Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə169/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   165   166   167   168   169   170   171   172   ...   266
43. FƏRASƏTLİ QARDAŞLAR
Bir kişinin üç oğlu olur, ayləsi, bir də özü olur. Kişi ovçulux­nan məşğul olurdu. Ovda da heylə bir gəlir yox idi. Dərinin birini yetmiş köpüyə alırdılar. Ovdan gələndə bu, çox korruxlanır, çox gəzir piyada, ayləni çətin dolandırır. Oğlannarı da iriləşifdilər, oğlannarı da gedir ova. Bular heş ov ovlamağın girəvəsini bilmillər harda durmax lazımdı, harda ovlamax lazımdı. Aylədə ehtiyac çoxdu. Fikirrəşir ki, aylənin xətrinə əyri yola düşsün.

Deyir, bir gün padşahın imarətinin yanınnan keçəndə görür ki, xəzinənin abuşkası açıxdı. Fikirrəşir ki, yəqin yaddan çıxıf qalıf ey açıx. Qarannıx düşmüşdü. Abuşkanın açıx qalması cəlb edir bunu. Deməli, abuşka açıxdı, oğurruğa gəlməh olar. Abuşkanın açıx ol­ma­sının mənası bu idi ki, oğrunu tutmax. Abuşkanın içərisinnən pad­şah dərin bir quyu qazdırmışdı insanın qurşağına qədər, içini də qırnan doldurmuşdu ki, oğru gəlif abuşkadan özünü atanda düşsün bura. Bunu yazıx kişi bilmirdi. Gəlir evə, oğlannarını yığır belə, deyir:

– Mən yaşamasam da olar, sizin yaşamağınız üçün padşahın xəzinəsinin abuşkası açıxdı, gedəjəm oğurruğa, bir az qızıldan-zaddan gətirim, siz yaxşı yaşıyın. Amma ola bilər ki, məni tutallar. Saat birəcən gəlməsəm, mənim dalımca gəlin. Deməh, ya tutul­muşam, ya da yüküm ağırraşıf.

Kişi durur, o vaxt patava oluf, patavasının qatmasını bərkidir, birdən-ikidən oğurruğa getməmiş adam, abuşkanı açıx görür, içə­ridə qızıllar hamısı işıx salır. Təntimiş adam, abuşkadan özünü atır. Atan kimi düşür quyuya, bircə çiyinnəri qalır çöldə bunun.

Oğlannarı gözdüyür, gəlmir, duruf gedillər. Görür kölgə dü­şür, deyir:

– Oğlannarım, sizsiniz, gəldiniz?

Deyir:


– Hə, gəldih.

Deyir:


– Ehtiyyatdı olun, mənnən təxminən yarım metr buyza quru­du. Mən elə vəziyyətə düşmüşəm ki, daa burdan çıxası deyiləm. Ya ölüb çıxajam, ya da qaldım burda.

Böyüh oğluna deyir ki, sən ayağı qoy çiynimə, keç xəzinəyə. Böyüh oğlu ayağını qoyur kişinin çiyninə, addıyır xəzinəyə. Ortan­cıla deyir:

– Sən də keç.

Kiçiyə deyir:

– Sən də keç.

Üçü də keçir. Deyir:

– Yığın, nə qədər yığırsız, yığın.

Nə qədər gücü çatır yığıllar. Qayıdanda böyüh oğluna deyir:

– Oğul, burda məni tutajaxlar, sizin hamınızı gülləliyəjəhlər. Gedirsən başımı kəs, götür get, bilən olmasın ki, mən kiməm.

Deyir:


– Ata, onu mən eliyə bilmərəm.

Deyir:


– Onda keç.

Ayağını qoyur kişinin çiyninə, çıxır çölə. Ortancıl gəlir, ortan­cıla deyir:



– Oğul, sabahları məni burda tutajaxlar, biləjəhdilər sizin ata­nızam, sizi çox incidəjəhlər. Başımı kəs, götür get, cəsədimi tanıyan olmasın.

Deyir:


– Yox, ata, mən onu eliyə bilmərəm.

Bu da addıyır çölə çıxır. İndi kiçih gəlir. Kiçiyə deyir:

– Olar cəsarət etmədilər, sizin üçünüzü də asdırajax şah darvazanın bir tayınnan. Başımı kəs, götür get, tanıyan olmasın, apardığınızı dinc yeyin-için da.

Deyir:


– Yox, ata, mən onu eliyə bilmərəm.

Deyir:


– Yaxşı, keç.

Bu da keçir, deyir:

– Getmiyin, dayanın.

Dayanıllar.

– Sabahları padşah məni burdan çıxartdırajax, parça-parça doğratdırıf aparıf düzə tullatdırajax ki, quşdar yesin, həm də mənim sahibim gəlsin ağlasın. Ağlıyanda bilsinnər ki, kimdi mənim yiyəm. Anana tapşır, birdən ora gələr ha! Heş biriniz gəlmiyin. Neçə gün cəsədim o çöldə qalsa, quzğunnar tikə-tikə eliyif aparsa, gəlmiyin.

Vəsiyyətini eliyir, deyir:

– Çıxın gedin.

Oğlannarı gedir. Sabah açılır, Allah hamının sabahını xeyirə açsın. Xəzinədar gəlir, hər gün yoxluyurdu, görür ki, qırın içində bir adam var. Padşaha xəbər göndərir ki, padşah sağ olsun, bir nəfər gəlifdi oğurruğa, xəzinənin yarısını da aparıflar, düşüf qalıf qırın içində. Deyir:

– Çıxartdırın, gətirin.

Çıxardıllar bunu burdan. Bunun başını kəsdirif, başı da üsdündə tullatdırır imarətinnən bir qədər aralı. Görüllər bunu, arvad da görür, uşaxları da görür ki, kişini öldürüf atıflar ora. Heş birisi getmir. Burda söhbət cırlaşır, danışmax məqsədəuyğun deyil.



Padşah biliciləri çağırır, deyir ki, sınaxdan keçirin bildiyinizi. Xəzinəni kim yarıf, tapın. Tapa bilmillər. Ağsakqalları çağırır, qara­sa­kqalları çağırır, əmələ gəlmir. Əl atır ipəh qarılara, köpəh qarılara, burdan da bir şey çıxmır. Bunun, deyir, üş qızı vardı. Qızdar deyir:

– Ata, niyə narahat olursan, biz o oğruları taparıx.

Ortancıl qız gəlir qabağa, deyir:

– Ata, car vur, meşədə böyüh bir tala var, o talada mən əlli dəvə yükü qızılnan gejəliyəjəm. Heş kəs saat on ikidən sora çölə çıxmasın. Pusquda adam qoyarsan, oğrular gələndə tutallar.

Hətta, deyir, hasar da çəkilmişdi, hasarın qapısı da var idi. Qa­pıçı qapını bağlıyır, əlli dəvə yükü qızılı çəkir, tam yiyəsizdih idi. Bu talada bu, axşamlıyası olur. Qoşun talanı mühasirəyə alır, pad­şahın qoşunu ki, oğru gələndə tutsun. Sərvan – dəvənin yedə­yini çəkən oturmuşdu dəvənin üsdündə, yuxluyurdu. Tez-tez də­və­nin ipini çəkirdi ki, görsün dəvə burdadı. Dəvə getsə, o biri dəvələr də getcəh, qız da. Qız dəvədən gejədən xeylağ keçənnən sora düşür, ta yuxluyurdu. Deyir:

– Mən düşürəm.

Düşürüllər, yer salıllar, yatır. Arxası üsdə yatmışdı, ayın işı­ğını qaytarırdı, o qədər gözəl idi. Gecədən bir qədər keçənnən sora qoşun gedir yuxuya. Bular hasardan keçillər içəri, camaata qoşu­lullar, bularnan deyif-danışıllar. Kiçih qardaş böyüyə deyir ki, gedif o qızı öpəjəm. Deyir:

– Ə, qırdırarsan bizi, qoy görəh.

Qız oyax idi, oğlan yaxınnaşır, bir əlini bu üzdən qoyur, bir əlini o üzdən, toxunmasın deyə, üzünnən öpəndə qızın əlində qayçı vardı, qayçıynan bunun bığının yarısını kəsir. Bu heş duymur. Qayıdır gəlir, deyir:

– Öpdüm, heş bilmədi.

Deyir:

– Nə bilmədi, ə, səni damğalıyıf ey, sənin xəbərin yoxdu.

Nağarax, nağarax, qayçını götürüf nə qədər bığlı adam var bığının yarısını bunki fason kəsillər. Qızı ehmalca götürüf aşırdıllar dəvənin belinə, dəvənin kəndirini kəsif bir daşa bağlıyıllar. Dəvənin yedəyini çəkir, qalan dəvələr də dalınca ehmalca qapıdan çıxıllar. Dəvələr də çıxır, qız da, götürüf gedillər.

Sabah açılır, xəbər gedir padşaha ki, dəvələr də gedif, qız da gedif, amma oğruya nişanə vuruflar. Qapını açıllar, deyillər:

– Kimin bığı bütöydü çıxsın, kimin bığı paradı, qalsın.

Görüllər ki, hamının bığının parası kəsihdi. Padşah daha da hiddətlənir. Padşah nə qədər qoşun başçısı vardı, nə qədər əyannar, nə qədər ipəh qarı, nə qədər köpəh qarı var, hamısını yığır. Deyir:

– Yox ey, olar tapılmalıdı.

Bular axtarışda olsun, oğlannar qızı da götürüf gəlillər evə. Dəvələr tutular deyə doğruyullar hamısını. İndi beş dəvə, üş dəvə olur, mən əlliyə yaxın dəvə demişəm. Söhbətdə də əlliyə yaxın dəvə deyilif, bəlkə də şişirdillər nağılda. Görünür, bəlkə də əlli dəvə oluf, amma əlli dəvəni kim kəsə. Yığıllar pəyəyə ki, dəvələr çıxıf eliyər, görən olar. Qızı da kəbin eliyillər böyüh qardaşa, aylə qu­rur bunnan. Özdəri ovlarınnan məşğul olullar, analarına tapşırıl­lar ki, qapını açmırsan, evə adam buraxmırsan, çaaranda “evdə heş kəs yoxdu” sözünnən başqa bir kəlmə demirsən. Həyətə heş kəsi buraxmırsan. Deyir, ova gedirdilər öz qaydaları üzrə. Gələndə də dəvələrin ətinnən bişirirdilər, yeyirdilər. Yeraltı dam var idi, damın tirlərinnən asmışdılar dəvələrin ətini ki, xarab olmasın.

Bir gün nəpəh qarılardan biri padşaha deyir ki, mən taparam o oğruları. Deyir:

– Sən oğruları taparsansa, tərəzinin bir gözünə sən özün qoyu­la­jaxasan, bir gözünə də qızıl-gümüş qoyulajax. Bu qədər hakqın var, tapsan.

Qarı tumanının balağını sancır. – Balağ sancardılar, indi olmasın. Tumanın ətəyini yığışdırardı qıvrax olsun deyə. – Sancır tumanı, düşür yola. Dəsmal çəkir, hönkürüf ağlıya-ağlıya kəntdəri başdıyır gəzməyə. Kim bunnan soruşur noluf, deyir:

– On səkgiz yaşında oğlum var, xəsdədi, ölür. Həkim ona dəvə əti buyuruf. Bircə tikə dəvə əti olsa, o sağalar.

Dolana-dolana gəlif çıxır bu oğruların həyətinə. Ana görür darvazanın dalında bir kadın ucadan ah-vay çəkif ağlıyır. Ürəyi yuxa idi ananın, dayana bilmir, yaxınnaşır qapıya, qapını açır, görür ki, bir qoja qarıdı.

– Ay ana, noluf?

Deyir ki, bəs bir oğlum var, on səkgiz yaşında, gözümün ağı-qarasıdı, ölür. Ona həkim dəvə əti buyuruf, bircə tikə olsa, ölməz. Ürəyinin yumuşaxlığınnan "yoxdu" deyə bilmir, deyir:

– Gəl, içəri.

Gəlir içəri qarı, uje görür ki, burda işıx uju var. Pəyələr bizdə yeraltı oluf. Uzun pəyə idi, iyirmi metr uzunnuğu. Bunu salır pəyəyə. Qarı içəri girəndə, qarıya bu səhnə lazım idi, görür ki, dəvələri şakqalıyıf asıfdılar. Deyir ki, a bajı, bu nədi?

Deyir:


– Aaz, heş kimə demə, padşahın qızı da, dəvələri də bizdədi, böyüh oğluma kəbin eləmişih, aylə quruflar. Bax, heş kimə demə ha! Nə qədər isdiyirsən sənə dəvə əti verim. Bir bud götür, apar.

Deyir:


– Neynirəm aaz, mənə bir tikə lazımdı.

Yox, aaz, bir az da, bir az da, arvad tikə-tikə ətdən kəsir, canı­yanannıx eliyir. Oğlannarın ovdan gələn vaxdı idi. Ovdan gələndə həmişə dokqazlarına baxırdılar ki, görəh bir hadisə olmuyuf ki. Qarı deyir, çox tələsiyirdi, tez burdan getsin. Görüllər ki, qapı açıldı, içəridən kadın çıxdı iti sürətlə. Binokulla baxırdılar, elə-belə görünməzdi, aralı idi. Böyüh qardaş deyir:

– İçəridən kimsə çıxdı, bərk getdi.

Bu, deyir, atın başını boşduyur. Atın başını keşmişdə kişilər saxlıyırdılar ki, at toxdax olsun. Atın başını buraxdı ki, at sərbəst getsin. Heş, deyir, bir dəyqə çəhmədi, arvadın başının üsdünü kəs­dilər. Təxminən arvad bir on metr aralanmışdı evdən. Dedi:

– Ay ana, hardan gəlirsən, hayana gedirsən, kimsən, nəçisən?

Deyir:


– Allah bajıma köməh olsun, oğlum ölür, məni ləngitmə oğul, dəvə əti arzulayır. Bu evin yiyəsi verif ki, aparım verim, dirilsin.

Deyir:


– Ay ana, ver, baxım görüm nə verif?

Deyir:


– Budu.

Deyir:


– A qanmır o, axmax arvatdı, bir elə ətdən verdiyi ətə bax. Qayıt götür.

Arvad getməh isdiyir, bu qoymur.

– Ay oğul, bəsdi, başına dönüm.

Deyir:


– Aaz, adam qızısan, qayıt.

Qaytarır, elə içəri girən kimi qılışnan vurur. Qarı da getdi, gəlmədi.

Padşahın əlacı kəsilir, götürüf elan vurdurur. Elan verir ki, mən oğruları tapmıram, oğrular öz ayağıynan gəlif çıxsa, mən oları bağışdıyaram. Elanı oxuyuf oğlannar gəlillər. Üçü də gəlif deyillər:

– Dəvələri də biz aparmışıx, qız da bizdədi, xəzinəni yaran da bizih, orda qalan cəsəd atamızındı, qızıllar bizdədi, filan.

Padşahlar padşahı İranda otururmuş. Bu deyir ki, baş pad­şahdan məktub gətirin ki, həqiqi oğrular sizsiz.

Örgənillər ki, padşah yatanda bu imarətdə yatır. Pusquda du­rullar ki, o nə cür gəlir, neçə nəfərnən gəlir. Görüllər ki, gejədən xey­li keçənnən sora bir nəfər pəhlivan bunu gətirdi. Qapının böy­ründə düymə var, düyməni basan kimi qapı açıldı. Keşdilər içəri, qapı örtüldü. Təxminən saat yarım çəhdi, onnan sora bu gələn şəxs çıxdı çölə, qapının düyməsini basdı, qapı bağlandı. Gejədən xeyli ke­çənnən sora bular da yaxınnaşıllar qapıya, qapının düyməsini ba­sıllar, qapı açılır. Keçillər içəri. Beləcə otuz dokquz qapı açıllar, qırxıncı qapıda görüllər padşah burdadı, yatıf. Bular, deyir, zın­qırov, tısbağa çanağı, şeytan çanağı, cındır-cundur paltarda böyüh qardaşı bəziyillər. Böyüh qardaş girir içəri, padşahın yatağının ba­şında ayağını bərk vurur yerə, bu çanaxlar bir-birinə dəyif səs eli­yir. Eybəcər bir gurultu əmələ gələndə padşah gözünü açır, görür başının üsdündə adama oxşamıyan bir şəxs var.



– Pismillah, pismillah, – deyir. Deyir ki, pismillah demə, o dünyadan gəlmişəm mən. Səni o dünyaya padşahların padşahı seçif­lər, onçün gəlmişəm. Deyir ki, axı mənim vəzifəm var, taxtayam, yerimi bir adama verməliyəm. Deyir ki, onda sabah saat on ikiyədək səə vaxt veririh. Vəzifəni təhvil verərsən, gələrsən filan meşəyə. Sə­ni tabuta qoyallar, eşşəyin belinə sarıyallar, sən öz xoduna gələjəh­sən o dünyaya. Oratan gətirif qoysunnar, getsinnər, sən qeybinnən gələssən. Belə təpiyini vurub yerə, qozalarını silkə­lədir, çıxır çölə.

Sabah açılır, padşah qəzəb donunu geyinir, çıxır taxta. De­məh, bilillər ki, nəysə bir dəyişiklih var. Padşah qəzəb donunu geyinir, yəqin kiməsə ajığı tutuf. Çağırır bütün əyannarını, başqa ölkələrin padşahlarını, deyir:

– Məni o dünyada padşahlar padşahı seçiflər, getməsəm olmaz.

Bir nəfər qohumlarınnan öz yerinə seçir. Deməh, bir tabut düzəldir, hal-xoş eliyir, hallallıx eliyir, yerini təhvil verir, uzanır tabuta, deyir:

– Məni filan yerə qoyarsız, mən qeybimdən gedəjəm.

Tabutun ağzını mismarlıyıllar, eşşəyin üsdünə möhkəm sarı­yıf qatıllar qabağına, iki nəfər oğrular deyən yerə qoyuf qayıdıllar. Oğrular ulağı qatıllar qabağına, gətirillər. Eşşəh getdihcə tabut yellənirdi. İçində əsniyir, deyir:

– Bəh-bəh-bəh, bu dünyanın yolları da yüyrühdü, yolları da yüyrühdü, – deyə-deyə gəlir. Gətirillər tabutu, padşahın taxtının qabağında tabutu qoyullar. Padşah deyir:

– Bu, nədi belə?

– Sən demişdin kağız gətir, biz özünü gətirmişih.

Qapağı açanda padşah içəridən deyir:

– Burda heş kim hökm eliyə bilməz, buranın padşahlar padşahı mənəm – deyəndə baxır görür ki, bu ölkənin padşahı burdadı, tanıyırdı. Gəldiyi ölkənin padşahı deyir:

– Səni oğrular gətirif, ay zalım. Həqiqətən oğru olduxlarını isbata keçirməh üçün səni oğurruyuf gətiriflər.

Bu ölkənin padşahı oğlannardan birini vəzir qoyur, birini qoşun başçısı götürür, birini də vəkil götürür. Bu minvalla yaşı­yıllar. Yaşıyannarı yaşasın, ölənnərə Allah rəhmət eləsin. Bunnan da nağıl bitir.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin