Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,22 Mb.
səhifə7/15
tarix27.12.2017
ölçüsü1,22 Mb.
#36096
1   2   3   4   5   6   7   8   9   10   ...   15

İşin elmi nəticəsi: Bütün yuxarıda deyilənlər, alimin tədqiqata cəlb etdiyi mə­sə­­lələr onu göstərir ki, Azərbaycanın böyük yazıçısı, alimi, peda­qoqu və ən nəhayət, əbə­di­yaşar vətəndaşı İsmayıl Şıxlının “Dəli Kür” ro­ma­nı xalqın epik irs po­ten­si­ya­sın­da özünəməxsus bir yer tutmuş, mövqe qazan­mışdır. Bu romanın “xalq ruhunun da­şıyıcısı” olması, milli-mənəvi dəyərləri özünə hopduraraq yaşatması ilə bağlıdır. Biz bunu Ə.Tanrıver­dinin “Dəli Kür” romanının poetik dili” əsərini oxuduqdan sonra bir daha yəqin etdik.

Ədəbiyyat

1. Ə.Tanrıverdi. “Kitabi-Dədə Qorqud”un obrazlı dili. Bakı, Nurlan, 2006

2. Ə.Tanrıverdi. “Kitabi-Dədə Qorqud”un söz dünyası. Bakı, Nurlan, 2007

3. Ə.Tanrıverdi. Poeziyanın dili, dilin poeziyası. Bakı, Nurlan, 2008

4. Ə.Tanrıverdi. “Dədə Qorqud kitabı”nda at kultu. Bakı, Elm və təhsil, 2012

5. Ə.Tanrıverdi. “Dəli Kür” romanının poetik dili. Bakı, Elm və təhsil, 2012

6. M.Allahmanlı. Dilin və ruhum doğmalığında. “Kredo” qəzeti, 9 fevral 2013

7. R.Qafarlı. “Kitabi-Dədə Qorqud” eposundakı At kultunun sirrini açan böyük alim və vətəndaş//Ə.Tanrıverdi. “Dədə Qorqud kitabı”nda at kultu. Bakı, 2012

8. T.Salamoğlu. Nəsr dilinin şeiriyyəti monoqrafik araşdırma obyekti kimi // Ə.Tanrıverdi. “Dəli Kür” romanının poetik dili. Bakı, 2012
Mətanət MAŞALLAHQIZI (ABBASOVA)

Filologiya üzrə fəlsəfə doktoru,

AMEA Folklor İnstitutu

abbasova_metanet @rambler.ru
EPİK ƏNƏNƏDƏ MİFOLOJİ İNAM MOTİVLƏRİ

(M.Süleymanlının «Səs» romanı əsasında)
XÜLASƏ

Məqalədə M.Süleymanlının “Səs” romanında mifoloji düşüncə, inam və təs­səvvürlər əsərin məzmunu, ideya-bədii xüsusiyyətləri ilə əlaqəli olaraq araş­dırıl­mış, mifik arxetiplərin obraz yaratmadakı funksionallığı müəyyən­ləş­dı­ril­mış­dir.



Açar sözlər: epik, məzmun, mifik, arxetiplər, inanc
MYTHOLOGICAL BELIEF MOTIVES IN THE EPIC TRADITION

(On the base of the novel “Sound” by M.Suleymanli)

SUMMARY

In the article the mythological thought, belief and perceptions in the novel “Sound” by M.Suleymanli are investigated closed with the content of the novel, ideological-literary peculiarities and the functionality of the mythical archetypes in the image forming is determined.



Key words: epic, content, mythical, archetype, belief, image
МИФОЛОГИЧЕСКИЕ МОТИВЫ ПОВЕРИЙ

В ЭПИЧЕСКИХ ТРАДИЦИЯХ

(На основе романа «Сес», М.Сулейманлы)

РЕЗЮМЕ

В статье исследуется связь содержание произведения с идейно – ху­дожественными особенностями, с мифическим мышлением, поверьями и пред­ставлениями данные в романе М. Сулейманлы «Сес». Отдельно опре­деляются особенности создания образов на основе мифических архее­типов.



Ключевые слова: эпический, содержание, мифический, архетипы, верования
Məsələnin qoyuluşu: Epik ənənə, konkret olaraq M.Süleymanlının «Səs» romanında əski düşüncə, təssəvvürlərə bağlı mifoloji motiv, modellərin se­man­ti­ka­sı, işlənmə mexanizmi və arxetip dominantlığının mövzu, obraz və. s ilə bağ­lı­lıq prinsiplərinin müəyyənləşdirilməsi.

İşin məqsədi: M.Süleymanlının «Səs» romanı əsasında Azərbaycan nəs­rin­də mifoloji düşüncənin bədii-estetik, ideya-məzmun kontekstinin araşdırılması.

Həyatı, dünyanı obrazlı dərk etmək cəhdinə əsaslanan mifologiya bütün xalq­­ların tarixi, ilkin yaddaşı, dünyagörüşünün mühüm tərəfi kimi çıxış edir. Hər bir xalqın etnik-milli dünyagörüşünə bağlı mifologiya uzun tarixi keç­mi­şin­dən uzaqlaşmasına baxmayaraq, öz arxaik rudimentləri ilə insanların həyat və mə­işə­tində yaşamaqdadır. Zamanında ibtidai insan tərəfindən həyatın özü kimi ya­­şanıb, qəbul edilən mifologiya xüsusilə mədəniyyətin müasir səviyyəsi, məz­mun dəyərlərində qorunmaqdadır. İncəsənət, ayrıca ədəbiyyatda milli yaddaş möv­­qeyindən çıxış edərək poeziya və nəsrdə qiymətli ədəbi ənənəyə çev­ril­miş­dir. Məlumdur ki, epik ənənədə mifoloji görüntünün modelləri müxtəlif olmaqla çox­çalarlıdır. Mifologiya bu və ya digər etnos üçün ən mükəmməl sistemli mətn, həm də rudiment şəklində mövcud olmaqla fərqləndirilməkdədir. Rudiment, ob­raz, simvol şəklində olan bu arxaik qalıqlar müəllif tərəfindən bəzən məqsədli şə­kildə işlədilsə də, əksər hallarda onun niyyətindən asılı olmayaraq ma­hiy­yə­ti­nə varılır. Azərbaycan ədəbiyyatında Anar (“Ağ qoç, qara qoç”), Elçin (“Ağ dəvə”), M.Süleymanlı (“Köç”, “Ceviz qurdu”, “Səs”), İ.Əfəndiyevin (“Geriyə baxma qoca”) və s. yazıçıların əsərlərində mifoloji düşüncə modelləri geniş, müx­təlif formaları ilə süjet, obraz əhatəliliyində funksionallığı ilə seçilir.

Bədii yaradıcılıqda götürülən hər bir obraz müvafiq fərdi, psixoloji key­fiy­yət­ləri ilə seçilməsinə baxmayaraq, onun həyat tərzi, dünyagörüşü, davranış nor­ma­tivləri aid olduğu etnosun yaşayış kompleksini formalaşdırır. Milli müəy­yən­lik mövqeyindən ümumiləşdirilən bu səciyyəvilik mədəniyyət aktı olaraq sosial, mən­­subiyyətlilik, etnos daxili zaman və məkan baxımından seçilir. Geniş, həyati ba­­xımdan yanaşılan bədii obrazların xalqlar, onların keçmişi, məişəti, milli kodeks­ləri əsasında yaradıldığını nəzərə alsaq, sözsüz ki, bu istiqamətdə obrazın daşı­dığı etnik dünyagörüş, inam və düşüncə motivləri ön plana keçir. Hətta öz-öz­lü­yündə ayrıca davranış modelinin pozulması obrazın bədii kimliyini belə kon­­kretləşdirmiş olur.

İnsan, mənəviyyat və cəmiyyət problemlərinin işıqlandırılması isti­qa­mə­tin­də yazılan M.Süleymanlının “Səs” romanı bu xüsusda diqqəti cəlb edir. 80-ci il­lərin əvvəllərində qələmə alınmış “Səs” sovet dövrü, bu dövrün siyasi-ideoloji tə­zyiqində yaşayan bütöv bir cəmiyyətin daha çox mənəvi problemlərini əhatə edən geniş tutumlu romandır. Bu cəmiyyət, dövrün, insanının mənəvi iflası, gə­lə­­cəyə ümidsizliyi, faciəsi əsərdə müxtəlif sosial statuslu obrazların həyatı psi­xo­­loji düşüncələrinin timsalında ümumiləşdirilmişdir. Romanda 6 mərtəbəli, çat ver­­məkdə olan bina və onun sakinləri məhvə məhkum cəmiyyət, iflasa uğramış mə­­nə­viyyatın görüntüsü olaraq simvollaşdırılmışdır.

Müəllifi düşündürən problemlər əsərdə müxtəlif təbəqədən olan insanlar, on­ların adi, gündəlik qayğıları üzərində qurulmaqla ayrı-ayrılıqda ümumi­ləş­di­ri­lən obrazların fərdi, tipik mahiyyətində izlənilməkdədir. Yuxarıda da qeyd olun­du­ğu kimi, bütün hallarda bu obrazlar öz-özlüyündə müvafiq etnos, xalqın dü­şün­cə, həyat tərzi, əski inamlarını təlqin etməkdədir.

Romanda halallıq-haramlıq, mədəniyyət-murdarlıq və s. pozulması ob­raz­la­rın fərdi xüsusiyyətləri, həyat tərzi əsasında müşahidə edilir ki, hər bir və­ziy­yət­də bu insanlar öz əski mifik inam və görüşlərindən çıxış edirlər. Konkret ola­raq obrazların səciyyəsi romanda iki qrupda müəyyən edilir:

1) Dəyişən zamanın özü ilə gətirdiyi siyasi-sosial dəyişikliklərdən öz mən­fəətləri üçün əyri yolla yararlanıb faydalı əməl və inamdan uzaq düşənlər.

2) Sonadək halal və haramın tarazlığını saxlayıb sakit, inamlı həyatlarını ya­şayanlar.

Romanda hər iki istiqamətdə səciyyələndirilən obrazlar üçün əski inam­la­ra bağlı davranış formulları, əxlaqi dəyərlər mövcuddur, lakin onların həyat tər­zi, ömürlərində bu düşüncələri yaşatmaları tam fərqlidir. Roman boyu geniş kon­tekstdə bütün obrazlar üçün xaos-kosmos qarşılığında ümumi bir xof, qorxu ya­şan­maqdadır.

İl­kin halda vəzifəli şəxsin qardaşı ilə qonşu olmaq xofu insanları doğru yol­dan sapdırmış, müsbət əxlaqi davranışlardan uzaqlaşdırmışdır. Anaşa satan, mə­həllədə “professor” ləqəbi ilə tanınan İskəndər, onun əlaltıları, evlər idarə­si­nin müdiri Dəmir, evini əxlaqsızlıq yuvasına çevirən Məleykə, din, imanını pula sa­tan Hacının və s. qorxusu məhz Kamal müəllimin vəzifə səlahiyyətlərinin xo­fu­na bağlıdır. Bu insanların davranışları, əməlləri əslində riyakarlıq üzərində qu­rul­maqla Kamal müəllimin hörmətini qazanmaq, ona yaxınlaşmaq məqsədini gü­dür. İkinci halda isə obrazların xofu, qorxusu halal və haram mizanının söy­kən­diyi axirət inamına əsaslanır. Pianino ustası Haley, Buta xala, Umbikə kimi ob­razların səciyyəvi xüsusiyyətləri bu inam və düşüncədən irəli gəlir.

Yeni zaman, dövrün yaratdığı asudəlik, özbaşınalıq bu cəmiyyətin əski əx­laq, inam və dəyərlərinə tamamilə ziddir. Ayrı-ayrı obrazların sosial mən­su­biy­yət­lərinə bağlı davranışlarının yeni cəmiyyətə uyğunlaşdırılması bütün hallarda et­nosun tarixi, əxlaq-etik mövcudluğuna qarşıdır. Romanda bütün obrazların ya­şa­­dıqları cəmiyyətə uyğun qazanc əldə etmə fəallıqlarında nəticə olaraq onların şüur­altı dünyaları, təfəkkürlərində yaradan qarşısında sorğu olunmaları, ha­lal­lı­ğın itməsi müqabilində cəzalandırılmaları inamı dayanır. Başqa sözlə desək, in­san psixikasının yönəldildiyi, daha çox öz etnik dünyagörüşünə bağlı Allaha inam, pisliklərin cavabsız qalmaması inancı, cəzalandırılma romanda əksər ob­raz­ların süuraltı fikir qatında qalmaqdadır. Qorxudanlar, eləcə də bu xofu ya­şa­yan­lar üçün bu mənəvi haqq keçilməzdir. Cəmiyyət məhv olmaq üzrədir. Haleyin təbirincə, parçalanan zaman çat səslərini çalmaqdadır, eyni istiqamətdə in­sanın özünə qayıdışı, əbədi, haqqa bağlı xofun varlığı canlanmaqdadır. Dün­ya­nın, zamanın, yaşananların ilkin inamlardakı qapalı, təkrarlanan modeli burada mi­fik təfəkkürün mühüm tərəfi kimi çıxış edir.

Romanda cəmiyyətə uyğun yaşayıb öz içindəki haqdan uzaqlaşan Məleykə ob­razı bu baxımdan xarakterikdir. Ömrü boyu “dünyanı tanıyandan adlı-sanlı, san­ballı adamların” üzünə durmaqla onları şərləyib pul qazanan, evini əx­laq­sız­lıq yuvasına çevirən bu qadın sonunda “tük gətirməklə” “Allahın qəzəbinə” dü­çar olur. Obraz öz düşüncələrində cəzalandırılma həqiqətinə olan inamını tö­rət­di­yi əməllərə bağlayır: “... Allahın adından da qorxmağa başlamışdı, Allahın adı­nı çəkən kimi şər atıb tutdurduğu adamlar gözlərinin qabağına gəlirdi. Hər hal­da Allahın işidi. Arvad ola-ola birdən-birə kişi kimi tük gətir, tüklən, Al­lah­dan başqa kimin işi ola bilər bu...”(4, 416) Allahı tanıma, ömrünün müəyyən döv­ründə bu inancı özünə daha yaxın buraxmaqla bağlanması obrazın etirafı ola­raq onun təslimidir. Halallığın haqlarını içində daşıyıb (Allaha olan inamı), əməl­lərində onlardan uzaqlaşan Məleykə obrazı mövcudluğun qapalı modelinə uy­ğun sonda öz əski inancını qəbul etmiş olur.

Romanda halallığını yaşayan və bunun qorunması üçün mübarizə aparan ob­­razlar içərisində Buta və Umbikə xala obrazları ayrıca yer tutur. Oğlanlarının ha­­ram pul qazanmalarına göz yuma bilməyən Buta xala ömrünün son günlərində ya­­tağa düşərkən belə bir tikə halal çörək dadmaq üçün övladlarına yalvarır. Bu yal­­varış və halallığın axtarılması obrazın öz iç dünyasının kökləndiyi inanca-ha­ram, naqisliyin cəzalandırılması inamına bağlıdır. Ağbirçək ananın göz yaşları içə­­risində söylədiyi “sizin cavabınızı verəmməyəcəm. Döşümnən asacaqlar məni” yalvarışları eyni düşüncədən irəli gəlir.

Buta xalanın (obrazın adının da tarixi-milli arnamentlərin simvolikasından gö­türülməsi də təsadüfi səciyyə daşımır) etiqadında axirəti əks etdirən, ədəbi hə­yat və səadətin qazanılması bu dünyada mövcuddur. Eyni zamanda axirətə, yə­ni xeyirli həyat tərzi keçirərək yaşayan hər kəsin səadət (cənnət), əksinə pis əməl­lilərin cəza (cəhənnəm) ilə mükafatlandırılmasına inam Buta xala üçün sa­də­cə dünyagörüş formulu deyil, onun həyat tərzi, yaşadığı ömrün özüdür.

Romanda eyni məqamda halal və haramlığın sınağından keçmə, Allaha inam Umbikə xalanın da obraz kimi səciyyələndirilməsində ilkin cəhət olaraq se­çilir. Doğma bacısı Məleykənin əməllərinə görə xəcalət çəkən, onu özündən uzaq­laşdıran Umbikənin cəmiyyətdəki pisliklərdən aldığı qorxusu onu Allaha, nə­­nəsinin dilindən eşitdiyi ata-baba adı kimi bir doğmalıq duyduğu Tanrıya ya­xın­­laşdırır “…Allah, demək istəyirdi, birdən Tanrı yadına düşdü. Nənəsi həmişə dua qılanda Tanrının adını çəkərdi, Tanrı məni eşidir, deyərdi, Allah eşitmir. Tan­rının adını da doğurdan da ata-baba adı kimi bir yaxınlıq, doğmalıq vardı. Xa­taları uzaq elə bizdən, ay Tanrı!...”(4, 460) “Tanrı” adının Allahdan fərq­lən­di­rilməsi əslində obrazın gözünü açdığı, həyatı, dünyanı tanımağa başladığı an­dan hər gün eşitdiyi, özündə eşidə-eşidə doğmaları – ata, anasıyla birlikdə bö­yüt­düyü məhrəm, sirli varlığa olan düşkünlüyə bağlıdır.

Romanda diqqəti cəlb edən cəhətlərdən biri də obrazların mifoloji təfək­kü­rün­­də şam, işıq əyəsinə olan inamıdır. Türk mifoloji düşüncəsində “sahib” mə­na­­sında işlədilən “əyə” (bəzi variantlarda “ic”, “iye” və s.) hami ruhlar mənasını ve­­rir. Bu mifoloji motivə bağlı geniş yayılmış su əyələrindən fərqli olaraq bu­ra­da şam, işıq əyəsinə inam vurğulanır. Əsərdə oğlu nəzarətə alınan ana Haleyin ayaq­­larına düşüb yalvarır, onun xilasını qardaşı Rəhimovdan istəyir. Bu zaman ovuc­­larında yanan işıq obrazın yalvarışının cavabı olaraq “gözə görün­mə­yən­lər”in şamı kimi onun təsəllisinə çevrilir. Eyni inam və xəyali görüntünü Haley yu­­xu­sunda ovcuna qoyulan şamla yaşayır.

Əyə – Orta Asiya, Qərbi Sibir, Altay Kazan və s. türk xalqlarının mi­fo­lo­gi­ya­sında “sahib” ruh anlayışı olaraq geniş yayılmaqla müxtəlif məkan, yaşayış yer­ləri ilə əlaqələndirilməkdədir (orman, ev yiyələri və s. anlamında). Digər tə­bi­ət elementləri, xüsusilə işıq əyəsi faktı isə daha çox iç dünya, mə­nə­viy­yat aktı ola­raq formalaşmışdır. İşıq inamının mifoloji kökündə dayanan is­ti­lik, baş­lan­ğıc, aydınlıq, daha geniş mənada bu dünya və s. mənaları sonralar xalq mifik tə­fək­küründə cilalanaraq ruh, sahib anlayışlarında konkretləşmişdir. Bu mənada hər kəsin işığı, onun öz sahibi, ruhu kimi inanca çevrilmişdir. Ro­man­da da işığa and, şam nurunun istisinin yuxuda, eləcə də aşkarda hiss olun­ma­sı sovet cə­miy­yə­tinin yeni aurasında həyat, talelələrinin axarından asılı ol­ma­ya­raq öz soy-kökü, dünyagörüşünü mifoloji təfəkküründə qoruyan insanların sə­ciy­yəsində ve­ri­lir. Müəllif iradəsindən asılı olmayaraq obrazın həyat, məişətinin bu mifik re­al­lıq­da canlandırılması əslində obrazların həyatiliyinə əsaslanır. On­la­rın adi mə­i­şət həyatı, yaşayışında sadə bir dua, çağırışa çevrilən bu elementlər böyük, tarixi əs­ki inam, düşüncə sistemində etnosun mifik yaddaşı ilə səsləşir.

Eyni işıq həqiqətinin bağlandığı ikinci bir tərəf kosmoqonik miflərdən sa­yı­­lan Ay obrazına olan münasibətdir. Romanın bir neçə yerində, canlı-itin ha­di­sə­­lərin müşahidəçisinə çevrilərək gördüyü, yaşadığı haqsızlıqlardan təsirlənərək gö­yə - Aya ulaması və bunun daha çox obrazların öz çirkin əməllərinə daha çox bu­­laşdığı məqamla üst-üstə düşməsi də təsadüfi səciyyə daşımır.

İt İskəndər və onun əlaltılarının binaya daşıyıb gizlətdiyi, sonra da dostları va­sitəsilə payladığı anaşa, narkotik maddə alverçilərini, evini əxlaqsızlıq yu­va­sı­na çevirən Məleykənin çoxsaylı qonaqlarını, Tokayın binanın VI mərtəbəsində aç­dığı studiyasındakı ədəbsiz film həvəskarlarını hər gün qarşılamaqdadır. Göz ön­ündə yaşanan pisliklərə hürən, acığını-hirsini bəzən onlara hücum edib qap­maqla soyudan bu canlı həmişə döyülüb, bir kənara atılmaqla cəzalandırılır. Əs­lin­də romanda 6 mərtəbəli binanın, simvolik mənada çürüyən cəmiyyətin önünə çı­xaran it öz arxaik həyat tərzi-mahiyyətini qoruyub saxlayan yeganə canlıdır. Ən qədim dövrlərdən başlayaraq köçəri həyat tərzi yaşayan xalqlar ev hey­van­la­rı içərisində sədaqət, güç, qorumaq, etibarlılıq timsalında itlərə xüsusi önəm ver­miş­dilər. İtin canlı olaraq qorumaq, sahibinə aid olanı saxlamaq funksiyası ro­man­da öz etnik mahiyyətində qabardılmaqla məlum cəmiyyət, xırda bina sa­kin­lə­rinin cürüyən mənəviyyat və saflığına qarşı qoyulmuşdur. Pisliyə, murdarlığa, ha­rama hürən it, əslində itən bu mənəvi dəyərlərin qorunmasına çalışır. Anaşa sa­­tan İskəndər, əxlaqsız Məleykənin qonaqları, riyakar Dəmirdən aldığı təpiklər, iş­­gəncələr belə iti öz əməlindən uzaqlaşdıra bilmir. İtdən uzaqlaşmaq üçün onu az­­dır­mağa qərar versələr də uca dağ döşünə aparılan bu canlı yenidən şəhərə, 6 mər­­təbəli binanın önünə qayıdır. İt hürür, əski məişətdəki karvanlara, qaranlığa, hə­­nirtiyə, həyət-bacaya soxulacaq dəvətsiz qonaqlara deyil, açıq-aşkar günün-gü­n­orta çağı belə öz vicdansızlıqları, alıb-aldatmaları, əxlaqsızlıqları ilə ətrafı mur­­darlayanlara qarşı çıxır.

Cəmiyyət üçün narahatlıq keçirən adi, saf insanlardan fərqli olaraq, canlı-it öz hikkə və üsyanını Aya-göy üzünə ulaması ilə bildirir. İtin Aya üz tutub ula­ma­sı da mifoloji kontekstdə simvollaşdırılmışdır. Sibir-şaman mifologiyasında Ay dünyanın gecə qaranlıq yarısı ilə əlaqələndirilir, ayrıca Çukca miflərində isə in­­sanlara bədbəxlik gətirən məxluq Seles-Ayla bağlanır (5).

İnsan ölümü, ruhun dəyişməsi ilə bağlı miflərdə də Ayın əsatiri – rəmzi mə­­nalarına rast gəlinir. Belə ki, bu mifoloji görüşlərdə insan ruhu, ayrıca ölən in­­san, heyvan gözlərinin Ayda yerləşməsi ilə bağlı faktlar diqqət mərkəzindədir. Ölü­­m­dən sonrakı həyatda ruhun yerləşdiyi Aydan kosmosun izlənilməsi mi­fo­lo­ji motivi sonralar şifahi və yazılı ədəbiyyatda poetik cilalanma nəticəsində şa­hid­lik, çağırış və s. mənalarda simvollaşdırılmışdır (Klassik nəsrdə Ə.Haq­verdiyevin “Ayın şahidliyi” hekayəsi bu xüsusda daha maraqlıdır).

Binada, simvolik mənada bu mikrocəmiyyətdə baş verənlər – Dəmirin iki­üz­lü­lüyü, İskəndərin Nazlının bədəninə sarıdğı pulların istisini, Məleykənin evinə gəlib-gedən bazar alverçilərinin əxlaqsızlığını gördükcə və hər dəfə bu insanlar tə­­rəfindən təhqir olunub, qovulduqca it göy üzünə - Aya üz tutub ulayır. Ay mi­fik müəyyənliyində şahidlik kimi itin çatdırmaq istədiyi səsə çevrilir. Ro­man­da di­­gər obrazların da itin ulamasından həyəcanlanması bu inamın ma­hiy­yə­ti­nə bağ­­lıdır. “...Beləcə, qorxu iti təzədən əzməkdəydi, ona görə də ağzını düz bi­­na­nın üstündə dayanmış Aya tutub uzun-uzadı uladı, bir məhəllə o yanda Umbikə ar­­vad itin səsinə yuxudan oyanıb qalxıb yerinin içində oturdu, əlini üzünə çəkib: – Nə xətasıdı, Allah –, dedi, – yenə axtarır bizi?! O it boşuna ula­mır, nə nifrindi yağ­­dırır üstümüzə, iraq elə bizdən”(4, 460).

İnama çevrilən mifologiya bu gün rudiment, obraz, simvol şəklində qalan ar­­­­xaik qalıqları ilə mövcuddur. Təhlil olunan “Səs” romanında da obrazların sə­ciy­­­yələndirilməsində ön plana keçən mifoloji inam bu insanların böyük ək­sə­riy­yə­­ti üçün tanış, doğma, bu və ya digər dərəcədə mahiyyətinə varılan mənəvi ta­pın­­tı sistemidir.

İtin ulaması Tanrıya üz tutma, çağırış motivini ifadə etməklə daha fərqli tu­tu­mda Hacının peşmanlığı, “ölə bilməmək” xofuna bağlanır. Vaxtilə atasının üzü­­nə durub onun ölümünə bais olan Hacı da “elə ulaya-ulaya qalacağam dün­ya­da” – təəssüfü, qorxusuyla vicdan əzabı çəkir. Hər iki çağırış səslənmə kimi xaosa ünvanlanır. İlkinlik, qeyri-müəyyənlik, aliliyin qarşısında bu səs həm də inam, ümid, sitayiş motividir.

Romanın sonuncu fəslində bu motiv daha da konkretləşərək mifik si­ta­yi­şin ritualı-dua şəklində ön plana keçir. Olanlar, yaşananlar, haram əməllər, “yer əkib, toxum səpilən kimi günah əkilən yer üzü” Tanrıya qarşı duadadır. Dünyanı ta­­nıyandan yaşamaq, mübarizə aparmaq üçün insanın tapındığı qüvvələrə səs­lə­yi­şi – dualar bu günün insanını təfəkküründə eyni inanc, ümid yeridir. Yazıçı bu ro­­manda “səs”in ritminin pozulması – simvolik yöndə cəmiyyətin, insanların ha­lal­­lıqdan uzaqlaşması, sonda yenə də əski inam və sitayiş – dua etməklə pis­lik­lər­­dən arınma, yaradanın mərhəmətini qazanmasını bədii yolla yaradıcı şəkildə əks etdirir.

Mif – folklor ənənələrinin nəsrdə zənginliyi göründüyü kimi, bir sıra mo­del­­lərlə xarakterizə olunur. Mifoloji motiv, obraz, simvol və s. yaradıcı bəh­rə­lən­­mə nəsrin kompozisiya quruluşu, poetik xüsusiyyətləri, ümumilikdə struk­tu­ru­­na öz təsirini göstərmişdir. Bütöv mif folklor motivlərinin nəsrə gətirilməsi, bu mövzuların yazılı ədəbiyyatın kontekstində işlədilməsi, sistemləşdirilməsi nis­­­bətən məhduddur. Ayrıca obraz, simvol, rituallar şəklində mifoloji gös­tə­ri­ci­lər­­­lə zənginliyi baxımından isə istər klassik, istərsə də müasir nəsr geniş, çeşidli mi­­­foloji informasiyanı özündə cəmləməkdədir.

Bu baxımdan, 70-80-ci illərdən başlayaraq Azərbaycan nəsrinin mü­əy­yən­li­­yi onun poetik-mifoloji qatının mükəmməlliyinə bağlanır. Yeni epik ənənədə mi­foloji motiv, obrazlara, mifik-simvolik elementlərə geniş yer verilməsi canlı, hə­yati obraz yaratma, milli özünəqayıdışın nəsrdə möhkəmləndirmə prinsipi ola­raq diqqəti cəlb edir.
İşin elmi nəticəsi: Epik ənənədə milli-etnik xüsusiyyətlərin mövcud arxaik, ritual-mifoloji modellərlə əks olunması mexanizminin müəyyənləşməsi.

İşin elmi yeniliyi: Epik əsərin ideya-bədii təhlilinin genepoetik sistem əsasinda aparılması.

İşin tətbiqi əhəmiyyəti: Məqalənin elmi yeniliklərindən Azərbaycan nəs­ri, ayrıca poetikası, yazılı ədəbiyyatın folklor-mifoloji qatının araşdırılması ilə bağ­lı aparılan tədqiqatlarda istifadə oluna bilər.
Ədəbiyyat

1. C.Məmmədov. Sənətkar gözü, nəsrin sözü. Bakı, Yazıcı, 1990

2. T.Salamoğlu. Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri. Bakı, Səda, 2012

3. T.Salamoğlu. Müasir Azərbaycan romanı-janr təkamülü. Bakı, Nafta-Press, 2007

4. M.Süleymanlı. Üç roman. Azərnəşriyyat, 2004

5. Грачева. Г.Н. Человек, смерть и земля мёртвых у нганасан. Природа и человек в религиозных представлениях народов Сибири и Севера. Ленинград Наука, 1976

6. Лейтс Н.С. Роман как художественная система. Перм: ПГУ, 1985

7. Мифы народов мира. Энциклопедия, Т.М. Советский Энциклопедия, 1988

8. Храпченко М.Б. Художественное творчество, действительность, человек. Москва: Советский писатель, 1978

Elmira MƏMMƏDOVA-KEKEÇ

Filologiya üzrə fəlsəfə doktoru,

AMEA Folklor İnstitutu, Xəzər Universiteti

mamedovaelmira4@gmail.com
ÇAĞDAŞ VÜCUDNAMƏLƏRİN FORMA VƏ MƏZMUN ÖZƏLLİKLƏRİ

XÜLASƏ

Modern vücudnamələrlə bağlı bu məqaləmizdə son dövrlərdə topladığımız müəl­lifi məlum olmayan nümunələr və çağdaş şairlərin ən yeni bu cür poeziya ör­nək­ləri üzərində təhlil aparacağıq. Həmin nümunələr Azərbaycan və türk dil­lə­rin­də­dir. Bu şeirlərin çoxu sərbəst vəzndədir. Nəsr formasında olan nümunələr də diq­qə­ti cəlb edir. Bu vücudnamələrdə insanın yaş mərhələləri daha çox günlük sosial, mə­nəvi problemlərin fonunda təsvir edilir. Atatürkün ömür yoluna həsr olunan, yeni do­ğulmuş qızı ilə bir atanın ömür yoluna həsr edilən və hələ ana bətnində olan bir qız uşağının həyatı kimi məsələlərə bu vücudnamələrdə yer verilir.



Açar sözlər: vücudnamə, modern, Azərbaycan aşıqları, Türkiyə
CONTEMPORARY VUCUDNAME’S (WHICH DESCRIBETHE LIFE

OF THE CHARACTERS FROM BIRTH TO DEATH) FORM

AND CONTENT FEATURES

SUMMARY

In this article the examples which author are unknown and col­lec­ted recently by us about modern vucudname and contemporary poets’ the lastest examp­­­les of this kind of poetry we will conduct analyze. These examples are in Azer­­­baijan and Turkish languages. Many of the poems are in free rhythm. Examp­­les of prose form are in the attention. In these vucudname stages of a per­son’s age is depicted in the background of daily social and spiritual problems. The vu­­cud­name which describe Ataturk’s life, the way of life of a father and his new­born daughter and the life of a little girl who is still in the womb.



Key word: age poetry, modern, Azerbaijani ashug, Turkey
ОСОБЕННОСТИ ФОРМЫ И СОДЕРЖАНИЯ СОВРЕМЕННЫХ ВУДЖУДНАМЕ

РЕЗЮМЕ

В данной статье о современных вуджуднаме анализируются собранные нами за последнее время образцы, авторы которых неизвестны, а также произведения современных поэтов. Эти произведения написаны на азер­бай­джанском и турецком языках, большинство из них созданы в форме сво­бодного стиха. Внимание привлекают также образцы прозы. В данных вуд­жуднаме возрастные этапы человека выражены, в основном, на фоне ежед­невных социальных и нравственных проблем. Рассмотрены вуджуднаме, посвященные жизненному пути Ататюрка, жизни отца и только родив­шейся дочери, а также находящейся еще в чреве матери дочери.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin