Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə171/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   167   168   169   170   171   172   173   174   ...   266
45. İNSAN NƏSLİNƏ ÇƏKƏR
I mətn

Bir padşahın qızını başqa padşahın oğluna alıllar. Padşahların arasında dostdux oluf. Bunnar uzun-uzadı dosd oluflar, elə bilginən ki, dosdunun evladı olmurdu, bu dosdunun da xəbəri yox idi, uşax evinnən bir qız götürüf. Bu uşax evinnən uşax götürənnər üçün xoşagəlməz söz olur. Bilmiyif da uşağı götürəndə kimin uşağıdı. Oğlu olan padşah dosdunun evinə qonax getmişdi. Görür bunun evində bir uşax, deyir:

– Qızdı, oğlandı?

Deyir:


– Qızdı.

Deyir:


– Bizim evdə də biri əmələ gəlif, oğlandı. Bular yekəlif həddi-buluğa çatanda – padşah oğlu padşah qızını alar da, gedif rəiyyətin qızını almıyajax – bu uşaxları evləndirərih, dosduğumuz çevrilər qohumluğa.

Nəhayət, vaxt gəlif çatır, gəlini gətirillər. Qırx gün-qırx gejə orda toy vuruluf, qırx gün-qırx gejə burda toy vurulajax. Padşah xanımına tapşırmışdı ki, elə adam qoy gəlinə nəzarət eləsin, görsün gəlnimiz nəynən maraxlanır.

Yol uzunu qabaxda qoşun gedir musiqi çala-çala, dalıynan dəvə dəsdəsi, at dəsdəsi gəlin aparıllar. Gəlif belə keçəndə görür arx axır, arxın qırağında da söyüd ağacı qəşəh sərinnih verir. Deyir, onun böyrünnən keçəndə gəlin belə baxır, deyir:

– Nə yaxşı sağanaxlıx var ey burda.

İndi fənərkadan-zaddan eliyillər, keşmişdə fənərka yox idi. Söyüd ağacı yaxşı əyiləndi. O qaraçılar söyüd ağacını yonurdular, nəzik eliyif, qatdalıyıf sağanax qayırırdılar. Ələyin böyürlərinə sağanax deyillər. Deyir ki, nə yaxşı sağanax var ey burda. Bu söz qalır bunun yadında.

Gedillər evə, toy qurtarır, hamı çəkilir gedir evinə. Padşahın imarəti, nəhqədər qonağı, nökəri – burdadı hamısı. Surfası da çox geniş açılardı. Deyir, surfa salınıf bərdən ayna, burda heş olmasa əlli-altmış qaşıx var idi. Nəhqədər boşqab, yeməh töküllər, yeyillər, musiqi çalınır, xanımlar rəqs eliyir, qulluxçular oynuyur, xidmətçi­lər xidmət eliyir. Bu gəlinin heş qaşqabağı açılmır. Padşah nəzarət eliyir, görür gəlin heş nəynən maraxlanmır, çox yad görünür buna bura. Xanımına deyir ki, qulluxçuya tapşır, gör bu nəynən marax­lanır. Padşahdan da böyüh aylənin gəlini olajaydı bu, biznən ma­rax­lammır, qaynıyıb-qarışmır? Adamlar çəkilənnən sora gəlin yığış­dır­malıdır da surfanı. Babalardan adət belədir. İndiki gəlinnər deyillər yox, qaynana yığışdırmalıdı. Desinnər, eybi yoxdu, yığış­dırar qayna­na. Qulluxçu gəlini güdür, görsün gəlin nəynən marax­lanır. Görür camaat çıxannan sora otaxda heş kəs qalmadı. Gəlin girdi bura, burdan iki dənə stol qaşığı, yəni bu böyüh qaşıxdan götürdü hər əlinə birini, başdadı stolun başına fırranmağa. "Hay it, hay it, hay it" eliyə-eliyə, qaşıxları da əlində oynada-oynada üş dəfə dövrə vurdu sur­fa­nın başına, bitirdi gəldi, qaşıxları stolun üsdünə qoyuf başdadı sur­fanı yığışdırmağa. Axşam olur, padşahın arvadı qulluxçunu çağırır:

– Bu gün nə gördün? Padşahın tapşırığıdı, bu gün cavab verməlisiz.

Deyir:

– Mən bir şey duymadım, bircə onu duydum ki, yolda söyüd­düh­dən keçəndə sizin gəlniniz dedi ki, nə yaxşı sağanax çıxar bunnan. Belə bir söz işdətdi. Mən qorxdum sizə deməyə ki, cəzalandırarsız ki, gəlnimizə nəsə yapışdırır. Bu gün də iki dənə qaşığı götürdü, surfanın başına dal-dala üç dəfə "hay it, hay it" deyə-deyə fırrandı.

Padşaha dedilər ki, söyüddühdən keçəndə gəlin deyif nə yaxşı sağanaxlıxdı bu. Bu günnəri də iki dənə stol qaşığı götürüf əlinə, camaat çəkilənnən sora üş dəfə surfanın başına "hay it, hay it" deyə-deyə fırranıf, sora surfanı yığışdırıf.

– Allah, evimiz yıxılıf.

– Nədi?

– Gəlnimiz qaraçıdı.

Burda it də yoxdu, Qarabağda qaraçı əlində ağac kəndə girir. Eləsi olur iki əlində də ağac olur.

İndi ismariş eliyir ki, sizə qonax gəlirih. Vaxt gəlir, yığışıf gedillər. Söhbət əsnasında deyir:



– A dosdum, sizin qızınızda belə əlamətdər olufdu. Söyüd-dühdən keçəndə deyir ki, burada yaxşı sağanaxlıx var. Aparmışıx, biznən maraxlammır. Tapşırıx vermişəm ki, görsünnər nəynən ma­rax­lanır. İki dənə stol qaşığı götürüf dal-dalına solun başına fırranıf "hay it, hay it" deyə-deyə. Qaraçı tayfasına uyğun gələn əlamət­dərdi.

Deyir:


– A qardaş, başına dönüm, o vaxdı mən onu uşax evinnən götürmüşdüm, yəqin, qaraçılar gətirif qoymuşdular da, nə bilim.

Deməh, körpə uşax da yekələndə atasının, anasının işdətdiyi əlamətdəri işdədir. İrsi keçir buna deyillər.


II mətn

Bir gün Şah Abbas gəzməyə çıxanda bir uşax tapır. Uşağı gətirir, yekəldir, eliyir. Nəysə, bı isdiyir şahlığı verə bı uşağa. Uşax çox diribaş uşaxdı. Çağırır vəziri Allahverdi xanı, deyir ki, mən uşağı qoymax isdiyirəm şah. Amma bının milliyətini mən bilmi­rəm. Mən hər gədiyə şahlıx tapşıra bilmərəm. Bının milliyyətini mən bilmirəm. Nətər eliyim bını örgənim? Bı deyir ki, vallah, nə deyim. Şah deyir:

– Vəzir, saa qırx gün vaxt verirəm, örgən gör bı kimdi. Tap­ma­san boynu vırajam.

Vəzir baxır, əlaj yoxdu, deyir:

– Yaxşı, onda bı uşağı da ver, özümnən götürüm.

Gedir otuz dokquz gün məmləkətin hər tərəfini gəzir, car çəhdirir, elan verdirir, soruşur ki, bəs bilərsız, eşidərsız, filan vaxdı şah tapan uşax kimdi? Amma bını heş kim bilmir. Gəlir, çörəyi qutarmışmış. Bir az pendir-çörəyi qalmışmış. Oturullar bir söyüd ağacının dibində çörəh yeyələr. Çörəh yeyəndə uşax uzanmışmış, belə göyə baxırmış. Göyə baxanda görür kü, söyüdün yarpaxları, budaxları sallanır. Deyir:

– Vəzir.


Deyir:

– Nədi?


Deyir:

– Söyüdün nə xəlbir toxunmalı budaxları var.

Tez vəzir barmaxlarını dişdiyir ki, ey dadi-bidad, bı, qaraçı uşağıdı. Yavaşca gəlir Şah Abbasın yanına. Deyir:

– Şah sağ olsun, məsləhət dəyil.

– Niyə?

Deyir:


– Şah sağ olsun, bı, qaraçı uşağıdı.

Deyir:


– Nə bildin?

Deyir:


– Köpəyoğlu söyüdü görən kimi dedi ki, nə xəlbir toxunmalı budaxları var. Onda bildim ki, bı, qaraçı uşağıdı.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin