim saa? Deyir, hə, ver. Onnan bəri zibil nə qədər olar? Süpür ki, qutarsın. İndi bir şey olanda babamı söyüllər. Elə hey zibil süpürrüh, heş qutarmır.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin