Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,19 Mb.
səhifə13/14
tarix21.05.2018
ölçüsü1,19 Mb.
#51111
1   ...   6   7   8   9   10   11   12   13   14

III mətn

Sovet höküməti qurulanda bütün kətdəri, irayonnarı gəzermişdər. De­yil­lər, filan yerdə ojax var. Orya adam qoymax lazımdı, yığılan pul devlətə mə­da­xil olmalıdı. Deer, bizi orya aparın. Aparellar, Aldədəyə. Deyer, biz belə şeyə inanan adam döölüh. Biz hökümət adamıyıx. Nə eliyək ki, bunun bir möcüzəsin görəh, inanax. Burya adam qoyax, yığılan pulu devlətə mədaxil eliyəh. Fida ol­duğum özü ölmüyüpbüş, orda oturormuş bu hadisədə. Özü irəli duror, bulara de­yer, baş üsdə. Nə möcüzə deyersiz, eliyim. Əmr verif, qırx metrə quyu qa­z­dı­rıl­lar. Traxdır bir yannan, insan bir yannan. Bir maşın da quru odun gətirer, dol­du­rollar içinə. Bir kanisdir də səlyarka tököllər başınnan. Bir paşqadan beş-altı piş­qayı yandırellar, təpəsinnən tulluyullar. Alışır. Yaloy fələyə qalxer. Camahat geri çəkiler – bir kilometrdən artığa. Kişiyin də qucağına bir quzu verellər. O yaloy uxarı qalxanda kişiyi qaldırer, gurpadan ooun içinə tulleylər. Yeddi arxa dolananım onun oğlannarına da, özünə də fida olsun, torpağına da fida olsun. Camahat geri qaçer. Bu odun yaner, qutarer, köz olor qıfqırmızı. Onnan sora kişi özü piçağınnan əyax yeri qayırer. Çıxer. Camahat da geridə duror, hələ xavarı yoxdu heş nədən. Quzu qucağında qıfqırmızı elə pişif. Sakqalınnan da uzun-uz­un kırışadan qış olanda buz sallner ha, sırsıralar, helə tökülör. Hər yerində buz donufdu – bədənində. Buzdan tərpənəmmer. Camahat bir də örör kişi çıxdı. Yüyröşöllər hammı: yerri camahat nədi, gələnnər nədi. Gələndə öröllər kişinin qucağında quzu qıfqırmızı qızarıf. Deer, bir gətirin onu, isdolun üsdə qoon, yi­yəh. Kişinin buzun arıtdadellər. Camahat da deer, incitmiyin kişiyi. Onun buz­darın salxım-salxım qoparder, yığellər. Onnan sora orya adam qoydu hökümət. İndi erməninin əlindədi. Aparıf qurbanımızı kəsə bilmerih. Bəridə körpü var, Sultan körpüsü deerih. Hidayət anası ölmüş, keçən il apardı, körpünün üsdəjə kəsdi. Aparanın hamısı orda kəser. Körpüdə kəsmiyəndə, ermənilər o dəyqə gül­ləliyir.


MURĞUZ OCAĞI

Murğuzda var, Azərbaycan ojağı. Mənim atam Murğuz ojağına yeddi qurvan aparıf. İkisini özümün böyüh qardaşım olanda aparıf, yəni niyət eliyif aparıf. Mən gözümnən gördüyüm möcüzəni danışım. Mən ona kimi Murğuzu da görməmişdim. Getdih Başkəndin əyağına – Murğuzun ətəyinə. Başkətdən çı­xan­nan sora bizim binələr Murğuzun ətəyində dayanerdı o vaxt. Murğuzun o üzü də Çənbərəkdi dana. Çənbərəkdən keşdih. Murğuzun ətəyində Xatınnı binələrinə iras gəldih. Xatınnı binələrinnən qağam at götüdü. Beş-altı at yühləndi. Erkəh də tüşdü bu atın dalına. Gethaget, bir günün günortasınatan, gün əyilənətən yol get­dih – dağın başına. Bax, bir belə daşdı, daşın üzünnən elə bil yağ damer. Onun ətəyi bulaxdı. Bulağın dörd tərəfi daş olmuş qoyun-quzudu. Keçi də daşdı, it də daşdı, çovanın köynəyi orda daşdı, çomağı burda daşdı. Kişinin özü də daşdı. Mən qağama sual verdim, ağsakqallara – binədən qoşulannara ki, bu nə mö­cü­zə­di. Deer ki, bu gördüyün çovanın sürüsü, həm özü burda susuzdan batermiş. Bu çovan qanına bələmmiş də köynəyi isdidən soyunuf. Hərrəner, fırraner, axdarer su yoxdu. Deer, fida olum səə, məəm özümün də, bu dilsiz-ağızsız heyvannarın da susunnan dili ağzında bater, yaner. Bax bu sürünün içinnən bir erkəh kə­sey­jəm. Möcüzəni gösdər, burdan bir bulax çıxsın. Ya Rəbbim, ya Allahım! Daşın divinnən – o ki çovanın daş olduğu yerdən, bax çovancığaz daşın üsdəjə çöm­bə­lif oturuf, su da gejə-günüz pık-pık pıkqıldıyır orda. Su qaynıyır. İt də içer, qo­yun-keçi də. Çovan da yuyunur, sağ olmasın çovanı. Oturor, başdıyer bu köy­nə­yindəki pitdəri qırmağa. Hə, əvvəlcə deyer, bir ağ qoç, bir qara qoç burda qur­van kəsəjəm. Bu – tikə-tikə olmuş, bir ağ pit taper, bir qara pit. Köynəhdən çı­xer, doludu. Çovan adam, dağın başında. Bulları öldürəndə deer, biri ağ qoçdu, biri qara qoç. Fida olum, Allah, saa! Sürü də daşdı, özü də daşdı, iti də. Bu, mö­cüzədi. Sürü də eləsi var, baş-başadı, eləsi var, ayrı-ayrıdı. Hamısı daşdı. Heç ol­masa, beş yüz heyvan daş oluf. Biz heyvanı kəsənnən sora orya – həmin ojağa ermənilər gəldi. Ermənilər töyux-cücə, xoruz-beçə gətdi. Xoruzu kəsdilər. Mən dedim, bə bu nə olan şeydi? Bu, bizim ojaxdı. Dedilər, bu el ojağıdı. Fida ol­du­ğumun tərəfinnən suyu erməni də içer, müsəlman da. Ordan biz tüşdüh aşağı. İnan, Murğuz dağının düz başındadı ojax. Biz altıda – ala toranda yola çıxdıx. İkinin yarsında çatdıx ojağa. Aşağı Çənbərəyə tüşəndə, binədən aralı gördüh dolu yer-yurdu dağıdıf. Ağacı da aparıf, şiferi də qırıf, ama Murğuzun başına yağmamışdı. Möcüzəydi.


RƏVAYƏTLƏR

Cəza

Biri ziyaratgaha geder, orda ziyarat eliyif dolanannan soora bir qav su dolduror – ziyarat suyu. Götürör gətiməyə. Yolda bir nəfər munnan qavaxlaşer. Deer ki, o ziyaratgah suyuunnan mana da ver. Bu verməy isdəmer, tamahlaner. Yüz bahanə gətirer – azdırer. Suyu vermer, gətirer evə. Qavın ağırrığı eynicə ye­rindədi. Qav doludu, bu da bunun ağzın açmer. Öyə çatıf rahatdaner, qavın ağ­zın açanda görör ki, damcı da içində su yoxdu. Qav həmən ağırrıxdadı. Dilinnən isdədiyi adama o ziyarətgahın suyunnan vermədiyinə görə o yükü ona daşıtdırer Allah, ama qismət eləmer.


İki bəndə

Fida olduğumun yaratdığı iki məzlum bəndə olor. Biri ibadət eləmiş, ba­şını möhürə aparan, biri də meşədə hərrənən dəli. Cənab Cəbrayıl deer ki, ya Həzrət Abbas, bir söz soruşum, bunun hansı cənnətdihdi? Deer, çox güman ki, o kişinin başını möhür aparıf. Əyilif qalxmaxdan dizi də yiyilif. Deer, yox, səhf­siz. Deer, niyə? Deer, get, oların hərəkətinə fikir ver, gələndə maa deərsən. Ge­dir fida olduğum. İki dənə qızıl piyalada bu mööminin qabağına mələhlər tə­rə­finnən yeməh gətirilir. Xörəh gətirilif qoyulanda bu, ibadətdən qalxır. Xörəyin birini yiyir, yidiyi qabı o birsinin ağzına çöürür. Gələndə deer, gördünmü? Deer, gördüm. Deer, indi get o meşədə hərrənən dəlinin yanına. Mələhlər vidini də­yi­şer, gəler o oğlanın yanına. İki qabda yemək gəler. Bu halatda böyrünnən zü­lümnən bir insan gəler, sürünə-sürünə – odunçu. Deer, burdan gəl. Birini mən yeerəm, birini də sən ye, yazıxsan. Yeənnən sora bu başdıyır, piyalanı hissə-his­sə qırmağa. Belə tulluyur. Mələyin biri soruşur ki, niyə belə eliyersən? Deer, burdan keçənnərin əksəryəti kasıflardı. Qoy gələndə oların hərəsinə bəlkə bu qabdan qismət ola, kasıflığın daşın ata. Mələh qayıdır gəler. Deer ki, siz deyin, ya mələhlər, bunun cənnətdih hasıdı? Əlbətdə, meşədəki. O birisi də cə­hən­nəm­də kürənin qırağındadı yeri.


İNANCLAR
Bir də görörsən, biri deer, soğan əhmerəm. Maa tüşmöör.

Köhnə atın nalını dala çöörüf, asellar onu. Yəni munnan hər şey dala qa­yıtsın.

Dağdağanı qola bağlıyıllar. Dağdağanda müsbət enerji var. İşdi, göz ye­tirən olsa, dağdağan onu əks eliyer.

Mən çox qoyun kəsmişəm. Onun döşündə ximirçəh olor, onu kəser tul­lo­yurux. Ödü kəser, tulloyullar.

Keşmişdə fırıldax adamlar da çox oluf. İslam dininnən də isdifadə edif­lər. Qoyunda kürəyi soyordular, çıxarderdılar. Çapacağın burnunnan vuror, qı­rerdılar. O qırılmamışdan qavax götürördülər ki, fala baxeyjam. Ona görə də qəssaf kürəyi çıxardanda çapacaxnan qırer. Deer, munnan əməl eləməsinnər.

Qoyunda – baş-əyaxda, çənənin dalında bir şey olor. Haçalı olanda deer­dilər, qız oajax. Pramoy olanda deerdilər, oğlan.

Deellər, gejə vaxdı qoz ağacının altda yatmazdar. Cin vurar. Altında ya­tan adam dəli olar da.

Mənim qaynatamın dədəsigil atdanellar, yığılellar Kalvayıya gedellər. Yaxşı qızıl, pul götüröllər, yuannıx götüröllər yaxşı atdarnan. Geder, Maşadı Necəfə çatanda kişi xəsdələner – mənim qaynatamın atası. Deer, mən ölüjəm burda. Məni elə bu Kalvayı Necəfdə basdır. Atımı sat, qızılım da budu ha. Bu camahata ehsan ver. Kişiyi basdırellər, ehsan verellər, üş gün də qalellər, ge­del­lər Kalvayıya. Hərrəner, gəlellər. Zavvar gəler qavaxca – xavar verməyə, muş­duluxlamağa yiyələrini. Biri deer, hamı gəler, Kalvayı – kişinin elə uşaxlıxdan adı Kalvayıymış, yolda öldü. Dəəndə mənim qaynatamın bajısı Şamba arvad va­rıdı, o deerdi, Allah, Kalvayısın isdəmerih, özciyəzi gəleydi.



Uşaxlıxdan Kalvayı deerdilər, orda da öldü.
ETNOQRAFİK MƏTNLƏR

Yer-yurd adları və nəsillər

I mətn

Mənim atamgilin özü bura Marnauldan – Borçalıdan gəlifdi. Ordan gə­lən bavamən adı Asdan oluf. Asdannan da Avdı törüyüf, Avdıdan da Qasım tö­rüyüf, Qasımnan da Məsdan, Allahverdi törüyüf. Dərdin alem sənin, Rusdam tö­rüyüf, Alı törüyüf, daa uje artıf dana. Orda bavam – Asdan kişi qnyazı öldürüf. O, qnyazı öldürənnən sora görüf ki, taa burda yaşamağa qoymujaxlar dana. Or­dan sürüsünü çəkif Ceyrançölünnən gəlif. Bozalğannı Kürün qırağında olormuş. Birinci dəfə orya gəliflər. Onnan sorasına ora da xoşuna əlmiyif, bu kənt də ye­nicə qurulormuş. Gəlif burya. Qaldı bu kəndin quruluşu da, bəylərə qullux elə­miyiflər, gediflər, bu Ağdam yolunda sözdəri çəpdəşif. Deyif, a belə fılan, niyə mənim qadınım sana qulluğ eləsin, özüm də sənin malına qulluğ eliyim. Burda dalaşıflar, diddəşiflər. Təzdənnən indi buları köçə qoymadılar. Bular da ağzını tutuf gəlif, bax bu Cırdaxanın altda məsgən salıfdı. Olar dağdan gələndə tökülüf buları qualiyiflar kı, çıxın bizim torpaxdan. Bizim bavamız da ordan pryamoy burya əlif. Beş qardaş Məsdannan oluf, ikisi də Allahverdidən oluf. Buların heş birinin bajısı olmuyuf. Buların qabağına çöp salan olmuyuf. Çünkü bular birdən-birə qalxıf haa. Bir evdən yeddi oğul qalxmax nə deməhdi? O vaxdı çomax da­vasıydı, tüfəh davasıydı. Bu kətdə bir tiriyə Fərzallar deyillər, bir tiriyə Məs­dan­nı deyillər, bir tiriyə Qasımlı deyillər, onnan sorasına bax birinə Nöyütdü deyil­lər. Nöyütdü Zəyəm Cırdaxannan gəlif. Cırdaxandadı yarsı, yarsı da burdadı. Mənim atam tacir oluf, molla oluf. Atam mollalığı Molla Əhməd varıydı burda, ooun atası Mehralı kişiydi. Mehralı kişi, deməli, anası irəhmətə eder, uşax qa­lıf­dı ortada. Bunu isdiyiflər ki, öldürsünnər dana. 20-30 öy varıydı onda. Bunu da götürüf deyiflər, əə, Tamam arvadın döşündə uşax var. Atam da onun əlin­dey­miş. Aparax görək saxlıyar saxlasın, saxlamaz aparax basırax getsin. Elə deənda arvad qucaxlıyıf görüm yuaş-yuaş içermi? Allah verivsə, oğuldu dana. Mehralı kişi də atamı buraxmıyıf haa! Sora da siğə yazdırıflar. Anabir süd qardaşdılar. Sora buların ikisini də ordan onun atalığı məytəvə qoyuf, burdan da bunun. Bunnan sorasına atamı bu kişi fağır hesav eliyirmiş dəə, cələf uşağimiş. Əə, Qara kişi, get sən bir atımızı alaxla, a Qara kişi, get atımızı təmizdə... Bu da ca­van oğlandı, sığışdırmer özünə. Özü söylədiklərini deyirəm haa, canın üçü (üzü­nü mənə tutur – top.). Bir gərməşoy ağacını hamarrıyır düzəlder, gizdəder. Öyə edən kimi gənə buna deyillər, dur get ata bax gəl. Deyir, Əhməd, gə məni itdən qurtar, gə məni itdan qutar... düz ağacın yanına aparer. Ağacın yanına apa­ran­nan sora əlin uzader ağaca, döyüf öldürör orya tulluyur. Onnan sora deyir, atam ölə, anam ölə, isteyersən nə olor olsun, mən o kişinin yanına məytəvə getmərəm. Mehralı kişi də ordan getmer. Deyer, Qara getmersə, mən də getmerəm. Burdan buların ikisini də götüröllər Hajı kişi varıymış, aperer ona təəfil verellər. Təəfil verənnən sorasına buların iksi də bu kişinin evində oxuyollar. Gəncədə də baş­darı sarıner, onnan gəlellər. Gələnnən sora da Mehralı kişi də Hajının qızını aler.
II mətn

Bavam Hasanalı, onnan qavaxkı bavam Nəcəfalı. Patavalılar nəs­lin­nə­nəm. Keşmişdə kişilər bizim kimi balağı açığ gəzmerdilər, irmi santı enniliyində yer xanasında arvatdar toxuyordu, göy xanasında da toxuyordular. Onu ço­van­nar qıça­sına bağlıyerdı, qoluna bağlıyerdı ki, kəlin aparmasın, yooşan aparmasın qılça­larının paltarını. Bax ona patava deerdilər. Biz indi, vayennidə də olur, do­lax deerih.


III mətn

Bizim kətdə ziyarat Məmmədalı bəy varıdı. Onu elə bilirdilər ki, imam­dı. Onun əsil kökü Yekəallardanıdı – Ağdam kəndinnən. Buranın Ağdam kən­dindəkilər Ağdam irayonunun Seyitdər kəndinnən gəliflər bura. Burda nə Ağ­dam varıdı, nə də seyit. Bütün Xatınnı camaatı ona hörmətnən yanaşerdı. Sora Meyti ağa varıydı. Sora Cahan xanım varıydı – Məmmədalı bəyin yoldaşıydı. Camahatımız ona hörmətnən yanaşırdı. Olların bir axundu varıydı.


IV mətn

Ora elə bir yerdi, qar bərk olanda qoyun ot tapbağa yer yoxdu. Orda həm qoyun çox oluf, həm də adam öldürüflər. Ona görə ora Qannı Qovu deellər.



Boşanax deerih, Ceyran çölünnən bəri, Kürün uxarsına qalxanda – boş torpaxdı, əyağı düzdü, geder düz Ağ yala çıxer.

Çovan dağı var.

Gödəh qaş var. Gəler, qaş gödəhdi, kəsiler.

Gürcüsdannan bizim aramızda Qanqrı deyilən yer var. Öz-özünə arxası üsdündə qalxıf. Dalı çaydı. Qavağı elədi ki, orya heç çıxılası döy. Qanrılma sö­zünnəndi.



Ayrım – keşmişdə dağ-aran əlaqəsi yoxuydu, maşın yoxuydu. Uzun müd­dət əlaqəsi olmordu. Olların biznən əlaqəsi olmadığına görə olara ayrım deer­di­lər. Bəzən də olara ay urum deerdilər. Güya Urumnan gəliflər. Ayrım ona körə deerdilər ki, dağ yerində yaşıyan adam çox kobud olordu.

Azaflı – Əzaflı sözünnəndi – kəndin adı. O vaxdı millət azıydı, ağrın alem, elə əzafnan, zulumnan yaşıyerdı. Azaflıdakılar gəlmədi. Elə bu kətdərin hamısında bir tirə gəlif yaşıyıf, artıf. O vaxdı Kürün qıraanda çox yaşıyerdılar.

Aşağı Ayıflı kəndi deerih, Eyyufludu.

Bozalqanlı al qırmızı deməhdi. Boz türkün bozlar tayfasınnandı, yəni bozlar qırmızı qannıdılar.

Soora Qırıxlı kəndi var. Kürün qıraanda yaşıyıllar. Qırıxlı dööl, Qıraxlıdı – Kürün qırağında yaşamağa örə deeflər.



Qovlyar – Bakıda Qobusdan varmı? O hardan meydana gəlif? Bax bu Qovlyarın üç yanında dərə var. Dərənin əyağı gəler düzə çıxer. Dərənin əyağı düzə çıxanda ona qovu deellər. Bizdə var: Gen Qovu, Torpax Qala deellər, orda Sümühlü Qovu, Qasım Qovusu. Quşcunun o tayında var: Quru Qovu. İndi qo­vu­lular oluf Qovlyar.

Xatınlı kəndi – O camahat davakür, xatalı oluflar. Savet dööründə qo­yuflar Xatınnı.
ÇİLLƏ ÇIXARMAQ

Niyət eliyirsən ki, ay Allah, uand gətisin işdərim, çillə çıxardeyjəm. Çillə çıxardan da savağatan yatmer. Qohumu, qonşunu çağıreyjax, dan yeri söküləndə də soyux suda çimeyjəh. Bu çillə gejəsidi. Kəhrizdə gəldi çimdi anam yazıx. Oğlu olmağa çilə demişdi. Yoxsa helə-belə çilə çıxartmersən.

Balinsədən ki gətidilərmi, körpəni, ananı, ilənməsin deə su tökörsən yu­murtaan üsdünə qoyursan qapının qavağına. Onnan sora kim gəler, gəlsin. İrəhli paltar gəter, qələm geter. Əmbə qəsnən kimsə əyağını yerə döə-döə şey gətirersə o uşağın üsdünə, apareram hökmnən, o uşağın başına bir iş gəlsin, getməlidi o uşağ. Onu çox sınaxdan çıxardıflar. Əmbə qəsnən gəlmersə, qapının qavağına zəncir qoyulufsa, kim gəlersə, tükü də inciyən döy.
BƏDNƏZƏR

Bu stadionun yuxarısında bir Mansır kişi varıydı, Əlinin dədəsi. Göz­ü­də­yən Mansır deerdilər. Mən uşağıydım, qağamnan oduna edirdim, qaz ha yo­xuy­du. Stadyon da vapşe yoxuydu, aradan çıxerdıx Əsriyə getməy üçün. Stadyonun baravarında Mansır kişiynən qardaşım qarşılaşdı. Qağam dedi ki, öymüz yıxıldı. Nəysə, bu kişiynən qorxa-qorxa etdi. Qağam məni haravanın yanında qoydu get­di. Meşədən odun yığdı, qayıtdı gəldi. Qağam atnan getdi, odunu yühlədi, bir-bir aşağı töhdü. Gətdih haravıyı yühlədi qağam. Əsriyin başında at yolu beləjə get­diyi yerdə yolu qoydu düz qayanın təpəsinə çıxdı. Mən də haravanın üsdəyəm. Qağam da haravanın qolunun üsdədi. Böyür qayadı. Hamımız batasıyıx. Qağam dedi, tərpəmmə. Görəh ötüşörühmü? Beləjə, gözü göy, tişi seyrəh adamlarda nəfs, nəfəs bəd olor. Onun qarğışı tez həyata keçer. Qayanın başınnan at nə fa­son çıxmışdısa, o fason da dal təkərnən sürünçə-sürünçə əldih çıxdıx.


TİLSİM DUALARI

I mətn

Cijimin atası ölör. Nənəmi bir kişi aler. Munun üç oğlu oluf. Mən də məytəvə geder, gəlerəm. Kişi molloydu – bavam. Deer, ay Feyzə, Zəhrəyi sax­lı­yıf yekələndirəjih, Avdıləliyə aleyjiyıx.

Bir dəfə oynadığım yerdə gördüm oğlan geder, cijim muna “qardaş” de­yer. Məni çağırdı. Dedi, get yaxca paltarını gey, burya gəl. Gedəh şiklimizi çəh­dirəh. Getdih. Orda əyağımın altda isdol qoydular.

Öydə də söz olanda cijim dedi, ədə, dəymə! Nenijəhsiniz? Uşaxdı, gəliv aparıf, çəhdirif.

İslam əmimin yekə zontiki vardı, qara. Yuxuda örördüm, duroram ki, bu bööh arxın qırağınnan anrı edəm. Gedəndə bu zontiki aşağa çəkerdilər, qa­ran­nıxda qalerdim. Heç yana çıxammerdim. Yuxumda ağlıyerdim. Qoymurdular adam çaarmağa məni. Bir belə, beş belə... Bir gün dedim, ay ana, mana bir zon­tik sazdıyıflar. Gözümə yuxu edən kimi, o zontiki çəkellər, qarannığın içində qa­lerəm. Mən bilmerəm, niyə belə oloram? Qağam Mənsur da su gətirerdi. Kişiyə yol-yuannıx qayırer. Deer, munu aparıf kişiyə verərsən, bir Zəhraya baxar. Gəler kişinin yol-yuannığını kalxoz idarəsinə verer, öyə əler. Deer, a Mürsəl qağa, bax Zəhra belə yater, belə günə tüşör. Munnan bizi bir agah elə, görəh, bu niyə belə olor? Kişi gülör, deer, elə o vaxdan o şikili tilisimə salmışam, Zəhra tilisimdədi, qıfıldadı. Çəmədanını gətirder, aşer, içinnən qıfılı çıxarder, balaca qıfıldı. Əl­lə­rim qurusun, deer, o vaxdan ki munu qıfıla salmışam, göröm, Avdıləli gəlermi? Hardadı, ə, Avdıləli? Soruşanda deer, a Mürsəl qaa, dərdin alem, aman günüdü, qız dəli olar. Qızı açginən. Qıfılı belə açer, deer, al civinə qoy, Kürdən keçəndə suya tulla. Dua da yazer. Deer, da arxeyin ol, qızı açdım. İndi gör, elçilərin qa­baanda dura bileyjsəmmi? Qız tilisimnən çıxdı. Yoxsa qız ölənətən tilisimdə qa­lajıydı. Yaxşı ki o vəyağıyı görüf.
II mətn

Geder, molluya söylöyüllər ki, a kişi, bax bu gəlin belə qaçer, durmor. Deer, o gəlinə bir dua yazeyjam ki! Elə eliyjəm ki, əynindəki paltarı da soyunuv anahüryən öyə ələjəh. Qorxmuyun! Bir də öröllər ki, Allahsız, gəlin təmiz so­yundu, öyə əlir. Ağız, niyə belə oldun? Ordan qopan ərinin öyünə əlir. Orda pal­tarınnan geyiner, deer, mən da qaçmıyjam.

Gəlini helə tilisimnən çıxardellar.
TOY ADƏTLƏRİ

I mətn

Bir adam uşaanı öyləndirəndə elçi gedərdi. Ordan “hə” sözünü alardı. “Hə”sini alannan sora orya bir heyvan göndərərdi, beş adamnan. Anrıdan, bə­ri­dən göndərərdi. Onnan sorasına toylarımız yaxşı şən keçərdi. Bavam Mədətə Allah rəhmət eləsin, onun zurnasını Azərbaycanda çalan görməmişəm hələ. Bu nəmət haqqı (əlini qəndə uzadır – top.), Albəyimin yerinin yanında mal ota­rer­dıx, uşağ idik. Keçəl Vəli varıydı Cırdaxanda. Deməli, yağışdı gündə heyvanı orya gətimişdi, bizim yanımıza. Zurnaan səsinə hardan-harya oynuyardıx.

Toyda dirədöymə oyunu da oynanerdı. Dirədöymədə də kəndir idi, çatı. Oon ujun düyünnüyürdün. Sora da on iki adam bir tərəfdə, on iki adam da bir tə­rəfdə. Çatı da on ikisinə olordu, on ikisinə olmordu. Olar diziin üsdə durordu. Bu burdan gəlerdi, bu biri burdan. O direyi hası götürsə, işdi onu təpihnən təpə bildi, döyülmüjəh. Yox, təpəmmədi, götüdü qaşdısa, qayıdıf onu döyməyə ix­di­yarı var. Olların hamısın döyjəhlər. Taadım onu təpənə qədər.

Toyun günü özünnən asılıydı, bir də gördün dört gün. O biri kətdərdə gündə bir tireyi çağırerdılar. Bizim kətdə yox. Parçapiçini olordu. Qadınnar gə­lerdi. Hərə də pay gətirerdi. Savaxsı gün yuxa salannar gəlerdi. Yuxa pulu ve­rer­dilər. Aşığın, zurnaçıın pulun verer, onnan da bəri keçillərdi. Bir dəfə Aşığ Əsə­di burda oxutdular, Sultan Mahmutduda – qız öyündə. Beləcə siniyi hərrerdilər. Kimisi qəzet qoydu, kimisi kağız. Axırda baxdılıar, pul yoxdu, hamısı kağız-ku­ğuzdu. Aşığ Əsət kirimişcə getdi. Tafdıx kişi getdi, Qaraxannıdan Əhbəri, bir də Aşıx Rzıyı gətidi, Əlimərdannıdan. Ollar gəldi, qəşəh toy çaldı. Pul başdan tö­küldü.


II mətn

O vaxdı toylarda nə əzerdi, belə çalğı alətdəri? Yoxuydu. Aşıx olardı, bir də sazı. Zurnaçı da, balaman da bizdə Kürdəmirdən bəri yayıldı. Sora Şirvan aşıxlarınnan yayıldı. Bizim camahat köçəri formasında yaşıyıf burda. May ayın­da yaylaxda oluflar – Gözəldərədə. Toyu da yaylaxda eliyiflər. Varrı adamlar yeddi gün toy eliyif. Zurnaçı da çalerdi döşdə, dəyələrin qavaanda. Orda oy­nu­yan, gülən. O vaxdı nəsil nəsili axdarerdi. Fılan nəsildəndi, fılankəsin evladıdı. Onu təyin eliyənnən soora adam göndərerdilər üsdüörtülü, gessin. Onnarın nə­si­li, kökü bir-birinə uyğun gələndə adam gederdi. Deerdi, mən elçi gəlmişəm. Ollar da deerdilər, yaxşı örgənərik görəh, sən kimsən, oğlun kimdi. Uylaşarıxsa, razılaşarıx. Bəzən də görördün, bir yerə elçi gedəndə daş qoullarmış ora. Daşın üsdündə geder, oturordu. Deerdilər, elçi daşının üsdündə adam oturuf. Yəqin burya elçi gəlif adam. Mumu qoordular. Hər tirə özü üçün bir daş qourdu yay­laxda dəyənin kənarına. Bizim camahat sentiyabır ayınnan soora yaylaxdan gə­lerdi. Ceyran çölündə kolda olordular. Türk nəsilinnən qalma kimi qorxmaz, qo­çax. Heş gəsi yaxınına buraxmıyan bir nəsil iydi.


YAS ADƏTLƏRİ

I mətn

Ölü apranda baş tərəf getməlidi. Gedəndə də, yerə qoanda da yönü qiv­lə­yə qoyulmalıdı. Qıvla Məkgədi – Məkgə də cənufdadı. İnsan yatanda yönü qıv­laya yatmalıdı. Qavırsannıxda da qıvlıyı təyin eliyillər. Qavırsannığa edəndə qa­pıyı kim açıfsa, o da örtör. Ölü bir gejə öyündə qonax qalanda ömrün uzun ya­şa­mış hesav olunor. Yasda verilən yeməh ölü yerinə gələn adamlara hörmət üçün­dü. Onun ölüyə nə xeyri var, ölü quru ağaşdı.

Kətdə bir gündə iki ölü tüşüfsə, ikisi də bir gündə basdırılmer. Biri sa­vaxsı dəfn olunor. Ölünün 40-ı başqa yerrərdəki kimi torpağa qoyulannan yox, ölən günnən hesaflaner. Touzda indi-indi cənazə namazı qılıner. Qavaxlar qı­lım­merdi.


II mətn

Ölünün üsdünə salınan ipəyə güzgü, qayçı, ya piçax, pişqa qoyulor. Ölü yüyülən yerdə çıra yaner. Üş günətən paltarrarı, barxanası yüyülməlidi. Yü­yül­məsə, ölü narahat olor, yuxuya girer. Qırxına kimi paltarrar paylaner. Kişidisə, papağı öyün damına tulluyullar. Üş gün öy süpürməzdər.


SÖYLƏYİCİLƏR
Mahizər İsrafil qızı Məstanova, 1953-cü il təvəllüdlü, müəllim. Bozalqanlı kəndində doğulub, Abulbəyli kəndinə ərə gəlib.

Həsənova Qaratel Hümbət qızı, 1926-cı təvəllüdlü, təqaüdçü. Abulbəyli kəndinə Xatınlı kəndindən gəlib.

Əliyeva Həmayə Vəli qızı, 1946-cı il təvəllüdlü. Cırdaxan kəndində doğulub, Abulbəyli kəndinə ərə gəlib.

Məmmədova Zəhra Mansır qızı, 1931-ci il təvəllüdlü, orta təhsilli, təqaüdçü. Bozalqanlı kəndi.

Qasımov Nəsir Qara oğlu, 1930-cu il təvəllüdlü, orta təhsilli, təqaüdçü. Cəlilli kəndi.

Həsənov Əsgər Nəcəf oğlu, 1926-cı il təvəllüdlü, orta təhsillidir. İki illik arıçılıq oxumuşdur. Bozalqanlı kəndi.



Ümumtürk folklorundan örnəklər
Altay diyarı Qərbi Sibirin cənub-şərqində yerləşir. Altaylılarda belə bir tə­səv­vür mövcud olmuşdur ki, dünya iki allahın hökm etdiyi xeyir və şər qüvvələr tə­rə­fin­dən idarə olunur. Altaylılar elliklə dua etməyə çox böyük əhəmiyyət verir, səmaya, su­ya, dağlara, müqəddəs qayınağacına sitayiş edirdilər.

Altay folklorunda ən mühüm və geniş yayılmış janr qəhrəmanlıq dastan­larıdır. Das­­tan nağıl, bahadırlıq nağılları, qəhrəmanlıq nağılları, qəhrəmanlıq poemaları və s. kimi də adlandırılır. Hazırda xalq arasında bu ad “kay çörçök”, yəni “boğaz mahnıları ilə ifa olunan nağıl” termini ilə yaşadılır. İlkin dövrlərdə qəhrəmanlıq dastanları “ov das­tanları” kimi yayılmışdır.

Altay ovçuları arasında belə bir adət vardı: onlar ovqabağı və ov zamanı nağıl da­nışırdılar. Bunun üçün onlar özləri ilə xüsusi nağılçı götürürdülər. Hə­min nağılçı-söyləyici üçün ümumi qənimətdən pay ayrılırdı. Nağıl danışmaqda fövqəladə ba­ca­rı­ğa, eləcə də nağıl mətnlərindən ibarət ayrıca repertuara malik olan bu nağılçı-söy­lə­yi­cilər vəhşi heyvanlara, quşlara və onların hamisi olan ruh sahiblərinə müəyyən mə­na­da təsir edə bilirdilər. Ovçuluqla bağlı rəvayətlərdə, bir tərəfdən ruhların nağıl və das­tanlar dinləməyi sevdikləri və bunun müqabilində ovçuların uğurlu ova “icazə” al­dıq­ları, digər tərəfdən isə onların bu ifanı necə qəbul etdikləri və buna əsasən özlərini necə apar­dıq­ları söylənilir. Bununla belə, ruhları yalnız bəsirəti açıq olan nağılçılar görə bilirdilər. Belə söyləyiciyə “eelə kayçı”, yəni ruhlarla əlaqə qura bilən nağılçı de­yirdilər.

Altay qəhrəmanlıq dastanları “Altay Buçıy”, “Ain-Şain-Şiqşirqe”, “Altın Mize” və b. dastanlarla təmsil olunur. Burada N.Y.Nikiforovun toplayıcılığı Q.N. Potaninin şərhləri ilə 1915-ci ildə rus dilində nəşr olunmuş “Anos toplusu”ndan “Maaday Kara” dastanının tərcüməsini təqdim edirik.


Səkinə Qaybalıyeva

Fil.ü.f.d.
Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin