Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


Oğuzlar ərgənlik ritualından keçərək bəy statusu al­mış qəhrəmana toy edirlər



Yüklə 2,29 Mb.
səhifə45/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   41   42   43   44   45   46   47   48   ...   269
Oğuzlar ərgənlik ritualından keçərək bəy statusu al­mış qəhrəmana toy edirlər. Evlənməni də nəzərdə tutan bu toy ritual kompleksidir və həmin kompleksin tərkib hissələri ri­tualın epikləşməsi zamanı epik tikinti materialı kimi das­ta­nın süjetlərinə “yayılmışdır”. “Dədə Qorqud”da belə ritual­lar­dan birinə – Dirsə xanın on beş yaşa çatmış oğlunun (gələcək Bu­ğacın) bəyolma mərasiminə diqqət edək. O, Bayındır xanın qız­mış buğasına qalib gələrək qəhrəmanlıq göstərir. O, bu qəh­rəmanlığı ilə iki ritual statusu alır: “ərdəmli” və “hü­nər­li”:

“Oğuz bəgləri gəlüb, oğlan üstinə yığnaq oldılar, təhsin de­dilər. “Dədəm Qorqut gəlsün, bu oğlana ad qosun: biləsincə alub, babasına varsun. Babasından oğlana bəglik istəsün, təxt alı versün” – dedilər. Çağırdılar. Dədəm Qorqut gəlür oldı. Oğlanı alub babasına vardı. Dədə Qorqut oğlanın babasına soy­lamış, görəlim, xanım, nə soylamış. Aydır:

Hey Dirsə xan! Oğlana bəglik vergil,

Təxt vergil – ərdəmlidir!

Boynı uzın bədəvi at vergil,

Binər olsun, hünərlidir!

Ağ ayıldan tümən qoyun vergil, –

Bu oğlana şişlig olsun, ərdəmlidir!

Qaytabandan qızıl dəvə vergil bu oğlana,

Yüklət olsun, hünərlidir!

Altun başlu ban ev vergil bu oğlana,

Kölgə olsun, ərdəmlidir!

Çigin quşlı cübbə ton vergil bu oğlana,

Geyər olsun, hünərlidir!


Bayandar xanın ağ meydanında bu oğlan cəng etmişdür. Bir buğa öldürmüş sənin oğlın, adı Buğac olsun. Adını bən ver­düm, yaşını Allah versün, – dedi.

Dərsə xan oğlana bəglig verdi, təxt verdi”90.



Nəzərdən keçirdiyimiz parçada diqqəti cəlb edən ilk ele­ment “on beş yaş” semantemidir:

Bu – “həddi-büluğ” məqamıdır. Bu yaşa çatmaqla Bu­ğa­cın uşaqlıq və yeniyetməlik dövrü başa çatır. Bu dövrdə o, uşaq­lıq və yeniyetməlik adları ilə tanınır. Dastanda bu adlar xatır­lanmır: Buğac haqqında “Dirsə xanın oğlancığı” deyə bəhs olunur. On beş yaş keçid məqamıdır. Bu yaşa çatmış xan-bəy oğlu ərgənlik ritualından keçərək yeni status almalı və Oğuz cəmiyyətinin yetkin vətəndaşına (Oğuz dünya mo­de­li­nin etnokosmik struktur vahidinə) çevrilməlidir.



Diqqəti cəlb edən ikinci element “ağ meydan” se­man­te­mi­dir:

Ağ – kosmosun, həyatın, kişi başlanğıcının və mərkəzi ha­kimiyyətin rəmzidir. “Dirsə xanın oğlancığı” qəhrəmanlığı ağ meydanda göstərir. Ağ ritual məkanı kimi ritual prosesinin üçün­cü (sonuncu) fazasını bildrir. Bu o deməkdir ki, biz “Dir­sə xanın oğlancığı”nın Buğanı öldürməsini ərgənlik ritualının ke­çid (aralıq) fazası kimi yox, onun sonu – bərpa mərhələsi ki­mi qəbul etməliyik. Əgər buğanı öldürmə keçid mərhələsi (ara­lıq faza) olsaydı, onda meydan “ağ meydan” yox, “qır­mı­zı” meydan adlanmalı idi. Lakin meydan ağ rəngdədir və bu da göstərir ki, on beş yaşına çatmış “Dirsə xanın oğlancığı” ar­tıq “qırmızı fazanı” (aralıq mərhələ) keçmiş, indi “ağ fa­za­ya” (bərpa mərhələsinə) daxil olmuşdur.



Diqqəti cəlb edən üçüncü element Buğa/Buğac se­man­te­midir:

“Dirsə xanın oğlancığı” Buğac adını məhz buğanı öl­dür­dü­­yünə görə alır: “Bir buğa öldürmüş sənin oğlın, adı Buğac ol­sun”91. Burada məsələ yalnız Buğanı öldürməklə qurtarmır. Ağ meydan – mərasim meydanı olduğu üçün oradakı bütün ele­ment və hərəkətlərin ritual semantikası var. Bütün ri­tual­lar­da döyüş kosmosla xaos arasındakı mübarizəni sim­vol­laş­dır­maq­la dünyanın yaradılışını ifadə edir. Burada da heyvanların dö­yüşdürülməsi kosmoqoniyaya (yaradılışa) xidmət edir. Bu mə­rasimdə “Dirsə xanın” ərgənlik ritualının aralıq fazasından keç­miş “oğlancığı” Oğuz kosmosunun struktur elementi kimi ye­nidən yaradılmalıdır. Bu, yaradılış (bərpa) ritualıdır və hey­van­ların döyüşdürülməsi həmin bərpa ritualının tərkib hissə­si­dir. Bu, sakral yaradılış-bərpa ritualı olduğu üçün ordakı hey­van­lar da (buğa və buğra) təsadüfi heyvanlar yox, dünyanın hissələrini (kosmos və xaosu) simvollaşdıran totem var­lıq­lar­dır. Kosmoloji sxemə görə, buğaya qalib gələn “oğlancıq” onun ətini yeməlidir. Oğlancıq buğanın ətindən yemədən Bu­ğa­ca çevrilə bilməz. Ritualda yeyilən heyvan bütün hal­lar­da totem əcdadla bağlıdır və yenidən yaradılmaq üçün hök­mən totemin ətindən yeyilməlidir. Ərgənlik ritualından ke­çən “Dirsə xanın oğlancığı” kosmoqonik yaradılış ri­tualın­da öldür­dü­yü (öldürməli, qurban verməli) olduğu buğanın ətin­dən ye­yə­rək Buğaca çevrilir. Demək, buğa – əcdadı sim­vol­laşdıran qurban (totem), buğa ilə döyüş – kosmosun, o cüm­lədən onun bir parçası olan oğlancığın yenidən (ritmik) ya­ra­dılışını sim­vol­laşdıran kosmoloji davranış (hərəkət) for­mu­ludur.

Bizim bu bərpamızın kosmoloji məntiq (sxem) üzrə get­di­yini elə dastanın özündəki faktlarla yoxlamaq olar. “Dədə Qor­qud” təsdiq edir ki, oğuz igidlərinin adları totem mən­şə­li­dir və onlar bu adları totem əcdadların ətindən yeyərək alırlar. Mə­sələn, dastanın səkkizinci boyunda “Aruz qocanın” düş­mən hücumu nəticəsində itərək çöldə böyümüş “oğlancığı” “at basuban, qan sümürər”. Uşağı tapıb cəmiyyətə qaytarırlar və Dədə Qorqud ona Basat adı verir92. Tədqiqatçıların ək­sə­riyyəti Basat adını “at basmaq” (ata qalib gəlmək) kimi izah edir. Buradakı motiv Buğac motivi ilə eynidir: Basatla Buğac eyni ritual sxemindən keçirlər:

Hər ikisi adsızdır: “Dirsə xanın oğlancığı”/”Aruz qo­ca­nın oğlancığı”;

On beş yaşına çatan xan-bəy oğlu ərgənlik ri­tualın­dan keçərək ad almalıdır. Buğac bu adı on beş yaşında alır. Aruz qoca Daş Oğuzun başçısıdır. Demək, Basat da onun oğ­lu kimi ərgənlik ritualından keçmək üçün on beş yaşında ol­ma­lıdır;

Dastanda “Dirsə xanın oğlancığı”nın ərgənlik ri­tu­alının ikinci fazasındakı (aralıq mərhələsindəki) “halı” təs­vir olunmasa da, “Aruz qocanın oğlancığı”nın Aslanın ya­nında­kı həyatı birbaşa bu dövrü (aralıq fazanı) bildirir. V.Terner ritualın bu aralıq (liminal) mərhələsi haqqında yazır ki, liminal varlıqlar nə burda, nə ordadır, nə bu, nə odur; onlar qa­nun, adət, şərait və mərasim tərəfindən yazılmış və mü­əyyən­ləşdirilmiş du­rumların ortasındakı aralıqdadır. Bundan do­layı onların ikimə­nalı və qeyri-müəyyən xüsusiyyətləri so­si­al və mədəni keçidləri rituallaşdıran çox cəmiyyətlərdə sim­vol­ların böyük rəngarəng­liyi ilə ifadə olunur93. “Aruz qocanın oğ­lancığı” da Basat adını alana qədər, yəni ritualın aralıq fa­za­sında olduğu müddətdə məhz V.Ternerin təsvir etdiyi “hal”dadır: onu çöldən tutub cəmiyyətə gətirirlər, lakin o, ye­nə də qaçıb aslanın yanına (çölə) gedir. Bu, onun liminal (ara­lıq) varlıq kimi, “ikimənalı və qeyri-müəyyən xüsusiyyətlərə” ma­lik olduğunu, insan və heyvan, cəmiyyətlə təbiət arasında ol­duğunu, “nə burda” (cəmiyyətdə), “nə orda” (təbiətdə), “nə bu” (insan), “nə o” (heyvan) olduğunu göstərir. Bu aralıq faza ba­şa çatanda “Aruz qocanın oğlancığı” yeni status və bu sta­tu­su bildirən adla – Basat adı ilə cəmiyyətə bərpa olunur (qa­yı­dır). Bu ritual Buğacla olduğu kimi, Dədə Qorqudun pat­ron­lu­ğu ilə həyata keçirilir: “Dədə Qorqud gəldi. Aydır: “Oğ­la­nım, sən insansan. Heyvanla müsahib olmağıl! Gəl, yaxşı at bin. Yaxşı yigitlər ilə eş yort! – dedi”94.

Basatın cəmiyyətə yeni statusda bərpası/qayıdışı to­tem heyvanın ətini yeməklə baş verir: o, “at basuban, qan sü­mürər”. Bu hərəkət formulu totem heyvanın ətini yemək ritualını inikas edir. Basatın atası Aruzu dastan boyunca mü­şayiət edən “at ağızlı” (at sifətli, at niqablı, at maskalı) ifadəsi at semanteminin totem işarə kimi ata-oğul kosmoqonik zən­ci­ri­nin kosmoenergetik xətti olduğunu birbaşa təsdiq edir. Belə to­tem xətti dastanda bir sıra nəsil şəcərələrini birləşdirir. Mə­sə­­lən, Baybura və oğlu Beyrəyin adları “börü” (qurd) xətti ilə bir­ləşir. Bu, onu göstərir ki, eyni ritual sxemindən keçən Buğac və Basat öz totem əcdadlarının ətindən yeyir və bu to­tem­lərin adlarını alırlar.




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin