Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR


İstifadə olunmuş ədəbiyyat siyahısı



Yüklə 1,37 Mb.
səhifə13/16
tarix28.11.2017
ölçüsü1,37 Mb.
#33230
1   ...   8   9   10   11   12   13   14   15   16

İstifadə olunmuş ədəbiyyat siyahısı

  1. S.A.Qasımova, Azərbaycanda novuz ənənələri və inancları. : Fil. üzrə fəl. dok. dissertasiya. Bakı, 2015, 156 s.

  2. Axundova S. Azərbaycan uşaq oyunları, Bakı: Gənclik, 1980, 58 s.

  3. Azərbaycan xalq ədəbiyyatından seçmələr: H. Ə. İsmayılov, T. Orucov.- Təkrar nəşr. Bakı: Şərq-Qərb, 2005. 312 s.

  4. X.B.Mustafayeva., Azərbaycan uşaq ədəbiyyatı. Bakı: Elm, 2011, 292.


Rəyçi: Pedaqogika üzrə fəlsəfə doktoru,

Kərimova Z.M.
Günеl Mübariz qızı VƏKİLOVA

AMЕA Fоlklоr İnstitutunun dоktоrantı

gunel_novruzova@mail.ru
MƏHƏBBƏT DASTANLARINDA ƏKİZLİK KONSEPTİNİN TRANSFORMASİYALARI
Xülasə

Məqalədə göbəkkəsmə, yəni nişanlı əkizlərin məhəbbət dastanlarında özünəməx­sus yeri təhlil edilmişdir. Türk cəmiyyətində və Azərbaycan folklorunda göbəkkəsmə məsələsi daim mövcud olduğu, yaxın dostlar, qardaşlar yeni doğulmuş uşaqlarını (yəni, qız və oğlan uşaqlarını) göbəkkəsmə edərək nişanlı elan edikləri göstərilir. Məhəbbət dastanlarında nişanlı və göbəkkəsmə daha mənalı şəkildə izah olunur. Mifologiyada yaradılış üçün hökmən kişi və qadın başlanğıclarının olması vacibdir. Miflərin tematik tipologiyası baxımından kosmoqonik mif, yəni yaradılış mifidir. Əmiqızı və əmioğlu arasında olan münasibətlər ailə bağlarının nə qədər möhkəm olduğunu göstərir.



Açar sözlər: məhəbbət dastanları, əkizlik transformasiyası, əmiqızı-əmioğlu əkiz­ləri, göbəkkəsmə əkizlər.
Gunel Vekilovа

The love epics concept of the being twin transformations.

Summary

The article the epic love branded a special place in the twins were analyzed. The Turkish society, and the Azerbaijani folklore, close friends, siblings of the newborn children (ie, girls and boys) announced of the betrothed. The love legends are explained in a more meaningful way betrothed. The mythology important certainly to have men and women to creation. In terms of typology thematic myths cosmogonic myth, the myth of creation. The relationship between cousin and cousin shows how strong family ties.



Key words: love epics, transformation of being twin, cousin-cousin twins, branded twins.
Гюнель Векилова

В любовные эпическая понятие бытия двойных преобразований.

Резюме

В статье эпическая любовь заклеймили особое место в близнецами были проанализированы. В турецкого общества, а также Азербайджански фольклоре, близкие друзья, братья и сестры новорожденных детей (например, девочек и мальчиков) объявили помолвлиным. В любовь легенды объясняются более значимым способом помолвлины. B мифологии oчен важно, безусловно, чтобы у мужчин и женщин к созданию. С точки зрения типологии тематические мифы кос­могонического мифа, мифа творения. Отношения между кузеном и кузиной показывает, насколько сильные семейные связи.



Ключевые слова: любовные эпосы, трансформация будучи близнеца, двоюродный сестра-двоюродный брат близнецов, брендированные близнецы.

Məsələnin qoyuluşu: Mifologiyada və məhəbbət dastanlarında əkizlik kon­septinin transformasiyalarına geniş şəkildə rast gəlinir. Bu cəhətdən, “Arzı və Qənbər” dastanı əmiqızı və əmioğlu münasibətlərinin əkizlər mifi baxımın­dan öyrənilməsi üçün geniş material verir.

İşin məqsədi: Tədqiqatın aparılmasında əsas məqsəd əkizlər mifinin transformasiyalarını məhəbbət dastanları əsasında araşdırmaqdır.
Məhəbbət dastanlarında əkizlik konseptinin transformasiyalarını iki qardaş (şah-vəzir) əkizlər, əmioğlu-əmiqızı əkizlər, göbəkkəsmə nişanlı əkizlər və buta əkizlər kimi müşahidə edə bilərik.

Folklorumuzda əkizlik konsepti ilə bağlı müxtəlif obrazlar vardır. Bunların arasında əmioğlu-əmiqızı əkiz obrazlarının özünəməxsus yeri var. Əmioğlu-əmi­qızı əkizlər arasında olan münasibət sevgiyə əsaslanır. Miflərdən birində deyilir:

“Qədimlərdə çox gözəl, ağıllı, namuslu bir qız varmış. Bu qız öz əmisi oğluna adaxlı imiş.

Qızın toy günü olur. Onun əl-ayağına xına qoyurlar.

Hamının başı həyət-bacada toy işlərinə qarışır. Qız təkcə yengə ilə evdə oturubmuş. Bu vaxt çoxdan bəri qızı izləyən, onu ələ gətirməyə çalışan başqa bir oğlan başının dəstəsi ilə içəri girir. Yengənin əl-ayağını, ağzını bağlayıb yerə yıxırlar. Qızı da götürüb dağlara qaçırlar.

Qız nə qədər dartınır, qışqırır, yalvarır ona qulaq asan olmur. Hər yerdən əlacı kəsilən, əli üzülən qız üzünü göyə tutub deyir:

Tanrı, məni quş elə.

Qanadı gümüş elə.

Eldə rüsvay eləmə.

Dağda günüm xoş elə.

Daşlara yoldaş elə.

Qız onu deyən kimi dönüb kəklik olur, pırıltı ilə uçub çəmənliyə düşür.

Qızın əl-ayağı xınalı olduğu üçün, kəkliyin də ayağı xınalı olur” (2, 68).

Mifdə göründüyü kimi qız əmisi oğluna sadiq qalmaq, öz namusunu qorumaq üçün quşa dönür. Ümumiyyətlə, əmiqızı və əmioğlu arasında olan mü­na­sibətlər ailə bağlarının nə qədər möhkəm olduğunu göstərir. Bəzən cəmiyyə­ti­mizdə əmiqızı ilə əmioğlunun ailə qurmasına pis baxılır, yəni, onların gələcəkdə övlad sahib olmalarında problem yaranma məsələsi önə çəlkilir. Əslində, bu məsələ elmi cəhətdən də təsdiq olunur ki, əmiqızı-əmioğlu arasında qurulan ni­gah­da övladın dünyaya gəlməsi problemi yaranır. Bu da qan qohumluğu, qanın eyni olması kimi göstərilir. Və yaxud da əmiqızı və əmioğlu nigahında övlad olsa da, ata-ana arasında olan münaqişələr bütün ailəyə və qohumluğa təsir edir.

İndi isə mif mətninə əkizlər mifi konsepti baxımından yanaşaq. Əvvəlcə süjeti mənalı hissələrinə ayıraq:

– Oğlan və qız qan qohumlarıdır. Bu, onların əzəl başdan bağlılığını, birgəliyini göstərir.

– Toy qızla oğlanın birliyini həyata keçirməlidir.

– Antiqəhrəman (düşmən) bu birliyi pozmaq istəyir: qızı qaçırır.

– Namusunu qoruyan qız Allahdan onu quşa çevirməyi diləyir.

– Allah qızı ayağı xınalı kəkliyə çevirir.

Bu mətn miflərin tematik tipologiyası baxımından kosmoqonik mif, yəni yaradılış mifidir. Funksiyasına görə etiolojidir, yəni kəklik quşunun necə yaranmasını izah edir. Yaradılış mifinin əsasında əkizlər mif modeli durur.

İlk baxışdan belə bir təəssürat yaranır ki, burada oğlan və qızın əmioğlu-əmiqızı olaraq əkizlər modelini təmsil etməsi sanki təsadüfdür. Yəni əvvəldə əkiz qəhrəmanlardan bəhs olunsa da, süjetin davamında oğlan yoxdur, yalnız qız var. Ancaq məsələ belə deyil.

Mifologiyada yaradılış üçün hökmən kişi və qadın başlanğıclarının olması vacibdir. Sonda yaranış var: kəklik quşu yaranır. Bu yaranışın əsasında kişi (əmioğlu) və qadın (əmiqızı) başlanğıcları durur. Onlar birləşməsə, yeni yara­dılış (kəklik) baş verməz. Bunu bir qədər də geniş izah edək.

Belə bir deyim var: “Əmioğlu ilə əmiqızının kəbini göydə kəsilib”. Bu o deməkdir ki, onlar hələ dünyaya gəlməmişdən potensial ər-arvaddırlar. Demək, on­ların real həyatda evlənə bilib-bilməmələrindən asılı olmayaraq, onlar kəbinli, yəni ər-arvad olaraq qalırlar. Bu halda antiqəhrəmanın qızı qaçırması mifin mən­tiqini poza bilməz. Qızın kəkliyə çevrilməsi ondan kəkliyin yaranması, başqa söz­lə, doğulması deməkdir. Mifologiyada hər bir yeni element zahirən görünüb-görünməməyindən asılı olmayaraq, doğuluş yolu ilə yaranır. Diqqət edək.

Kəkliyə oğlan yox, qız çevrilir. Qız – qadın başlanğıcını təmsil edir. Belə­liklə, əkizlər mifi burada yeni yaradılışın əsasında durur. Bu cəhətdən kəklik quşunun yaranması haqqında etioloji (izahedici) mif bilavasitə əkizlər mifi konseptinə bağlanır.

Azərbaycan folklorunda “Arzı və Qənbər” (1, 231) məhəbbət dastanını və bir sıra nağıl və hekayələri göstərə bilərik ki, əmiqızı, əmi oğlu münasibətləri orda öz əksini tapmışdır.

Qeyd edək ki, Azərbaycan folklorunda göbəkkəsmə, yəni nişanlı əkizlər özü­nəməxsus yer tutur. Tarix boyu türk cəmiyyətində göbəkkəsmə məsələsi daim mövcud olmuşdur. Belə ki, yaxın dostlar, qardaşlar yeni doğulmuş uşaqlarını (yəni, qız və oğlan uşaqlarını) göbəkkəsmə edərək nişanlı elan edirlər. Uşaqlar böyüyüb evlənmə yaşına gəldikdə isə onları evləndirirlər. Amma uşaqlar böyüyüb evlənmə yaşına çatdıqda müəyyən problemlər ortaya çıxır. Belə ki, ya uşaqlar bir-birini sevmir, ya da valideynlər fikrini dəyişir. Buna görə də göbəkkəsmə hər zaman uğurlu olaraq ailələri mehribanlaşdırmır, hətta düşmən edirdi.

Məhəbbət dastanlarında nişanlı və göbəkkəsmə daha mənalı şəkildə izah olunur. “Arzı və Qənbər” (1, 231) dastanı bunun açıq nümunəsidir. Dastanda deyilir ki, Nadir və Qadir adlı iki tacir qardaşın övladı olmur. Bu qardaşlar yetim, yesirə, ehtiyacı olanlara əl tutaraq, elin duasını qazanırlar. Allahın izni ilə tacir qardaşlardan birinin yəni, Nadirin qızı, o birinin (Qadirin) oğlu olur. Qardaşlar böyük şadlıq qurdurlar. Ağsaqqal, qara saqqal, ağ birçək toplanıb oğlanın adını Qənbər və qızın adını Arzı qoyurlar. Hər iki qardaş and-iman, əhdi-peyman elədilər, göbək-kəsmə Arzını Qəmbərə nişan taxdılar. Qardaşlar uşaqları dayələrə tapşırırlar. Arzıynan Qənbər bir yerdə oynayırlar, bir yerdə gəzirlər və bir yerdə yeyib-içirdilər. Elə olmuşdular ki, bir-birilərindən ayrı dura bilmirdilər. Uşaqlar yeddi yaşına çatdıqda Qənbərin atası Qadir xəstələnib ölür. Dastanda göstərilir ki, Nadir qardaşını dəfn-kəfn edəndən sonra arvadına tapşırır ki, Qənbərə elə baxsın ki, özünü dədəsiz hesab etməsin. Arzını bir istəyəndə onu iki istəməlisən.

“Nadir Arzıynan Qənbəri mollaxanaya oxumağa qoydu. Arzıynan Qənbər oxumağa fikir vermirdilər. Onların fikirləri sevişməkdə, söyləşməkdə idi. Qol-bo­yun mollaxanaya gedirdilər, qol-boyun da evə gəlirdilər. Bir gün molla Arzıya deyir:

– Qızım, iki məhəbbət bir yerə sığışmaz. Gərək birini tutasan o birini buraxasan. Ya dərs oxu, ya da əmin oğlu Qənbərə ərə get. Bir də ki, nə bilirsən, bəlkə, sən onu sevirsən, o səni sevmir, elə belə gəzmək istəyir. İndi mən səni öyrədim, sən onu sına, gör səni ürəkdən sevir, ya yox. Qızım, dərsdən çıxanda apar bilərziyini qoy bulaq başında. Gözlə Qənbər gəlsin. Əgər, Qənbər bilər­ziyini götürüb, öpüb gözünün üstünə qoysa, bil ki, o da səni sevir. Yox öpmədi, götürüb kənara atdı, bil ki, səni sevmir.

Qız molla dediyi kimi edir, bilərziyi aparıb qoyur bulaq başına və gizlənir. Qənbər onun dalınca bulağa gəlir. O, Arzının bilərziyini görüb, götürür öpüb gözünün üstünə qoyur. Arzı bunu görən kimi, Qənbərin gözünə görünmədən, başqa yolla evlərinə gedir” (1, 232).

Bir gün Nadir gedir mollanın yanına soruşsun ki, uşaqlar məktəbdə necə oxuyur? Molla gülümsünüb deyir:

“– Tacir, uşaqlar oxumağı o qədər yox, sevişməyi yaxşı bilirlər.

Tacir bərk tərlədi, hirsindən burnundan tüstü qalxdı. Tərini silib dedi:

– Aha belə imiş. İndi mən nə cürə eləyim, molla?

Molla dedi?

– Çarəsi budur ki, sən bunları götür apar evə. Bunlardan oxuyan çıxmaz. Bunlar bir-birilərinə aşiqdirlər, toylarını elə.

Nadir tacir bərkdən Arzıynan Qənbərə dedi:

– Durun yığışdırın şey-şüylərinizi, gedək evə. Evdə başınıza oyun gətirəcəyəm.

Nadir tacir bunları mollaxanadan çıxarıb gətirir evə. Evdə Qənbərə dedi:

– Quzuları aparıb axşama kimi hər gün otararsan. Sənin işin bu.

Arzıya da dedi:

– Sənin də işin ev çöl, bulaqdan su gətirmək, xırda, böyük işlər olacaq” (1, 232).

Verilən tapşırıqlar aşiqlərin bir-birini tez-tez görməsinə imkan vermirdi. Onlar lap yanıb qovrulurdular. Bir gün Arzı bir yol tapıb bulaqdan su gətirməyə gedir və qəsdən bilərziyini orda qoyur. Sonra nənəsinə deyir ki, bilərziyim bulaq­da düşüb gedim gətirim. Nənəsi tapşırır ki, Qənbəri görsən danışma. Arzı bulağa gəlir görür ki, Qənbər yaxınlıqda quzuları otarır. Aşiqlər qucaqlaşıb doyunca dərdləşirlər. Arzı evə gələndə nənəsi onu olüncə döyür. Axşam Nadir evə gələndə arvad beş-onunu da üstünə qoyub əhvalatı ona danışır. Nadir bərk hirslənir:

“– Verdiyim əhdi, göbəkkəsməni pozuram. Arzını Qənbərə verməyəcəyəm.

Arvad dedi:

– Axı başı batmış qız da onu sevir.

Nadir tacir dedi:

– Bəs nə çarə?

Arvad dedi:

– A kişi, küp qarısının cadusu, əfsunu daşdan keçir. Onu çağırarıq, pul basarıq ovcuna, ya aralarını vurdurar, ya da başını batırar.

Nadir tacir dedi:

– Atan rəhmətlik, çarəsi elə budur. Tez küp qarısını çağır” (1, 235).

Küp qarısının elədiyi çarələrdə Arzınan Qənbəri ayıra bilmədi. İşi belə gö­rən küp qarısının məsləhəti ilə Arzı tacir Qulu xanın böyük oğluna nişanlayırlar. Tacir Qulu xanın on beş ərgən oğlu var idi, özü də padşah kimi zəngin idi.

Bunu eşidən Qənbər çox pis olur, artıq heç bir şey edə bilməyəcəyini Arzıya deyib, xudafizləşib əcəm vilayətinə gedir.

Əcəm şahının yanına gəlib əhvalatı ona danışır. Əcəm şahı Qənbərin haqq aşığı olduğuna inanır və ona qoşun verib deyir ki, gedin aşığın sevgilisini alıb özünə verin. Bundan xəbər bilən küp qarısı tez Arzının anasına halva çaldırıb oturur yolun üstündə. Gəlib-gedənə paylayır. Qoşun gəlib keçəndə onlarada verir və ağlayır. Qənbər soruşur ki, nə olub, niyə ağlayırsan?

Qarı yalandan ağlaya-ağlaya dedi:

– Kaş dədəsi, nənəsi öləydi, Arzı ölməyəydi. Dilim qurusun, dilim gəlmir deməyə, Arzı “Qənbər” deyə-deyə öldü. Getdi haqq evinə. Mən göz yaşı tökə-tökə onun ağız acısını-halvasını paylayıram.

Qənbər başına, gözünə döydü. Gözlərindən yaş yerinə qan tökdü, qoşunu geri qaytarıb dedi:

– Mən sizi Arzım üçün aparırdım. Arzım ki, ölüb, siz geri qayıdın” (1, 240).

Qənbər əmisigilə gəlir, görür ki, Arzı sağdı sevindiyindən ağlayır. Arzı da Qənbəri görüb çox sevinir. Amma toy günü idi. Arzı xına otağına apardılar ki, bəzəsinlər. Qənbər qapıda durub, ağı deyirdi:

Hey hökülsün, hökülsün,

Qarlı dağlar sökülsün.

Arzını bəzəyənin

On barmağı tökülsün.
Mən Qənbərəm Dağ kimin,

Titrəyən yarpaq kimin,

Arzını bəzəyəni

Qara geysin zağ kimin” (1, 242).

Qənbərin ağısı bitən kimi məşşatənin birinin barmaqları quruyur, birinin evi uçur. Vəziyyəti belə görən arvadlar deyir ki, qoyun Qənbər özü qızı bəzəsin, əmisi oğludur heç nə olmaz. Qənbər isə bir şərtlə qızı bəzəyəcəyini deyir, qıza hər paltar geydirəndə bir öpüş alacağam. Arvadlar razılaşır ki eybi yoxdur, heç nə olmaz, əmisi oğludur, qoy öpsün.

Gəlini aparmağa gələn atlara da Qəmbər ağı deyir, atların beli sınır. Axırda, Qənbər öz atı ilə aparır gəlini bəy evinə. Gəlini bəy otağına aparanda da Qənbər ağı deyib, ac-susuz çıxıb gedir çay qırağına:

Mənnən olan geriyə,

Getməsin irəliyə,

Arzım girən evləri,

Gecə afat bürüyə (1, 244)

Qənbərin bu ahından sonra Arzının girdiyi otağın ortasından böyük bir çay əmələ gəlir. Gəlin çayın bu üzündə, yeznə o üzündə qalır. Bəy Arzının yanına getmək istəyəndə çaya düşür ölür. Bunu eşidən tacir Qulu xan oğlunun meydini başqa otağa aparır. O biri, on dördüncü oğluna Arzının kəbinini kəsdirir. Bu oğlu da çaya düşür ölür. Beləliklə, tacir Qulu xanın on beş oğlu da Arzının yanına gedəndə ölür. Tacir Qulu xan qırx gün yas saxlayıb, molla çağırıb, Arzının kəbinini özünə kəsdirir.

Bu zaman Arzı otaqda darıxıb dama çıxdı və gördü ki, Qənbər çayın qırağında ölüb. Tez ora getdi. Qənbəri qucaqlayıb, üz-gözündən öpdü, ah çəkib o da orada öldü. Küp qarısı gəlib tacir Qulu xandan Arzı soruşdu. Qulu xan Arzının gəlin otağında olduğunu deyir. Arzı otaqda tapmayan tacir Qulu xan dama çıxır və görür ki, aşiqlər qucaqlaşıb çay qırağında ölüblər.

Dastanın sonunda həm Qulu xan, həm də küp qarısı ölür. Amma əmiqızı-əmioğlu olan Arzı və Qənbər Hızırın sayəsində dirilirlər. Bu da dastanda olan dərin məhəbbətin ölməz olmadığını göstərir.

İndi isə dastanın süjetinə əkizlər mifi kontekstində yanaşaq:

– Dastanın süjeti bütövlükdə əkizlər mif süjetinin epik süjetə transfor­masi­yasıdır.

– Dastanın süjeti epik təfərrüatlarla zənginləşdirilsə də, burada əkizlər mif süjetinin sxemi tamamilə öz yerindədir.

– Dastanın süjeti bütövlükdə əkizlər mifinin məntiqini özündə qoruyur.

– Arzı və Qənbər həm əmioğlu-əmiqızı, həm də göbəkkəsmə nişanlılar kimi əkizlər modelini təcəssüm etdirirlər.

– Onların antaqonistlər (molla, Arzının atası, nənəsi, küp qarısı, Tacir Qu­lu, onun on beş oğlu) tərəfindən ayrılmasına edilən cəhdlər də kosmosla xaos ara­sındakı mübarizəni əks etdirməklə mifin kosmoqonik (yaradılış) məntiqinə tamamilə uyğundur.

– Arzı ilə Qənbərin nişanlı olması – kosmosu, onların bir-birindən müvəq­qəti ayrılması – xaosu, qəhrəmanların ölməsi isə – xaosdan kosmosa keçidi bildirir. Heç təsadüfi deyildir ki, Arzı ilə Qənbər axırda dirilirlər. Bu, yeni ya­radılışı soimvolizə edir.


İşin elmi nəticəsi. Beləliklə, “Arzı-Qənbər” dastanı öz süjet quruluşunda əkizlər mif konseptini qorumaqla əkizlər mifinin epik transformasiyalarından biri kimi təzahür edir.

İşin nəzəri və təcrübi əhəmiyyəti. Məqalənin nəzəri əhəmiyyəti ondan dastanlara və mifə aid tədqiqatlarda nəzəri qaynaq kimi istifadə imkanları, praktiki əhəmiyyəti isə işdən ali məktəblərin filologiya fakültələrində folklorun tədrisində praktiki vəsait kimi istifadə imkanları ilə müəyyənləşir.
Ədəbiyyat

  1. Azərbaycan dastanları. Beş cilddə. V cild. Bakı: Lider nəşriyyatı, 2005, 344 s.

  2. Azərbaycan mifoloji mətnləri. Bakı: Elm, 1988, 196 s.

  3. Azərbaycan xalq nağılları. Bakı: Gənclik, 1988, 464 s.

  4. Azərbaycan nağılları. Beş cilddə. V cild. Bakı: Şərq-Qərb, 2005, 304 s.

  5. Əsatirlər, əfsanə və rəvayətlər. Bakı: Şərq-Qərb, 2005, 304 s.

  6. Əliyev R. Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları (Azərbay­can mifoloji mətnləri əsasında) / Fil. elm. dok….dis., Bakı 2006. 280 s.


Rəyçi: filologiya elmləri doktoru, professor

Seyfəddin Rzasoy
Dos. MİRZƏFƏROVA R.N.

BSU
MİFOLOJİ OBRAZLAR VƏ FOLKLOR MOTİVLƏRİ

Q.Q.MARKESİN “YÜZ İLİN TƏNHALIĞI” ROMANINDA
Açar sözlər: ailə, obraz, rəmz, rəng, folklor, Magik realizm.
Summary

Symbolism of One Hundred Years of Solitude by Gabriel García Márquez

The paper is dedicated to Symbolism of One Hundred Years of Solitude by Gabriel García Márquez where every element and every colour is of significance in the characters’ fates. Things in the novel make sense. The author considers the significance of colour in various cultures.



Keywords: family, image, symbol, color, folklore, magical realism.
Резюме

Символика романа Г.Г.Маркеса «Сто лет одиночества»

Статья посвященна символике романа Г.Г.Маркеса «Сто лет одиночества», где каждый элемент, каждый цвет имеет значение в судьбе героев. Вещи в романе приобретают смысл. Рассматривается значение цветов в различных культурах.



Ключевые слова: семь, образ, символ, цвет, фольклор, магический реализм.
Q.Q.Markesin “Yüz ilin tənhalığı” əsəri “latın-amerikan romanı” olaraq mifoloji obrazlarla və folklor elementlərlə zənqindir. Yaziçı Latın-amerikasıında kök salan karnaval estetikasında bəhrələnməklə, öz roman və hekayələrində bu mədəniyyətin ayrı-ayrı bənzərsiz elementlərini sənətə gətirmiş, hindu düşüncə tərzini dünya oxucusuna tanıtmağa çalışmışdır. Sözsüz ki, Latın Amerika müasir ədəbiyyatı, incəsənət xalq yaradıcılığı ilə təmasda olmadan bir addım belə irəli gedə bilməzdi. Latın Amerika romanının payına düşən uğurlar, o cümlədən Q.Mar­kesin yaradıcılığı Avropa modernizmindən fərqli olaraq məhz xalq dü­şüncə tərzindən bəhrələnir .

“Yüz ilin tənhalığı” romanının kökündə xalq epik şüurunun ailə inancları , şayiə, deyim və rəvayət kimi kiçik formaları dayanır. Həmin kiçik formalar müəl­lif tərəfindən bütöv bir etnosun tarixi həqiqət səviyyəsinə qaldırır. Q.Q.Mar­kesin dünya şöhrətli “Yüz ilin tənhalığı” romanında magik elementlərlə yanaşı, simvollara da rast gəlirik. Beləliklə, Q.Markes “Yüz ilin tənhalığı” ro­manında “Güzgü” motivini də Buendialar nəslinin bir komponenti kimi ortaya qoyur. Hələ romanın əvvəlində özünə yurd yeri axtaranda Xose Arkadio yuxuda dolaşıq da olsa Makondonun adını eşidir, daha sonra isə “divarları güzgülü, qə­ləbəlik, bir şəhər” görür [3,31]. Q.Markesdə Güzgü-təkrarın, qayıdışın, nəhayət bütün Buendialar nəslinin rəmzi sayılır.

Elə qaraçıların başçısı Melkiades də Xose Arkadioya göstərməyə çalışır ki, Makondo yer üzündən silinib gedəcək və onun yerində “evləri güzgüdən tikilən yaraşıqlı bir şəhər” ucalacaq [3,31]. Xose Arkadio isə onun əksinə olaraq deyir ki, o şəhəri divarları buzdan tikiləcək, özü də o şəhərdə Buendialar nəslin­dən mütləq kimsə bir nəfər yaşayacaq. Xose Arkadionun təsəvvüründə dünyanın ən böyük möcüzəsi uşaqlığında qaraçı sirkində gördüyü buz parçasıdır. Heç də təsadüfi deyil ki, Xose Arkadio öz arzusunu yerinə yetirərək, Makondoda “buz fabriki” açmaq istəyir. Və əlbətt ki, bu layihə Buendialrın qeyri arzuları kimi puça çıxır. İstər Makondada, istərsə də Yer üzündə insanın başına gələn dərd və bəlalar güzgü prinsipi ilə durmadan təkrarlanır. Baxmayaraq ki, Makondada hər şey dünyanın yaranışındakı kimi təzəcə başlamışdı. “Dünya təp-təzəydi, ona görə də çox şeyin adı yoxuydu, onları ancaq barmaqla göstərirdilər” [3,5].

Q.Markesin bütün romanlarında rast gəlinən, Latın Amerika folklorunda tez-tez təkrar olunan bir motiv də “Xoruz” dur. Onun romanlarında diktator­lar­dan tutmuş daima şad xəbər sorağında olan polkovnikə qədər, böyükdən tutmuş uşağa qədər-hamısı – xoruz azarkeşləridir. “Polkovnikə məktub yoxdur” poves­tində hamı tərəfindən unudulmuş müharibə veteran bütün həvəsini xoruzda cəm­ləyib, yalnız onda təsəlli tapır. Q.Markes də polkovniklə xoruzun döyüşkənliyini eyniləşdirir; əgər xoruz döyüş ruhundadırsa, deməli polkovnik də ruhdan düş­mə­yib, hər bir çətinliklə mübarizə apara bilər. Bəzən isə bunun əksi ilə qarşıla­şı­rıq. Romandakı personajlardan olan ikinci Arkadio xoruz döyüşlərində peşəkar­laşır. Ursula isə onun-xoruzun ucbatından bəlalar çəkdiyini deyir. Ursulanın qə­naətinə görə onun nəsli dörd əsas bəladan uzaq durmalıdır. Bunlar: Müharibə, Xoruz döyüşləri, əxlaqsız qadınlar və ağılsız hərəkətlərdi.

Xoruz simvolu – insanda insafın, humanizmin yoxluğu deməkdir. Bəzən Q.Markesdə xoruz elementi – nəslin davamı, məhəbbətin gücü kimi işlənir, in­san­lar arasında münasibətlərə imkan yaratmış olur. “Yüz ilin tənhalğı”nda Aure­liano Buendianı sərkərdəlik dövründə cavan qızların düşərgəsinə gətirirlər. Bur­da o, əynindəki hərbi geyimi, ayağındakı çəkmələri belə soyunmadan “xoruz­la­nır”, qadınlara sahib olur və onlardan qeyri-qanuni olaraq on yeddi oğul törədir. Lakin, onun qəlbinə ağır bir kədər çökür. Aureliano Buendia başa düşür ki, hətta məhəbbət belə onun qəlbinə hakim kəsilən buz parçasını əritməyə qadir deyil.

Romanda digər qəribə xüsusiyyətlər sarı kəpənəklərin fonunda verilir. Fernandanın qızı olan Memenin başnın üstünü daim sarı kəpənəklər alır. Ursula da bilirdi ki, bu kəpənəkələr Memeni yatmağa qoymur və nəticədə qız yuxudan tez oyanır. Sən demə bu kəpənəklər də bir hadisəyə işarə idi. Kəpənəklər Mauri­siyo Babiloniyanın gəldiyini xəbər verirdi. Meme sarı kəpnəklərin onun başı üs­tünü aldığını görəndə bilirdi ki, Maurisiyo gəlib. Memenin bu oğlanla olan görüşü heç də ona uğur gətirmədi. Qızın Maurisyodan övladı olur. Anası Fernan­da gözət­çiyə Maurisiyonu güllələməyi əmr edir. Yazıq oğlan ömürlük yatağa məhkum olur və qocalana qədər tək-tənha yaşayıb ölür. Bu sujetin yaranması ilə bağlı hadi­səni Q.Markes öz müsahibəsində bildirmişdi. O, deyirdi : “Əsgini yelləyə-yelləyə ağ kəpənəyi sarı yox ha, diqqət yetir ki, məhz ağ kəpənəyi! – qorxudarkən nənə­min necə deyinməsi indi də qulağımdadır : “Lənət şeytana, mən bu kəpənəyin əlindən lap bezar olmuşam. Hər dəfə montyor gələndə, bu kəpənək uçub özünü evə salır. Kəpənəklə bağlı o səhnə yaddaşımda həmişəlik yapışıb qaldı” [2,34]. Elə burdan da belə bir nəticə hasil olur ki, Q.Markes bu sujeti tamamilə reallıqdan götürüb, sadəcə olaraq kəpənəyin rəngini dəyişib. Gerçəkdə gördüyü ağ kəpə­nəkləri Q.Markes romanda sarı kəpənəklərlə əvəz edib.

Qızılı və sarı rəngin mənfi simvolikası - günah, xainlik, satqınlıq, kədər, dəlisov, xəstəlik, ruhdan düşmə deməkdir. Sarı mətbuat, sarı həmkarlar ittifaqı, sarı ev ifadələri hamıya məlumdur. “Yellow Jack” - gəmidə ucalan karantin işarəsini ifadə edən bayraqdır. Orta əsrlər İspaniyada sarı rəngi dindən dönən insanlar geyinirdilər və hansı ki, o insanları da inkvizisiya tonqalda yandırırdı. Sarı rəngin magik təsiri - ölməz, əbədi, xoşbəxt nigah, xəstəliklərin müalicəsi, öhdəsinə götürmə, bədənin sarılığı, qadın başlanğıcı və yer işarəsi bildirir. Qədim Çində ölən insanın məkanını “Sarı açar” adlandırırdılar, lakin sarı durna əbədiliyə, ölməzliyə alleqoriyadır [5,385]. Hindistanda təzə gəlin öz əllərini sarı ilə örtür, ondan ötrü ki, o özünü xoşbəxt və yekdil nigahla təmin etsin [4,434]. Yunanıstanda isə sarı rəng xəstəlikdir və indiyə qədər də, “qızıl xəstəlik” adlanır və onun müalicəsinə qızıl talisman və qızıl üzük yardım edir [6,733]. Romanda hadisələrin belə kədərlə bitməsi heç də təsadüf doğurmur. Çünki Memenin başının üzərini alan sarı kəpənəklər idi. Sarı rəng ayrılığın rəmzidir. Sanki bu kəpənəklər əvvəlcədən Memeyə uğursuz bir sevgiyə düçar alacağını bəyan edirdi. Və buda romanda öz təsdiqini tapır.

Ümumilikdə götürsək sehr, ovsun, möcüzə bütün roman boyu az qala hər addımda qarşımıza çıxır. “Boynuma alıram ki, “Yüz ilin tənhalğı”nı fikirləşəndə ağlıma gələn ilk obraz – nəvəsini aparıb ona buz göstərən qoca olub. Buz sirkin möcüzəsi idi, bu yerlərin dəhşətli istisində belə buz kimi şeyin varlığı heç kəsin yatıb yuxusuna da girməzdi. Buzu səyyar sirkə fil, yaxud dəvə kimi qıraqdan gətirirdilər. Mənim kitabımda sirkin ətrafında qurulub” [1,96].

Romanda magik elementlərin daha qabarıq göründüyü səhnələrdən biri də ikinci Aurelianonun başına gələn əhvalatdır. Belə ki, Aureliano dostları ilə şampan partlatdıqca mal-qarası surətlə artır. Məşuqəsi Petra Kotes evdə olanda bütün heyvanlar çoxalma azarına tutulurlar. Hətta ikinci Aureliano evə dovşan gətirir və səhər o, həyətin dovşan basdığını görür. Aurelianonun fikrincə, belə artım məhz məşuqəsi Petra Kortesdə olan gözəgörünməz gücün sayəsindədir. Elə bu səbəbdən də Aureliano Petranın yanında qalır ki, varlansın. Ursulanın yeni doğulan qızı Amarantanın da beşiyi öz-özündən otağın içində dövrə cızır. Bunu görən Aureliano deyir: “Tanrıdan qorxmaya bilərsən, amma metallardan qorxmalısan” [3,44]. Buda onu təsdiq edir ki, təkcə Buendialar nəslindəki insan­lar deyil, əşyalarda qeyri-adi xüsusiyyətlərə malikdir. Təbii ki, polkovnik Aure­liano Buendia obrazı romandakı digər obrazlara nisbətən daha dolğun şəkildə yazılıb. Bu da çox təbii haldır, çünki romanın əsas ideyası, hərəkətverici qüvvə­ləri məhz Aureliano Buendia ilə sıx surətdə bağlıdır. Heç də təsadüfi deyil ki, roman elə özü də onun adı ilə başlayır: “...Uzun illərdən sonra divar dibində da­yanıb, güllələnməyini gözləyəndə polkovnik Aureliano Buendia atasına qoşulub, buz parçasına baxmağa getdiyi o uzaq axşamı xatırlayacaq” [3,5].

Makonda obrazı romanda mifoloji əsasa malikdir-Buendia ailəsi üzvləri­nin bir çoxu üçün bu torpaq əhd-peymana, cənnətə çevrilir, onlar ya buranı istə­yirlər, ya da ki buradan gedə bilərlər, əgər istəsələr necə ki təhsil almış say­sız-hesabsız pulu olan və əri tərəfindən son dərəcə sevilən Amaranta Ursula kimi həmişəlik qayıda da bilərlər. Ursula tərəfindən tikilmiş evin həyətindəki nəhəng şabalıd ağacının yanında nəslin yaradıcısı olan Xose Arkadio Buendia və onun oğlu polkovnik Aureliano Buendia ömürlərinin son günlərini başa vururlar, bu-klassik, mifoloji, köhnə tip dünya ağacı yekdilliklə, dünya yaranışını-səma, yerdəki həyatı və cəhənnəmi bir-biri ilə əlaqələndirir.

Fantastik elementlər (kabusların yaranması, polkovnik Buendianın öncə­gör­mə bacarıqları, gözəl Remediosun müqəddəs, bakirə Mariyaya bənzər qəlbi və bədəni ilə göyə ucalması, Amarantanın “ölümlə” danışığı, Maurisiyo Babilo­ni­yanı dəyişilmədən müşayət edən sarı kəpənəklər (qaraçı Melkiades və başqa­ları tərə­fin­dən), Buendia nəsli tarixinin sanskritcə yazılması-bütün bunların ha­mı­sı ro­man­da reallığın dərin mənalarının aşkarlanması kimi çıxış edirlər. Fan­tas­tikanın məi­şət, yerüstü həyat ilə birləşməsi oxucu üçün qeyri-adi olayları, na­məlum fakt­ları, real həyatda rast gəlinən güclü ehtirasları və parlaq obrazları açmağa, qeyd etməyə şərait yaradır. Bütün bunlar təbii, ruhi bir davamdır, misal üçün Buendia ailəsinin üzvləri evdə ölmüş insanların ruhlarının peydə olmasına sakit münasibət bəsləyirlər, buda bütünlüklə dünyanın xristian nöqteyi nəzərin­dəki modeli ilə uyğunluq təşkil edir, “Allah üçün hamı sağdır”, hətta o insanlar üçün ki, onların yer üzündə bədənləri mövcuddur və yaxud kimki ondan artıq məhrum olub.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin