Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,22 Mb.
səhifə9/15
tarix27.12.2017
ölçüsü1,22 Mb.
#36096
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

Ədəbiyyat

  1. Aşıq Alı. Əsərləri. Bakı: "Avrasiya Press", 2006

  2. Aşıq Mədəd. Vücudnamə. Maşallah Xudubəylinin şəxsi arxivindən. (Əlyazması hüququnda)

  3. Aşıq Saleh. Vücudnamə. Pirsultanlı Sədnik Paşayev. Eldən-obadan eşitdiklərim. Gəncə: Agah, 2006

  4. Atun Suna, Fevzioğlu Bülent. Kıbrıs Türk Halk Edebiyatında Destanlar ve Ağıtlar Üzerine Bilgiler, Belgeler, Araştırmalar. II. Cilt, Ankara: Birlik Matbaacılık, 2002

  5. Füzuli Məhəmməd. Əsərləri, 5 cilddə, I c., Bakı, 1958, Azərbaycan SSRİ Elmlər Akademiyası Nəşriyyatı

  6. Füzuli Məhəmməd. Əsərləri. Altı cilddə, II cild. “Şərq-Qərb”, Bakı-2005

  7. http://ngasimoglu.net/quran23.html

  8. http://sun.az/index.php?sid=190#aa

  9. http://www.anl.az/down/meqale/525/2013/dekabr/343367.htm

  10. http://www.azadliq.org/content/article/24254642.html

  11. https://www.facebook.com/MazidenBirHesapSoracagimVar/posts/284395614955109

  12. Məmmədova Elmira. Modern Vücudnamə Örnəkləri və Özəllikləri. Şərq filologiyası məsələləri (yeddinci buraxılış), Bakı, MA Kompani, 2013, s. 456-466

  13. Miskin Vəli. Vücudnamə. AMEA Folklor İnstitutunun elmi işçisi Maşallah Xudubəylinin şəxsi arxivindən (əlyazması hüququnda)

  14. Tilim xan. Vücudnamə. Məmməd Zənganlının şəxsi arxivindən. (Əlyazması hüququnda)


Əli ƏLİYEV

Filologiya üzrə fəlsəfə doktoru,

AMİ-nin Ağcabədi filialının baş müəllimi

eli.eliyev54@mail.ru
QARABAĞ ƏDƏBI MÜHİTİNİN UNUDULMUŞ YAZARLARI
XÜLASƏ

Qarabağ ədəbi mühitinin XVIII-XIX əsrlər dövrünün əlavə tədqiqatlara eh­­­ti­ya­cı vardır. M.M.Nəvvabın “Təzkireyi-Nəvvab” əsəri Qarabağ ədəbi mü­hi­ti­nin ay­nasıdır. Bu əsərdə 156 şairin yaradıcılığı və həyatı haqqında məlumat ve­ril­­miş və onların əsərlərindən nümunələr gətirilmişdir. Lakin bu, həmin əsərin o döv­­rün bü­tün şairlərini əhatə etdiyi anlamına gəlmir. Aşıq Abbas, Şair Məm­mə­da­lı, Musa Kəlimullah, Aşıq Alı kimi bir çox şairlərin adı burada çəkilmir. On­la­rın şeir­ləri ağızdan-ağıza keçərək günümüzə gəlib çatmışdır. Bu şairlərin bədii ir­­si­nin öyrənilməsi Qarabağ ədəbi mühiti haqqında daha dolğun təsəvvür yarada bi­lər.



Açar sözlər: Qarabağ, ədəbi mühit, Aşıq Abbas, Şair Məmmədalı, Musa Kəlimullah
THE FORGOTTON REPRESENTATIVES OF GARABAGH

LITERARY ATMOSPHERE

SUMMARY

Garabagh literary atmosphere among the literary atmosphere existing in XVIII-XIX centures needs researching again from the point of its richness and the events of latest time. Because most part of Garabagh is under the armenians occupation. M.M.Navvab’s “Tazkireyi-Navvab” work is the mirror of Garabagh literary atmosphere. In “Tazkireyi-Navvab” certain information has been given about 156 poets and examples from their creative work. It doesn’t mean that all the writers of that time have been mentioned. Naturally some writers have been forgotten and havn’t been mentioned for some reasions. One can not such people as Ashig Abbas, poet Mammadali, Kalimullah Musa and Ashig Ali’s name whose words and talks are still afloating in the part of the world. Today we inform you certain information based on the words sticking in the elder people’s memory. The vestiges and words which we informed you have been saved and reached up our date as an exhibit of our grandfather’s memory museum.



Key words: Karabakh, a literary environment, Ashik Abbas, the poet Mammadali, Moses Kаlаmullah


ЗАБЫТЫХ ПРЕДСТАВИТЕЛЕЙ КАРАБАХСКОЙ

ЛИТЕРАТУРНОЙ СРЕДЫ

РЕЗЮМЕ

Карабахская литературная среда, которая существовала в XVIII-XIX веках, нуждается в дополнителъных исследованиях. Эти исследования необходимы еще и потому, что большая часть Карабаха находится под оккупацией Армении. Произведение М.М. Навваба «Тезкиреи-Навваб» является зеркалом карабахской литературной среды. В етом произведении даны сведения о жизни и творчестве 156 поэтов и приведены примеры из их произведений. Это не значит, что данное произведение охватывает всех поетов того времени. О некоторых поэтах по тем или иным причинам не упоминается в «Тезкиреи-Навваб» Ашук Аббас, Шаир Маммедалы, Муса Кялимуллах, Ашук Алы относятся имен но к таким поэтам. Их стихи, произведения переходя из поколения в поколение, дошли до нас в устной форме. Эти стихи и песни, сохранивмшся до наших дней. Являются экспонатами духовных сокровиш, которые хранились нашими предками в течение долгих веков.



Ключевые слова: Карабах, литературная среда, Ашик Аббас, поэт Мамедали, Моисей Kаlаmullah
Məsələnin qoyuluşu: Məqalədə Qarabağ ədəbi mühitinin indiyə qədər öyrənilməmiş simalarının həyat və yaradıcılığı araşıdırılır.

İşin məqsədi: Aşıq Abbas, Şair Məmmədalı, Musa Kəlimullah, Aşıq Alı kimi bir çox unudulmuş şairlərin həyat və yaradıcılığını araşdırmaqla Qarabağ ədəbi mühitinin dolğun təsəvvürünü vermək.
Ədəbiyyatı ədəbi mühitsiz təsəvvür etmək mümkün deyildir. Bu baxımdan XVIII-XIX əsrlərdə mövcud olan Qarabağ ədəbi mühitini ədəbi mühitlər içə­ri­sin­­də öz zənginliyi və son dövrün olayları baxımından bir daha araşdırmaq zə­ru­ri­­liyi vardır. Çünki hal-hazırda Qarabağın çox hissəsi erməni işğalı altındadır.

Ədəbi mühit müəyyən ərazi hüdudlarına malik olan və həmin əraziyə aid ədə­­bi əlaqələr fonunda, ictimai-siyasi şəraitə uyğun müəyyənləşir. Odur ki, Qa­ra­­­bağ ədəbi mühiti də Qarabağın sərhədləri daxilində mövcud olmuş və başqa ədə­bi mühitlərlə yanaşı formalaşıb, inkişaf etmişdir. Qədim tarix kitablarının yaz­­­­dığına görə Qarabağ vilayətinin sərhəddi belədir: “Cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər – Araz ça­yı­dır. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq ge­dib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla, sərhədi Kür çayına qədər–—Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına ça­tır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır” (1, 107).

Verilmiş sitatdan da aydın olur ki, Qarabağın dağını, aranını əhatə edən sər­­hədlərinə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Beyləqan, Füzuli, Ağcabədi, Ağ­dam, Bərdə, Tərtər, Goranboy rayonlarının əraziləri daxil imiş. Qarabağın mər­­kəzi isə Şuşa (Qala) şəhəri olmuşdur. Lətif Qarabağlı Şuşa şəhəri haqqında xa­tirələrində belə yazmışdır: “XIX əsrin sonuna yaxın Şuşa şəhəri Azərbaycanın sosial-iqtisadi və mədəni həyatının inkişafında həlledici rol oynamışdır. Həmin dövr­də ticarət, mədəniyyət və sənətkarlığın müxtəlif sahələrinin inkişafı cə­hət­cə, Şuşa bütün Azərbaycan şəhərləri arasında birinci Zaqafqaziya şəhərləri ara­sın­­da isə Tiflisdən sonra ikinci yeri tuturdu. Elə buna görə də Şuşaya “kiçik Paris” adı verilmişdi” (2, 10).

Bu səbəbdəndir ki, Ağcabədi rayonunda doğulan dünya şöhrətli mu­si­qi­şü­nas alim Üzeyir Hacıbəyov, Laçın rayonunun Ağbulaq kəndində anadan olan ədib, dramaturq Əbdürrəhim bəy Haqverdiyev və s. onlarca klassiklərimiz Şu­şa­lı kimi, Qarabağlı kimi tanınmışlar. Bu isə Qarabağın böyüklüyü, bütövlüyü za­­manına aiddir. Bu gün Qarabağ parça-parça edilmişdir. Qarabağın par­ça­lan­ma­­sı, bəlalı günləri 1923-cü ildən başlanır. 1923-cü ildə DQMV təşkil olunur və Qa­rabağ qəzalara parçalanır, daha sonra isə rayonlar yaranmağa başlayır ki, bu da parçalanmanın davamıdır. Odur ki, ayrı-ayrı bölgələrə parçalanan diyarda va­hid ideya çətin formalaşır, ədəbi mühit dağılır, cılızlaşır. Böyük Türk dünyası par­çalana-parçalana cılızlaşdığı kimi:

Dağ idik, təpə olduq!

Dəniz idik, ləpə olduq!

Xırdalana-xırdalana,

Kiçik bir qəlpə olduq!

Parçalanmanın nəticəsidir ki, hər bir rayona məxsusluq o qədər qabardılır ki, az qala vahid Azərbaycançılıq ideyası kölgədə qalır. “Haralısan?” sualı fərq­lən­dirmə paqonuna çevrilir, ideologiya formalaşdırır. Nə vaxt Azərbaycanda hər bir millət öz adı ilə tanınacaq (adlandırılacaq) və haralısan sualı fərq­lən­dir­mə pa­qonuna çevrilməyəcəksə, onda vahid ideologiya formalaşacaq, vahid Azər­bay­can uğrunda mübarizə başlanacaq, nəhəng Azərbaycan ədəbi mühiti yetişəcəkdir.

Mövcud olmuş ədəbi mühitlər içərisində Qarabag ədəbi mühitinin zən­gin­lik və fərqlilik baxımından xüsusi yeri vardır. Ədəbi mühitlərin öyrənilməsində son dövrlərdə aşıq mühitləri mühüm dəyər kəsb edir. Bu sahədə görkəmli folklor­şünas alim Məhərrəm Qasımlının araşdırmaları önəmli yer tutur. O, Azər­bay­can aşıq mühitlərini mədəni-tarixi səciyyəsinə görə 16 yerə ayırır. Həmin böl­güdə “Qarabağ aşıq mühiti” (3, 485) 9-cu sırada qeydə alınır. Qarabağ aşıq mü­hitinin XVI-XVIII yüzilliklər arasında mövcud olması vurğulanır.

Qarabağ ədəbi mühitinin fəal üzvlərindən olan və həmin mühitin tarixi sal­na­məsini yazan böyük zəka sahibi M.M.Nəvabdır. Onun “Təzkireyi- Nəvvab” əsə­ri Qarabağ ədəbi mühitinin aynasıdır. F.ü.f.d. Ə.Bağırov bu haqda belə yazır: “Təzkireyi–Nəvvab” yazıldığı vaxtdan daim oxucu və tədqiqatçıların diqqət mər­kəzində olmuşdur. XIX əsr ədəbiyyatı haqda söz demək istəyən, araşdırma apa­ran bircə alim də bu təzkirəsiz keçinməmiş, ona mötəbər bir mənbə kimi is­ti­nad etmişdir” (4, 5).

“Təzkireyi-Nəvvab”da 156 nəfər şair haqqında müəyyən məlumat və ya­ra­dı­cı­­lığından nümunələr verilmişdir. Bu o demək deyildir ki, o dövrün bütün qə­ləm əhli qeydə alınmışdır. Təbii ki, bəzi yazarlarımız bu və ya digər sə­bəb­lər­dən unu­dulmuş, qeydə alınmamışdır. Belə şəxslərdən, bu gün də el arasında sözü, söh­­bətləri dillər əzbəri olan Aşıq Abbas, Şair Məmmədalı, Kəlimüllah Musa və Aşıq Alının adlarını qeyd etmək olar. Bu gün biz bunlar haqqında olan mü­əyyən mə­lumatları ağsaqqal və ağbirçəklərimizin yaddaşlarında qalan, ha­fi­zə­lərindən sü­zülən sözlərinə dirsəklənib sizlərə bəyan edirik. Bəyan edəcəyimiz iz­lər və söz­lər babalarımızın yaddaş muzeyinin eksponatları kimi qorunub sax­la­nıl­­mış və bu günümüzə qədər gəlib çatmışdır.

Diqqətə cəlb edək ki, “Təzkireyi-Nəvvab” əsərində Abbas adlı bir nəfərin “Görmüşəm” qoşması verilmişdir. Müqayisə etmək üçün qoşmanı bütövlükdə bu­rada yazmağı məqsədə uyğun hesab edirik:

Sənin kimi gözəl yoxdu dünyada,

Misri-İstanbulu, Şamı görmüşəm,

Hər yerdə ki, adı bəlli gözəl var,

Gəzmişəm, tapmanam, hamı görmüşəm.
Qoynun içi qızıl gülün çəməni,

Dişin dürdür, dodaqların Yəməni,

Cənnət camalından ayırma məni,

Səndən ayrılalı damı görmüşəm.


Ayna tutub, yar camalın görsənə,

Şanə alıb siyah zülfün hörsənə

Gözəllikdə heç kəs gəlməz tay sənə,

Mən Bəhramı, Güləndamı görmüşəm.


Abbas bir qubardır, qürsi-afitab,

Camalın görənə dəxl olur cəvab,

Abid, sənin məscidü mehrab,

Mən öz-özüm müsəllamı görmüşəm (4, 140).

Təzkirədə bu qoşmanın ardınca müəllifi olmayan aşağıdakı “Eyləmə” qoşması da verilmişdir:

Sevgili sultanım, istəkli xanım,

Yadlarınan aşinalıq eyləmə.

Dön başına könül sevən aşiqin

Hər nakəsə ilticalıq eyləmə.

Qoynun içi qızıl gülün çəməni,

Dodaqların ləl, mərcan-Yəməni,

Aşiqinəm, hər dəm yada sal məni,

Vəfalı yar, bivəfalıq eyləmə.
Nə müddətdir həsrətini çəkərəm,

Gözlərimdən qanlı yaşlar tökərəm,

Vəfalı qulunam, sənə nökərəm,

Padşahım, gəl gədalıq eyləmə.


Hüsnün düşüb Dağıstanə, Dərbəndə,

Dodaqların bənzər nabata, qəndə,

Bir busə lütf eylə mən dərdməndə,

Ağrın alım, nakəsalıq eyləmə (4, 140).

Qoşmaları müqayisə etdikdə hər iki qoşmanın üslubundan, deyim tər­zin­dən eyni müəllifə aid olduğu aydın hiss olunur. Həmçinin o da bəlli olur ki, şeir Xan qızı Nətəvana (“Hüsnün düşüb Dağıstanə, Dərbəndə”) həsr olunmuşdur. De­mək, müəllifi göstərilməyən “Eyləmə” qoşması da Abbasa aiddir. Abbas kim­dir? Abbas XIX əsrdə yaşayıb-yaradan el aşığıdır. Xalq arasında Aşıq Abbas kimi böyük nüfuz qazanmışdır. Aşıq Abbas hazırcavab, bədahətən şeirlər qo­şan, şən, gülərüz, ağıllı, tədbirli bir şəxs olmuşdur. O, Laçın rayonunun Biçənis kən­­dində anadan olmuşdur. Xarakterik xüsusiyyətlərinə görə Hacısamlı bəyi Paşa bəy onu yanında saxlamışdır. “Aşıq Abbas Paşa bəyin ən yaxın adamı, məs­ləhətkeşi, sazı və sözü ilə məclislərinin bəzəyi olmuşdur. Onun qoşma, gə­ray­lı və təcnislər yazdığı söylənilir. Lakin yaradıcılığı itib-batmış, bizə gəlib çat­ma­mışdır. Bəzi deyimləri xalq yaddaşının eksponatına çevrilmiş və bu gün də söy­lənilir:

Kəndin tacı Qurdqacıdı,

Sözləri tamam acıdı,

Hamı ağıl möhtacıdı,

Paşa bəyi qatmaq olmaz.

Aşıq Abbas bədahətən şeir dediyi üçün Xurşidbanu Natəvan onu daim din­lə­yər və məclislərinə dəvət edərmiş. Aşıq Abbas da bədahətən onun şəninə şeir­lər söylərmiş. Bir gün Cıdır düzündə bayram şənliyi keçirilirmiş. Buraya Aşıq Abbas da dəvət olunubmuş. Məclisə gec gəlsə də bədahətən xan qızının şəninə söy­lədiyi “Eyləmə” rədifli qoşması onu vəziyyətdən çıxarır. “Eyləmə” rədifli qoş­ması xalq arasında eyni ilə Nəvvab təzkirəsində, yuxarıda yazıya aldığımız kimi söylənilir” (5, 82).

Yaddaşlarda izi və sözü olan Qarabağ ədəbi mühitinin unudulmuş ya­zar­la­rın­dan biri də Şair Məmmədalıdır. Doğum və ölüm tarixi məlum deyildir, lakin XIX əsrdə yaşadığı bəllidir. Laçın rayonunun Dərəkənd adlanan kəndində do­ğul­duğu və orada da vəfat etdiyi məlumdur. Şair Məmmədalının nəticəsi Valeh söy­ləyir ki, atam Musa, babam isə Şair Məmmədalının oğlu Zeynalabdındır. Şair Məmmədalının atası Molla Bayramalı, babası isə Alyar adlı cəsur bir kişi ol­muşdur. Alyara Cinni Alyar və yaxud Dəli Alyar deyərmişlər. Alyar Ərikli kən­dindən bir qızla evlənmişmiş. Odur ki, o çox vaxt qohumlarına sığınaraq Ərikli kəndi yaxınlığında qoyun saxlayarmış və son dövrlərə qədər “Alyar kahası” adlanan yeri Ərikli kəndinin camaatı tanıyırdı.

Cinni Alyarın nəvəsi Şair Məmmədalının həyat yoldaşı Nərgiz Dərələyəz ma­halından imiş. Məmmədalı xırda alverlə məşğul olarmış. Odur ki, Dərələyəzə ge­dərkən orada Nərgiz xanımla görüşmüş və bir-birlərini sevdikləri üçün ev­lən­miş­lər. Onların üç oğlu olmuşdur. Imran, Rza, Zeynalabdin. Nərgiz xanım ayağı uğur­lu və xeyirə-şərə yarayan, elin bütün işlərində fəal olan bir qadın olmuşdur. Odur ki, kənddə çoxları niyət edirmiş ki, oğlum olsun, Nərgiz xanımı kirvə ça­ğı­ra­cağam. Beləliklə, Nərgiz xanım Dərəkənddə çoxlarının kirvəsi olmuşdur. Nər­giz xanım qocalıb diqqətdən kənarda qaldığı zaman Şair Məmmədalı ona şeir həsr etmişmiş. Təəssüflər olsun ki, ondan bizə gəlib çatan aşağıdakı misralardır:

Budur gəlir, qoca Nərgiz,

Boyu boydan uca Nərgiz,

Qocalıq əldən salıbdır,

Daha gəlmir vecə Nərgiz.

Şair Məmmədalı qarlı-çovğunlu qış vaxtı Dərələyəzli qohumlarını yoluxa bilmədiyi üçün aşağıdakı “Dağlar” şeirini söyləmişdir:

Arzularam,düşməz ələ,

Kiş dağı, Sorğuntu tələ,

Yol ver aşım Başdıbelə,

Orda qonaq qalım, dağlar.
Nə ola yollar işləyə,

Aşam Şəlviyə, Daşlıya,

Babadinə, Qısxaşdıya,

Bir də düşə yolum,dağlar.


Təkədonduran yavadır,

Qırxqız dərdimə davadır,

Oylağım Sarıbabadır,

Ölüm səndə qalım, dağlar.


Gələndə Lalalıdan aşdım,

Dik Pilləkəndə dolaşdım,

Qayıdanda yolu çaşdım,

Halım oldu zülüm, dağlar.


Soruşsalar, Kavanlıyam,

Sinəsi,köksü qanlıyam,

Mən Şair Məmmədalıyam,

Yaman pisdi halım, dağlar.

Şair Məmmədalı Paşa bəyin aşığı, məclislərinin yaraşığı olan Aşıq Ab­basla bir dövrdə yaşayıb. Söyləyirlər ki, bunlar həmçinin bir-birinə rəqib olub­lar. Bir gün Şair Məmmədalı Paşa bəyin qonağı olur və Paşa bəy haqqında belə bir şeir söyləyir:

Paşa bəy, Paşa bəy,

Səni yüz yaşa, bəy!

Bu dövran, bu büsat

Getsin sənlə başa, bəy!
Paşa bəy uzaqgörən, müdrik və sözü-sözdən seçən adam olmuşdur. An­la­yır ki, Məmmədalı sözü üzəvari dediyi üçün belə söyləyir, əsil deyəcəyini giz­lə­dir. Odur ki, Paşa bəy deyir: “Məmmədalı, sənin sözünün bir Məmmədalısı var, sö­zün doğrusunu söylə. Əgər sözün düzünü desən, sənə xələt verəcəyəm.”

Məmmədalı deyir:

Paşa bəy, Paşa bəy,

Səni yüz yaşa, bəy!

Bu dövran, bu büsat

Getməz sənlə başa, bəy!

Sözü mərdi-mərdanə, çəkinmədən bəyin özünə belə açıq söyləməsi Paşa bəyin xoşuna gəlir və Məmmədalıya bir arxalıq bağışlayır.

Bu gün dilimizdə işlənən “Sözünün Məmmədalısını de!” məsəli güman ki, Paşa bəylə Şair Məmmədalı arasında olan yuxarıda qələmə aldığımız söhbətdən törəmişdir. Bu ifadə Qarabağda atalar məsəli kimi geniş yayılmışdır.

Yuxarıda qeyd etdiyimiz kimi Aşıq Abbasla Şair Məmmədalı dost de­yil­miş­lər. Həmişə bədahətən şeir söyləməyə Xan qızı Natəvan şeir məclislərinə Aşıq Abbası dəvət edərmiş. Amma bu dəfə Aşıq Abbası deyil, Şair Məm­məd­alını dəvət edir. Şair Məmmədalı Qalaya (O zaman Şuşa Qala adlanırmış) Na­tə­va­nın şeir məclisinə gedir və kəndə qayıdanda Aşıq Abbasla rastlaşır. Aşıq Abbas Şair Məmmədalıya atmaca xarakterli sual verir:

Aşıq Abbas: – Məmmədalı, deyirlər Kür çayı alışıb yanıb, Qalada bu haqda nə danışırdılar?

Şair Məmmədalı:– Aşıq Abbas, sən öl, eşitməmişəm. Amma Qalanın bazarında ütülmüş balıq gördüm, ola bilsin ki, Kürdən tutublar. Eybi yoxdur, Kür alışıb yansa da, sən yanma, ütülmə!

Bu dioloqda da Şair Məmmədalı sözünü “Məmmədalı kimi” deyibdir.

Şair Məmmədalının Xan qızı Natəvana həsr etdiyi şeirdən yalnız aşağıdakı misralar yaddaşlarda qalmışdır:

Xan qızı mələkzada,

Ömrü, günü ziyada,

Su çəkdi ehsan üçün,

Bəxş etdi qohuma,yada.

Şair Məmmədalının yaradıcılığından bizə gəlib çatan sınıq-sökük mis­ra­lar­dır. Amma o, özü də dərk edirmiş ki, bir zaman gələcək Məmmmədalını soraqlayacaqlar:

Fələk saldı bizi nifri firağa,

Yaxın mənzilimiz düşdü irağa,

Bir gün olar düşərsiniz sorağa,

Deyərsiz:–Məmmədalı necə oldu?!


Qarşı yatan qarlı dağlar,

Qar qucar bellərin sənin

Məhlim olmaz yayın, qışın,

Xub əsər yellərin sənin.

İzi qalmış, sözü qalmış Qarabağ ədəbi mühitinin nümayəndələrindən biri də Kəlimüllah Musadır. Şair Kəlimullah Musa haqqında da az məlumat vardır. O, təxminən XVIII əsrdə yaşamışdır. Ibrahimxəlil xanın sarayında şairlik et­miş­dir. Molla Pənah Vaqifdən əvvəl sarayda olmuşdur. M.P.Vaqif İbrahimxəlil xa­na yazdığı fəxriyyədə onu belə xatırladır:

Qarabağ içrə bir şair Kəlimullahi-Musadır,

Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır (4, 15).

Buradan aydın olur ki, İbrahimxəlil xanın sarayının ilk şairi Kəlimullah Musa olmuşdur. Onun saraya gəlməsi barədə xalq arasında belə bir söyləm ya­şa­nır. Söyləyirlər ki, İbrahimxəlil xan hazırcavab və şeir yazan adamları xoş­la­yır­­mış. Odur ki, İbrahimxəlil xan bir gün Kəlimullah Musanı nahar vaxtı yanına də­vət edir və deyir:

“Kəlim, (Kəlimüllahı xan belə çağırarmış.) yeməklər içərisində nə yeməli? ” cavabında Kəlimüllah deyir ki, xan sağ olsun, yumurta. Xan ona heç bir söz demir və onu azad buraxır. Bir il keçdikdən sonra xan onu yenə çağırtdırır və deyir: “ –Kəlim nə ilə? ”

– Xanım, duz ilə.

– Bəs niyə yumurta?

– Xanım, çünki o zaman nahar vaxtı idi, əlinizdə yumurta tutmuşdunuz, nağdını qoyub nisyə dalınca qaçmazlar, odur ki, ortada olana sığındım.

Belə bir sual-cavabdan sonra xan onu saraya dəvət edir. Molla Pənah Va­qif saraya gələnə kimi o, sarayda fəaliyyət göstərmişdir. Onun yaradıcılığı itib-bat­mışdır. Bir qoşmasını Həsən İxfa Əlizadə (1893-1972) “Şuşa şəhərinin tarixi” əsərində qələmə almışdır:

Zalım fələk, sənə netdim neylədim?!

Əcəl qılıncları çalhaçaldadır.

Hansı halalını haram eylədim?!

Bəlasız başımız qalmaqaldadır.
Şirvanlı Çələbi döyülüb qaçdı,

Qacar Məmmədhəsən bir oyun açdı,

Ovşar Fətəli də yolunu çaşdı,

İndi başqa fikir başqa haldadır.


Qızmış şirə döndü Ağamməd Qacar,

Qarabağa gətdi qanlı bir azar,

O saymadı, bax, gör fələk nə sayar,

Leşi gorda, başı bizim yoldadır.

Yasa döndü bütün toylar-düyünlər,

Ələ düşdü nazlı qızlar-gəlinlər,

Ləkələndi ismət, namus yeminlər,

Bu cəza nə yerdə, nə mahaldadır (6, 341).

O dövrün ictimai-siyasi durumunu əks etdirən, tarixin yaddaş salnaməsi ki­mi əsrlərdən keçərək bu gün səslənən bu mükəmməl şeir nümunəsi Kəlimüllah Mu­sanın püxtələşmiş bir şair olduğunu sübut edir. Həmçinin bu şeirdən bəlli olur ki, 1797-ci ildə Kəlimüllah Musa yaşayırmış.

Qarabağ ədəbi mühitinin yetişdirdiyi sənətkarlardan biri də Aşıq Alıdır. XVIII əsrin sonu XIX əsrin əvvəllərində yaşamışdır. O, Laçın rayonunun Suvat kən­dində anadan olmuşdur. Şairin qoşma, gəraylı və təcnislər yazdığı söylənilir. On­un iki şeiri 1966-cı ildə “Laçın” qəzetinin 18 oktyabr 51-ci sayında dərc olun­muşdur. Həmçinin “Aşıq Alı” adlı məqaləni Tapdıq Nəcib qələmə almışdır. Aşıq Alının çap olunmuş şeirləri:

Asta yeri qədəm saxla,

Getmə-getmə, maralım,dur!

Mən ki, sənin maralın idim,

Sən də mənim, maralım, dur!


Əyri baxış, qıyqac çalma,

Qıya baxıb canım alma,

Məni eşq oduna salma

Kəsmə səbrim, qərarım, dur!


Əyri qaşın dönüb kafa,

Kafir olma, gəl insafa,

Alı deyir, ey bivəfa

Nə ki dərdin var, alım, dur!

Söyləyirlər ki, Aşıq Alı doğulduğu Suvat kəndindən kənarda üç il yaşa­ma­lı olur. O, Qarabağda bir müddət işləyərək ailəsini dolandırdığına görə doğul­du­ğu kəndə gedə bilmir. Doğma kəndini vətən sandığına görə, onun həsrəti ilə qov­rulub yandığı üçün “Can quşu” şeirini yazmışdır.

Könül bir quş kimi qalxdı bu düzdən,

Qorxuram itirəm havada gözdən,

Bir mayallaq vura, aşa Qırxqızdan,

Əzəl düşə bir Suvata can quşu.
Tobalar olmasın, nəsihət olsun,

Kavanlı əhlinə vəsiyyət olsun,

İstəyir Qarabağ bir cənnət olsun,

Bir də gəlməz bu bərbada can quşu.


Alı deyər, mən ha qurbanam mərdə,

Haqq möhtac etməsin mərdi namərdə,

Nə qədər səy etsəm qalmaz bu yerdə,

Veribdi həmdəmə vədə can quşu (7).

Bu şeir real günümüzlə də səsləşir. Vətəndə vətənsiz vətəndaş kimi möv­cud olan, məcburi köçkün (qaçqın) adı altında yaşayanların həsrət ahlarının əks-sə­dası kimi bir daha doğma yurda qayıtmaq arzularının ümid dolu çağırış ni­da­sı­dır.

Bu iki şeir Aşıq Alının mükəmməl bir aşıq-şair olduğunu təsdiq edir.


İşin elmi nəticəsi: Qarabağ ədəbi mühitinin Aşıq Abbas, Şair Məmmədalı ki­mi bir çox simalarının bədii irsinin itib-batmasına baxmayaraq, şeirlərinin se­vi­lərək bu gün də ağızlarda söylənilməsi onların güclü qələm ustaları ol­ma­sın­dan xəbər verir. Onlar ədəbi məclislərdə fəal iştirak etməklə dövrün bədii fik­ri­nin formalaşmasında mühüm rol oynamışlar.

İşin elmi yeniliyi: Aşıq Abbas, Şair Məmmədalı, Musa Kəlimullah, Aşıq Alı kimi bir çox unudulmuş şairlərin həyat və yaradıcılığı ilk dəfə araşdırma möv­zusu olmuş, mənbələrdə müəllifi qeyd olunmayan bir çox şeirlərin dil və üs­lub xüsusiyyətlərindən çıxış edərək müəllifi müəyyənləşdirilmişdir.

ƏDƏBIYYAT

1. Qarabağnamələr, I kitab, Bakı, 1989

2. Lətif Qarabağlı. Şuşa və Hindistan xatirələrim. Bakı, 1996

3. Azərbaycan ədəbiyyat tarixi. I c., Bakı, Elm, 2004

4. Mir Möhsün Nəvvab. “Təzkireyi-Nəvvab”, Bakı, 1989

5. Əli Əliyev. Laçın qədim Oğuz yurdu, Bakı, 2009

6. Qarabağnamələr. II kitab, Bakı, 1991

7. “Laçın” qəzeti, 1996-cı il, 18 oktyabr, N:51, M.F.Axundzadə adına Milli kitabxananın dövrü mətbuat arxivi



Jalə COŞĞUN

İstanbul Aydın Universitetinin müəllimi

jalezaman@gmail.com
SEHRLI NAĞIL QƏHRƏMANLARININ TƏSNIFATI

PROBLEMINƏ ÜMUMI BAXIŞ (TÜRK VƏ SLAVYAN NAĞIL MƏTNLƏRI ƏSASINDA)
XÜLASƏ

Sehrli nağıl qəhrəmanlarının əsas xüsusiyyətlərindən biri də onların təsnifatı ilə bağlıdır. Na­ğıl qəhrəmanlarını adətən onların müxtəlif əlamətlərinə və ya adlarına görə təyin etmək müm­kündür. Bu cəhətdən sehrli nağıl per­so­najları fərdi, ailə, şərti və lokal status olmaqla dörd qrup­da sistemləşdirilmişdir. Məqalədə bu statuslar üzrə personajların xarakterik xüsusiyyətləri təh­lil olun­muş, türk və slavyan sehrli nağıllarından nümunələr gətirilmişdir.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin