Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə25/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   21   22   23   24   25   26   27   28   ...   71
NAĞILLAR
Kərim (40)
Dərbənddə Kərim adlı bir kişi oluf. Kasıb oluf. Oturuf evində başlayıf dua eləməyə:

– Ya Allah, sənin də adın Kərim, mənim də adım Kərim. Niyə məni kasıf eləmisən. Bu otağın küncündə qalmışam, bir qəpik də pulum yoxdu. Bizim məmləkətin padşahının da adı Kərim­di. O da mənim adaşımdı. Axı Sən bütün göylərin, yerlə­rin hakimisən. Adaşın Kərim də bu məmləkətin padşahıdı. Nə olar məni də varlı eliyəsiniz.

Bu vaxt padşah dərviş paltarında şəhəri gəzirmiş. Birdən bir evdən səs eşidir:

– Ey Allah, sənin də adın Kərim, padşahın da adı Kərim, mənim də adım Kərim. Axı mən sizin adaşınızam. Siz özünüz bu dünyada kef elyirsiniz, məni isə kasıf yaratmısız.

Padşah həmin evi yadında saxlayır. Sabah açılır, üzünüzə xeyirri sabahlar açılsın. Padşah əmr edir ki, adamlarına filan yerdə bir kişi var, tez onu gedin gətirin. Padşahın adamları Kərimi tez saraya gətirirlər.

Padşah soruşur:

‒ A kişi, sən kimsən?

Kərim cavab verir:

‒ Padşah sağ olsun, sizin adaşınız.

Padşah o saat barmağını dişləyir. Bilir ki, bu, Kərimdi. Deyir:

‒ Adaş, nə qədər ki, mən bu dünyada varam, ye-iç, kef çək. Qoymaram mənim adaşım kasıb qala.

Padşah xəzinədara əmr eləyir:

‒ Xəzinədə olan ən qiymətli üzüyü ver bu kişiyə.

Bəli, xəzinədə olan ən qiymətli üzüyü verirlər Kərimə. Padşah deyir:

‒ Adaş, bu üzüyü istiyirsən dənizin dibinə at, istiyirsən sat, nə eliyirsən elə, nəyə də ehtiyacın olsa gəl yanıma, qorxma, qoymaram bir şeydən korluq çəkəsən.

Kərim üzüyü də götürüb saraydan çıxır. Yol gələ-gələ o tərəf bu tərəfə baxır ki, görsün ona baxan yoxdu ki. Tez üzüyü qoy­nunda gizlədir ki, görən olmasın. Gəlir evinə. Axşam olur, heç kimə üzüyü göstərə bilmir. Gecə yarı olur yata bilmir. Fikirləşir ki, oğrular gəlib üzüyü oğurlayar. Axır qərara alır ki, üzüyü evin bir küncündə gizlətsin. Elə də edir. Evin bir küncünü qazıb üzüyü ora basdırır, amma yenə də gecələr gözünə yuxu getmir.

Üzüyü çıxarıb ikinci küncə, üçüncü, dördüncü küncə bas­dı­rır. O gündən Kərimin rahatlığı olmur. Yemək yemir. Yuxusu də ərşə çəkilir. Qorxur ki, kimsə üzüyü əlinnən alar. Bu burda qalmaxda olsun, xəbəri xəbərdən, görək padşah nə eliyir.



Bir gün padşah taxtında oturmuşdu. Öz-özünə fikirləşdi ki, görəsən adaşım Kərim indi hardadı? Mənim məmləkətimdədi, yox­sa dünyanın harasındasa kef edir. Tez bir adam göndərif əmr edir:

‒ Get gör adaşım hardadı, gəzib kef eliyirsə qoy eləsin, yox evindədirsə, çağır yanıma.

Həmin adam gəlif Kərimin evinə görür ki, qapı açıxdı. Deyir:

‒ Kərim!


Bir zəif səs çıxır:

‒ H ..ay.

‒ Padşah adaşın səni çağırır.

Kərim deyir:

‒ Siz gedin, mən gələrəm.

Kərim üzüyü gizlətdiyi yerdən çıxarıb gəlir saraya. Padşah Kərimi görəndə tanımır. Görür ki, adaşının hay-hayı gedib, vay-vayı qalıf. Təəccüblənir ki, görəsən bu yazığa nə oluf. Deyir:

‒ Adaş, necəsən?

Kərimdən zəif bir səs çıxır:

‒ Necə olacağam, bu üzüyü sata bilmirəm, bir kəsə göstərə bilmirəm, qalmışam belə.

Padşah xəzinədarı çağırır. Kərimə deyir:

– Ver üzüyü xəzinədara.

Sonra deyir:

– Çıx get gözümün qabağından, sənin kimi adaşdan olma­mağı yaxşıdı.

Kərim suyu süzülə-süzülə evinə gəlir. Nağıl da burada qurtarır.



Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin