Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ


Şükür ki, qovun boyda deyil...(76)



Yüklə 13,01 Mb.
səhifə61/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   57   58   59   60   61   62   63   64   ...   71
Şükür ki, qovun boyda deyil...(76)
Dərbəndin hazırcavab kişilərindən olan Mirzə Səməndər dincini alıb bostana tamaşa edirdi. O, bostana tamaşa eliyə-eliyə fikirləşirdi ki, bu böyüklükdə qoz ağacının meyvəsinə bax, bos­tan tağının üstündəki yemişə bax. Bu böyüklükdə ağacın mey­və­si gərək iki qovun boyda olaydı. Elə bu handa bir qoz dənəsi düz Mirzə Səməndərin başına düşür. Mirzə şükür eləyir ki, nə yaxşı qoz ağacının meyvəsi qovun boyda olmuyub, yoxsa indi çoxdan cəhənnəmə vasil eləmişdi məni.
Gəlin ilə qaynana (77)
Qoca bir arvad olur, bunun da var-yox bir oğlu olur. Bir gün arvad baxır ki, ta qocalıb, deyir, qoy oğlumu evləndirim, evə gəlin gətirim. İş-gücdə mənə də əl tutsun.

Bir az keçir, arvad oğlunu evləndirir. Bir gün oğlan görür ki, anası gündən-günə daha da sozalıb əldən düşüb. Arvadını ça­ğı­rıb deyir:

‒ Dərin boşqaba yağlı şorba çəkib, gündə üç dəfə verərsən anama.

Arvadı deyir:

– Baş üstə.

Əri işə gedənnən sonra arvadı boşqabı ağzınacan əhənglə doldurur, üstünə də bir-iki çömçə şorba töküb, qaxsımış arpa çö­rəyini qoyur qaynanasının qabağına. Yazıq arvad əlini xörəyə uzadanda gəlin xörəyi çəkib deyir:

Ay arvad, gəl bir az oynayaq, sora yeyərsən.

Gəlin çırtıq çalıb qaynanasını o qədər oynadır ki, qayna­nası əldən düşüb, yerində oturur. Bunda sonra gəlin çəkdi şorba­nı qaynanasınının qabağına. Yazıq arvad o qədər əldən düş­müş­dü ki, heç yeməyə heyi qalmamışdı .

Bir gün oğlu baxır ki, anasının halı lap pisləşibdi. Qərara gəlir ki, işə getməyib anasıynan arvadını güdsün. Bir gün iş adıy­nan evdən çıxır, üsdünnən bir az keçmiş gizlincə evə qayı­dıb, bir küncdə gizlənir. Günorta vaxtı həmişəki kimi gəlin şorba boşqabını qaynanasının qabağına qoyub dedi:

– Ay arvad, hə, başla! Qaynana ayağa qalxır, çırtıq ça­lıb, oy­naya-oynaya başlıyır oxumağa:

Gəlin məni oynatdı,

Arpa çörəyini çeynətdi.

Altı daş, üsdü aş,

Neyləyim mən külbaş.

Arvad yorulub taqətdən düşəndə gəlin onun xörəyini ver­­­di. Oğlu gizləndiyi yerdən çıxıb xörəyi anasının qabağından götürdü. Bilir ki, anası niyə əldən düşüb zəifləyib. Elə həmin gün arvadını boşayıb evdən qovur.
Çuval vay! (78)
Günlərin bir günü bir kişi dəyirmana bir neçə çuval dən aparır. Görür ki, növbədir. Bir nəfər onun çuvallarından birini oğur­layır. Axır növbə gəlir kişiyə çatır. Çuvallarını axtarıb bir yerə yı­ğan­da görür ki, bir çuval yoxdur. Nə qədər axtarırsa da çuva­lın birini tapa bilmir. Qalan çuvalların ununu üyüdüb, kor-peş­man evinə qayıdır. Gəlib hadisəni xatununa danışır. Xatun çu­val­ları bir-bir sayır görür ki, beş sabı dən tutan çuval yoxdur.

Bu işin üstündən bir müddət keçir. Bir gün xəbər gəlir ki, qonşusu ölübdür. Çuvalı oğurlanan kişinin xatunu yasa gedir. Evdə oturduğu yerdə gözü oğurlanmış çuvala sataşır. O saat öz çuvalını tanıyır. Bunu görübən xatun başlıyır ağlamağa:

Demək olmaz dil ilə,

Ağzı bağlıdı qıl ilə,

Ağlıyaram bu yol ilə,

Çuval vay, çuval vay!

Məclisdə oturan xatınlardan biri işin nə yerdə olduğunu anlayıb ondan soruşdu:

‒ Sənin itən çuvalın hansıdır?

Çuvalı itən xatın işarə ilə çuvalını göstərir. Xatın ona deyir ki, səsini çıxarmasın, daha iş-işdən keçib, oğru da ölübdür.
Lal gəlin (79)
Bir gəlin olur. Ata evindən köçüb gələndə anası ona dönə-dönə tapşırır ki, bax ha, dilotu yeyib dillilik eləmiyəsən. Beş desələr, beş də sən deməyəsən. Təzə gəlinə göz qoyan çox olar, artıq-əksik danışıb baş aparmıyasan.

Gəlin gəlir. Bir gün keçir, beş gün keçir, görüllər bu gəli­nin dinib-danışmaqnan heç arası yoxdu. Qaynanası belə güman eləyir ki, bunun dili-ağzı bağlıdı, gəlin laldı. Qərəz çox götür-qoy­dan sonra bu qərara gəlirlər ki, bunun üstünə bir dilli-ağızlı gü­nü gətirsinlər. Gətirirlər, özü də dili boğaza qoymaya­nından. Gü­nünü gətirəndə dilsiz gəlin ocaqda süd bişirirmiş. Görür, bu­du ha, bəzəkli-düzəkli bir atın belində gətirdikləri təzə gəlin girdi doqqazdan içəri. Özünü itirdiyindən südə göz qoy­maq yadından çıxır. Ələfi elə çaşır ki, şalı da sürüşüb başın­dan düşür. Süd bişib daşır. Günüsü elə atın belindən haray salır:

‒ Ay kar gəlin, lal gəlin,

Ört başına şal, gəlin.

Südün daşdı, dağıldı ,

Dur odunu al, gəlin.

Dilsiz gəlin baxıb görür ki, day qaradan o yana rəng yox­du. Odur ki, alma-çalma gələn sözün qabağını elə alma-çalmalı söz­­nən qaytarır:

Hisdi gəlin, pasdı gəlin,

Yanın yəhər kəsdi, gəlin.

Hələ atdan düşməmisən

Səsin kəndi basdı, gəlin.

Eşidənlərin matı-qutu qurudu. Görürlər köhnə gəlinin dili də var, dilavərliyi də. Gününü atdan endirəsi olmurlar, geri qay­ta­rırlar ki, bəs bizim gəlinin lallığı başqa lallıqdanmış. O gündən gəlinlə qaynana ana-bala mehri, ülfətiynən dolanırlar.



Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin