Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


İnisiasiya (ölüb-dirilmə) prosesi



Yüklə 2,29 Mb.
səhifə37/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   33   34   35   36   37   38   39   40   ...   269
İnisiasiya (ölüb-dirilmə) prosesi

Butavermə prosesi

Ayrılma

1. Qəhrəmanın ya yuxuya gedərək, ya da huş­dan gedərək əvvəlki vəziyyə­tin­dən ayrılması

Keçid

2. Qəhrəmanın sakral qüvvə ilə təmasa girib yeni duruma keçməsi prosesi

Bərpa olunma

3. Qəhrəmanı yeni vəziyyətlə həyata yenidən qayıtması, doğulması (bərpa olunması)

Beləliklə, butavermə qəhrəmanına ölərək o biri dünyaya getməyini, ilahi qüvvələrdən yeni status almağını və təzədən yeni statusda bu dünyaya gəlməyini simvollaşdırır81.



“Kərəmin xəstəliyi” formulunu keçid rituallarının üçfa­zalı strukturu müstəvisində nəzərdən keçirdikdə onun buta­ver­mə ri-t­ualının subyekti kimi hansı fazada olması dərhal üzə çı­xır. Kərəm öz “xəstəliyi” ilə butavermə ritualının ikinci fa­za­sında, baş­qa sözlə, A.Qennepin “limen” (astana) adlandır­dı­ğı aralıq mər­hələdədir. Bu mərhələdə Kərəm buta vergisi, o cüm­lədən bu vergiyə uyğun statuslar (haqq aşiqi, şair, aşıq, öv­liya və s.) al­mışdır. Lakin hələ bərpa fazasına daxil olma­dı­ğı üçün onun yeni statusu cəmiyyət tərəfindən normal hal ki­mi qəbul olunmur. Epik düşüncə (məhəbbət dastanı) bu “anormal” halı “xəs­tə­lik” adı altında motivləndirir. Bu­ra­dan iki nəticə hasil olur:

Birincisi, Kərəmin ritual durumunun “xəstəlik” adı al­tın­­da motivlənməsi Azərbaycan-Oğuz etnokosmik (etnik-mə­də­ni) düşüncəsinin öz qanunauyğunluqları və anlayışlar sis­temi daxi­lində baş verir. Belə ki, keçid ritualının ikinci faza­sın­da (ikili statusla səciyyələnən aralıq mərhələsində) olan subyekt Azər­baycan eposunun qəhrəmanlıq dastanı paradiq­ma­sında, konkret olaraq “Kitabi-Dədə Qorqud” və “Ko­roğ­lu”da “dəli” adlanır: “də­li” semantemi öz mahiyyəti etibarilə “xəstə(lik)” seman­temi ilə eyni məna cərgəsinə girir. Digər tə­rəfdən, ümum­türk (ümumoğuz) mədəniyyət tarixində ritual davranışının bu ikinci mərhələsi tipinə görə “şaman (qam) xəs­təliyi” adlanır.

İkincisi, ritualın ümumtipoloji sxeminə görə, aralıq faza olan ikinci mərhələnin ardınca bərpa fazası olan üçüncü (so­nun­cu) mərhələ gəlir. Demək, biz də epik məntiqə görə “Kə­rə­min xəstəliyi” motivində onun tərkib hissəsi kimi “bərpa for­­mulu” ilə qarşılaşmalıyıq.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin