Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə170/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   166   167   168   169   170   171   172   173   ...   269
– kosmos,

qara – xaos,

qırmızı – kosmosla xaos arasındakı aralıq/keçid sahə­si­dir.

Kərəmlə Əsli indi qara dünyada – Xaosdadır. Demək, qır­mızı don Xaosdan Kosmosa (qara dünyadan ağ dünyaya) ke­çid üçündür.

3. Əsliyə qırmızı donu geyindirən Keşişin həmin donun düy­­mələrini Kərəmin öz əli ilə açması haqqında qoyduğu şərt sı­­­naq formuludur. Don tilsimlidir. Kərəmlə Əslinin bu don/köy­­nəkdən keçib Kosmosa adlamaları üçün Kərəm bir Şa­­man-Qəh­rəman kimi həmin düymələri açaraq, tilsimi sındır­ma­lı­dır.

4. Toyun 40 gün çəkməsi keçid ritualının ənənəvi müd­də­tidir. İstər Kosmosdan Xaosa (yas), istərsə də əksinə (toy) olan keçid ritualları 40 gün çəkir.



Burada süjetüstündə olmayan, lakin bərpası mümkün olan bir kosmoloji element var. Bu, düymələrin sayıdır. Kos­mo­loji məntiqə görə, düymələrin sayı 40 olmalıdır. Belə ki, 40, sa­də­cə, zamanı bildirən numerativ vahid deyildir: 40 – mi­foloji dün­ya modelində bütün məkan-zaman qatlarını təşkil edən ele­mentlər arasında ahəng yaradan universumdur. Keçid zamanı­nın 40 vahiddən (gündən) təşkil olunması uyğun ola­raq keçid məkanının da 40 məkan vahidindən (parçasından) təş­kil olun­ma­sı deməkdir. Bu, süjetdə 40 düymə obrazında sim­vollaşıb.

5. Kərəm gəlin otağında şərti yerinə yetirərək düymələri əli ilə açmağa cəhd edir. Lakin aça bilmir. O, düymələri aça­raq Əslini köynəkdən çıxarmalıdır. Don/Köynək həm də ye­ni­dən doğuluş mexanizmidir. Əslinin köynəkdən çıxması onun Xaosda ölərək Kosmosda doğulması/dirilməsi deməkdir. Bu hal­da Kərəmin düymələri aça bilməməsi onun 39 cəhdi və ey­ni zamanda keçid kontinuumunun 40 pilləli (ritmli) strukturu buyunca 39 vahid irəliləməsi deməkdir.

6. Kərəmlə Əslinin Xaosdan Kosmosa keçidləri 40 gün çək­məlidir. Onlar bu müddətdən tez keçə bilməzlər. Kos­mo­lo­ji sxemə görə, Kərəm 39 gün ərzində 39 düyməni açmalı, so­nuncu (40-cı) düyməni isə 40-cı gün açmalıdır. Bu, til­sim­li düymədir. Onu Keşiş tilsimləyib. Kosmoloji sxem-şərtə görə, sehrbaz-tilsimkar (Keşiş) düyməni tilsimləməli, Şaman-Qəh­rəman (Kərəm) bu tilsimi sındırmalıdır. Kərəm tilsimi aç­maq üçün sazını götürüb magik-mistik ayin keçirir.

7. Şaman Kərəm magik ayinlə düyməni açır. Düy­mə­dən çıxan od Kərəmi yandırır. O, Xaos dünyasında ölür. Bu, uy­ğun olaraq Kosmosda dirilmə deməkdir. İstənilən sub­yekt Kosmosdan Xaosa və əksinə keçmək üçün mütləq bir dün­yada ölməli, o birində dirilməlidir. Kosmosa dönmək istə­yən Kərəm hökmən Xaosda ölməlidir ki, Kosmosda dirilə bilsin.

8. Əslinin Kərəmin külünü ovuclayıb, başına tökməsi və alışıb yanaraq ölməsi onun da Kərəm kimi ölüb-dirilmə ri­tualından keçməsidir. Azərbaycan dilində indi də işlək olan “Başıma kül oldu”, “Kül başına” ifadələri var. Bu, ölüb-di­­ril­məni bildirir. Novruz bayram kompleksinə aid axır çər­şən­­bə gecəsində insanların od üstündən tullanaraq “azar-be­zar­larını” təmizləmələri ölüb-dirilmə formulunu sim­vollaş­dı­rır. İnsanlar od üstündən tullanmaqla köhnə/xəstə/ölməkdə olan bədəndən qurtulur və yeni bədəndə dirilirlər (doğulurlar). Bu, ölərək yenidən doğulmadır. Azərbaycan uşaq oyunlarında oyunçu bir neçə can (40 cana qədər) qazana bilir. Oyunçu rə­qi­bi tərəfindən vurulanda ona “canın yandı” deyirlər. O isə “hələ yenə canım var” deyə oyuna davam edir. Yaxud di­li­mizdə “40 canın da olsa, əlimdən qurtara bilməzsən” ifadəsi var. Bu, onu göstərir ki, od üstündən tullanan (əslində, tullana bi­lən, tullanmağı bacaran) insan köhnə canı ilə ölür və qa­zan­dığı yeni canı ilə dirilir. Kərəm Şaman/Qəhrəmandır: onun 40 ca­nı olmasa, o, nə Xaosa adlaya, nə də geriyə qayıda bilər. Bu ba­xımdan, Kərəmin 40 düyməni açması onun bir Şa­man/Qəhrəman kimi həm də 40 can qurban verməsi de­mək­dir. Beləliklə, odda yanma ölüb-dirilmə yolu ilə bir dünyadan o biri dünyaya keçid deməkdir: Əsli də Kərəm kimi odda ya­na­raq Kosmosa adlayır.

Kərəm və Əslinin Kosmosa adlamaq üçün odda yanaraq ölüb-dirilməsi birbaşa şaman praktikası ilə bağlıdır. Kərəm və Əs­li Xaosa ölərək, yəni ruh formasında gəlmişlər. Onlar Xaos­da bu dünyaya məxsus cild/bədən kəsb etmişlər. İndi on­la­rın Kosmosa adlamaları üçün həmin bədəndə ölmələri və ruh şəklinə düşmələri lazımdır. Şamanizmdə bu keçid odda yan­ma vasitəsi ilə həyata keçirilir. M.Eliade yazır ki, “od” han­sı təbiətə malik olmasından asılı olmayaraq, insanı “ruha” çe­virir: məhz buna görə də şamanlar “odun sahibi” hesab olu­nur və közərmiş kömür onları yandırmır253.



9. Süjetüstündə Sofinin Kərəmlə Əslinin qəbrinin üs­tün­də “mücəvür qalması”254 Kərəmlə Əslinin Xaosdan Kosmosa dö­­nüş ri­tualının Söfinin patronluğu ilə keçdiyini ortaya qoyur. Bu, eyni zamanda Sofinin süjetüstündə həmişə arxa planda, alt qatda qalan, bəzən işarələr şəklində üzə çıxan kosmoloji funk­­siyasını da ortaya qoyur. Sofi epik model baxımından qə­hrəmanın kö­mək­çisi funksiyasını yerinə yetirir. O, şaman dün­ya modeli ba­xımından şamanın köməkçisidir. Bunu onun bəzən Kərəm kimi şaman ayinlərini icra etməsindən (Ər­zu­rumda öz qar-boranı ilə yol vermək istəməyən dağı saz çalıb-oxuyaraq ovsunlamasından, təbiət stixiyaları ilə döyüş­mə­sindən, həmin dağda ölüb-diril­məsindən) görmək olur. So­fi­nin funksiyası təsəvvüfi dünya mo­deli baxımından qo­ru­yu­cu/hami obrazına uyğun gəlir. O, bir çox hallarda buta qəh­rə­manını ölümdən xilas edən övliyanı əvəz edir. Bu halda o, sü­jetüstündə üç məna səviyyəsini (epik model, şaman modeli və təsəvvüfi model) özündə qovuşdurur.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin