Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə24/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   20   21   22   23   24   25   26   27   ...   71
Halal tikə (39)
Deyirlər, bir vaxtlar keçmişdə Cüneyd Bağdadi adlı bir ədalətli padşah olub. Əhalisi də bu padşahı çox istəyir, xatirini saxlayırdı.

Bir gün Cüneyd padşah namaz qılanda baxır ki, damdan səs gəlir.

Padşah soruşdu:

– Ey adam, kimsən?

Damda gəzən dedi:

– Mənəm.


Padşah soruşdu:

– Damda nə axtarırsan?

Damdakı kişi dedi:

– Dəvəmi axtarıram.

Cüneyd padşah əsəbləşib dedi:

– Nə axmaq adamsan. Mənim damımda sənin dəvən nə qayırır?

Damdakı kişi cavab verdi:

– Axmaq mən deyiləm, sənsən. Axmaq olsaydım, sənin ki­mi qov tükündən olan döşəkcənin üstündə oturub, yumşaq yer­də ibadət edərdim.

Padşah fikrə getdi. Baxdı ki, düz deyir. Səhər bütün ca­maa­tını yığıb xəzinədə nə var idisə, hamısını payladı onlara. Dedi:

– Ay camaat, daha mən sizin padşah deyiləm. Özünüzə padşah axtarın. Sağ olun! Salamat qalın!

Cüneyd padşah bunu deyib, getdi cölli-biyabana. Camaat bir yerə yığışıb, belə qərara gəldi ki, bizə bir də belə rəhmli, ədalətli padşah düşməz. Gəlin gedək onu geri çağıraq.

Hamı getdi Cüneyd padşahı axtarmağa. Axtara-axtara gəlib dəniz qırağına çatdılar. Baxdılar ki, Cüneyd padşah əlində iynə şalvarının yırtığını yamayır. Salam verib dedilər:

– Ey padşah, gəl taxtında otur.

Padşah dedi:

– Yox, daha məndən sizə padşah olmaz.

Cüneyd padşah əlindəki iynəni ipdən çıxarıb dedi:

– Baxın, mən bu iynəni dənizə atacağam.

Elə də elədi. Bir müddət keçəndən sonra bir balıq başını sudan çıxarıb ona baxdı. Cüneyd padşah dedi:

– İynəmi səndən istəyirəm.

Balıq gözdən itdi. Bir azdan balıq yenidən göründü. Balıq ləpədöyənə çıxıb iynəni yerə qoydu. Sonra yenə quyruq vurub girdi dənizə.

Camaat bu işə mat qaldı. Cüneyd padşah dedi:

– Gördünüz ki, dənizdəki balıqlar da mənə tabedirlər, əmrimə müntəzirdirlər. Ancaq mən daha padşah olmayacağam, məndən əlinizi üzün. Özünüzə başqa bir padşah tapın.

Camaat kor-peşiman qayıtdı şəhərə. Cüneyd padşah isə oradan yol tutdu düz Məkkəyə. Gəlib çatdı Məkkəyə. Əlindəki qəpik-quruşa bir eşşək, bir də balta aldı. O gündən eşşəklə odun daşıyıb iyirmi qəpiyə satıb dolanırdı. Hər gün beş qəpiyə xurma alıb yeyir, qalan on beş qəpiyi isə camaata paylayıb, ibadətlə məşğul olurdu. Deyirlər ki, o, ibadət edib, namaz qılanda mələklər də onu dövrəyə alıb ibadət edərmişlər.

Bir gün Cüneyd padşah yenə ibadət edirmiş. Mələklərdən biri digərindən soruşdu:



– Ya Rəbb, görəsən bu kişinin diləyi, duası qəbul olunur­mu?

Digər Məlakə dedi:

– Yox.

O biri Məlakə soruşdu:



– Nə üçün?

– Çünki o, dükandan xurma alanda öz xurmasına haram xurma qoşub yeyib. Haram yeyənin isə duası göyə uçmaz. Çün­ki dua quş kimi şeydir, uçub göyə qalxsın gərək. Onun qanadları halalla düzlükdən güc, qüvvət alır. Kim haram yeyib, yalan da­nışsa, ömründə bir dəfə də olsa o adamın duası göyə uçub qalx­maz, qəbul olunmaz!

Cüneyd Bağdadi mələklərdən bu sözü eşidib ayağa durub, getdi xurma aldığı dükançının yanına. Xəbər aldı:

– Satdığın xurma öz bağındandır?

Dükançı dedi:

– Xeyr, ya Cüneyd! Dünəndən özgəsinin xurmasını sa­tı­ram. Cüneyd Bağdadi xurma gətirənin yerini-məskənini dükan­çıdan nişan alıb, getdi onu axtarmağa. Gəzə-gəzə gəlib, həmən adamı tapdı. Demə, o, həramiliklə məşğul olan bədəvi ərəblər­dənmiş, Cüneyd Bağdadi özünü ona nişan verib başına gələni danışdı. Hərami diz çökərək onun əbasının ətəyindən öpüb, dedi:

– Ey əməli-saleh Cüneyd, günahımdan keç! Tövbə edirəm ki, bir də həramiliklə məşğul olmaram.

Cüneyd Bağdadi həraminin yanından geri gönüb, o gündən həmən dükandan daha xurma almadı. Gedib başqa dükandan xurma alıb yeməyə başladı.

Bir gün o, yenə məsciddə ibadətlə məşğul idi. Ətrafındakı mələklərdən biri dedi:

– Ya Cüneyd, ürəyini sıxma, indi duan Allah-Təalaya ça­tıb müstəcəb oldu. Hərami də tövbəsinə əməl edib bəd əmə­lindən əl çəkdi.




Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin