Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə169/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   165   166   167   168   169   170   171   172   ...   269
Başlanğıc toy – kosmosun strukturu;

Süjet – kosmosun dağılması, xaosa keçid və kosmosla xaos arasında mübarizə;

Sonluq toy – kosmosun bərpa olunmasıdır.

Beləliklə, kosmoloji sxemə görə, süjet toyla bitməli, Kə­rəmlə Əsli mütləq evlənməlidir. Lakin süjetdən gö­rün­dü­yü kimi, onlar evlənmək əvəzinə ölürlər. Zahirən kos­mo­loji məntiq pozulur. Əslində isə hər bir şey kosmoloji mən­tiqə uyğundur. Kərəmlə Əsli bir-birinə qovuşmaq – ev­lənmək üçün hökmən ölməlidirlər. Ölməsələr, qovuşa bil­məzlər.

Məsələ burasındadır ki, süjetüstünə görə qəriblikdə (Hə­ləb­də) olan Kərəmlə Əsli kosmoloji sxemə görə Xaosda – ölü­lər dünyasındadır. Onlar Kosmosa qayıtmaq üçün hökmən ölüb-dirilmə ritualından keçməlidirlər. Çünki Xaosdan Kos­mo­sa və əksinə keçid yalnız ölüb-dirilmə ritualı vasitəsi ilə real­laşa bilər. Final süjetindəki bütün epizod və elementlər bu ölüb-dirilmə ritualının süjetüstündəki metaforasıdır.

Final süjetinin yuxarıda müəyyənləşdirdiyimiz sintaqm-for­mullarını ardıcıllıqla nəzərdən keçirək. Beləliklə:

1. Hələb paşasının təyin etdiyi (qurdurduğu) toy məclisi Kə­rəmlə Əslinin Xaosdan Kosmosa keçid ritualıdır.

2. Keşişin Əsli üçün hazırladığı qırmızı xaradan don keçid mexanizmidir. Əvvəldə dəfələrlə gördüyümüz kimi, Don/Köy­nək – bütün mətnlərdə keçid mexanizmi, qırmızı – ke­çid sahəsidir. Mifik dünya modelində:


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin