90. OĞLAN-QIZ DƏRƏSİ
Qubatdı rayonunda oğlan-qız dərəsi varıydı. Deyilənnərə göra, bir oğlannan bir qız bir-birini sevirmiş. Heş birinin də ata-anası bılların evlənməhlərinə razı deyilmişdər. Gün o gün olur ki, bıllar başdıyıllar qaşmağa. Qaçıllar, qoşun düşür bılların dalınca. Qaçıllar, qaçıllar, gəlillər, indi harda ki, “Oğlan-qız” dərəsi var ee, ordan keçəndə adamlar tamam yaxınnaşırdılar. Əl atıllar ki, tutsunnar. Onda oğlannan qız deyir ki, Allah, sən bizi daşa döndər. Elə ordaca daşa dönüllər. Oğlanın boyu hündür, qızın da boyu alçax olduğunnan daşın biri hündür, biri alçaxdı. O vaxdan da adı qalır “Oğlan-qız dərəsi”.
91. XAN KƏHRİZİ
Bizim kətdə çox kəhrizdər, bulaxlar var. Məsəl üçün, bizim kətdə vardı Nırça bılağı deyirdilər. Təpə kəhrizi, Namazalı kəhrizi, Sakkızdı kəhrizi, İrzalar kəhrizi, Qurtdu bulax, Xan kəhrizi. Rəhmətdik Xan Şuşinski gəlir kəndə, gəzir kəndi, görür qəşəh bulaxlar var bizim kətdə. Hamısınnan su içə-içə gəlir çıxır bizim evin yanında bir kəhriz varıdı, oon yanına. Onnan da su içir. Görür qəşəh suyu var, buz kimi, dişi kəsən su. Hə, xoşuna gəlir. Öz adını verir o kəhrizə – “Xan kəhrizi”.
Füzuli rayonunun Horadiz kəndində bı kəhriz adnan deyilərdi. Bütün kənt camaatı bilirdi ki, bı kəhriz – “Xan kəhrizi” Xan Şuşinskinin adıynan bağlıdı.
Dostları ilə paylaş: |