Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə41/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   37   38   39   40   41   42   43   44   ...   269
Beləliklə, qarının Ziyad xandan almaq istədiyi “qırmızı don” dastanın süjetüstü səviyyəsində bir mükafatdırsa, sü­jet­al­tında bunun dastanın bütün kosmoloji strukturu ilə təs­diq olu­nan ritual semantikası var. Kərəm keçid ritualının ikin­ci faza­sın­da – aralıq mərhələsindədir. O, bu fazanı ta­mam­layıb, sonun­cu mərhələyə – bu dünyaya qayıdış fazasına daxil ol­­­­malıdır. O dünyadan bu dünyaya adlama mediator və me­dia­siya mexaniz­mi tələb edir. Mediator – qarı, mexanizm – qır­­mı­zı dondur. Əlavə edək ki, qırmızı don obrazı məhəbbət das­tan­larındakı qarının Yer-Ana obrazının epik paradiqması ol­duğunu da təs­diqləyir. İbtidai süjetlərdə Yer-Ana obrazının əsas funksiyası keçid (yenidənqurulma) ritualında ölərək o biri dünyaya (xaosa) gəlmiş qəhrəmanı yenidən doğmaqla onu bir statusdan o biri­sinə transformasiya etməkdir. Səciy­yəvidir ki, Yer-Ana obrazı qarı obrazının strukturunun ar­xi­tektonik dərinliklərində qaldığı kimi, onun qəhrəmanı yenidən doğması da bu dərinliklərdə it­miş­dir. Ondan cəmi bir sürəkli işarə qalmışdır. Bu – qırmızı dondur. Qarının bütün məhəbbət dastanlarında heç bir halda köynəkdən istifadə etməməsi, yalnız “Əsli-Kərəm”də onu mü­kafat kimi arzu etməsi bizə ri­tual doğuluş mexanizmi olan qır­mızı donun Yer-Ananın “ri­tual qarderobuna” aid arxaik işarə-arxetip olduğunu ehtimal etməyə imkan verir.

“Kərəmin xəstəliyi” formulu epik mətnin struktur ele­men­ti kimi bir motivdir. Epik mətn epik düşüncəni inikas edir: mətnin strukturu epik dünya modelini proyeksiya­landı­rır. Epik dünya modeli epik mətndə proyeksiyalanaraq onda həm mövcud olur, həm də qorunur. Beləliklə, dastan mət­ni­nin struktur elementləri eyni zamanda epik düşüncənin struk­tur mexanizmləridir. Dastan mətnindəki hər hansı ele­ment, mexanizm, hərəkət formulu dastanın proyeksi­ya­lan­dırdığı epik düşüncədə (dünya modelində, şüurda) uy­ğun olaraq şüur elementi, şüur mexanizmi, şüur for­mu­lu­dur. Demək, mətn bir tərəfdən şüurun proyeksiyası ol­maq­­la onun paradiqması, digər tərəfdən şüurun işləmə sa­hə­sidir. Başqa cür desək, insan şüuru bir tərəfdən əks olun­duğu modeldə konservasiya olunaraq yaşayır, o biri tə­­rəfdən mətn vasitəsilə funksionallaşır. Mətn olmasa, şüur donar. Şüurun bütün varlığı informasiya müba­di­lə­si­nə bağlıdır. Bu halda mətn informasiya mübadiləsinin ger­­çəkləşmə vasitəsidir. Şüurun mövcudluğunun əsas for­ma­sı olan (informativ) kommunikasiya prosesi mətn va­si­tə­silə həyata keçir. “Əsli-Kərəm” dastanı süjetinin “Kə­rə­min xəstəliyi” motivinə bu deyilənlər müstəvisində ya­naş­dıq­da, bu motivin türk-oğuz düşüncə modelində xüsusi ye­rə malik düşüncə formulu olması üzə çıxır.



Fərdin düşüncəsindəki hər bir formul eyni zamanda kon­kret bir davranış tipinə bağlıdır. Yəni ənənəvi düşüncə ilə ya­şa­­yan bütün cəmiyyətlərdə insanın bütün həyati hərəkətləri, əs­­­­lin­də, məzmunu qabaqcadan bəlli olan davranış formulla­rın­­­­dan iba­rət olur. İnsan yatarkən, yeyərkən, işləyərkən, sev­gi­sini, ya­xud nifrətini gerçəkləşdirərkən, bir sözlə, bütün hal­larda hazır dav­­ranış qəliblərindən istifadə edir. İnsanın dav­ranışında ger­çək­­ləşən, üzə çıxan bu davranış modellərinin hər biri onun şüurunda konkret bir formula bağlıdır: hər hansı for­mul şüurda olmasa, təbii olaraq, davranışda da üzə çıxmaz. Bu baxımdan, epik mətndəki “Kərəmin xəstəliyi” formulu konkret motiv kimi epik şüurdakı konkret formulu proyek­si­ya­­landırır. Məsələ bu­ra­sındadır ki, epik dünya modelinin tər­kib hissəsi olan “xəs­tə­lik” formulu türk-oğuz düşüncə­sin­də mühüm ritual-mi­fo­loji davranış formulu və davra­nış tipidir.

Beləliklə, şərti olaraq “Kərəmin xəstəliyi” adlandırdı­ğımız motiv:

– etnokosmik düşüncə formuludur;

bir düşüncə formulu kimi, ritual hadisəsidir;

ritual davranışın formulu kimi ərgənlik ritualının ikin­ci fazası (aralıq mərhələsi) ilə bağlı “haldır”;

ritual davranışın tipi kimi şaman olma ritualının mü­hüm tərkib hissəsi olan “şaman xəstəliyi” etnik davranış mo­delidir.



Beləliklə, “Əsli-Kərəm” dastanının süjet modelində “Kə­­rəmin eşq xəstəliyi” formulu ritual davranışın etnik tipi kimi “şaman xəstəliyi” arxetipinin epik paradiqması­dır.

Hər bir etnik mədəniyyət tipində öz adına malik olsa da, elmi ədəbiyyatda ümumiləşmiş adı tunqus dilindən götürül­müş “şaman” olan funksioner türk-oğuz mədəniyyətinin üzvi ha­­di­sə­sidir və oğuzcada “qam” adlanır. “Xəstəlik”, “xəstələn­mə” şa­man olmanın funksional strukturuna aid “hal”dır. Dün­ya xalq­larının şamanlıq təcrübəsini “arxaik ekstaz texnikası” müs­­­tə­visində ümumiləşdirmiş Mirça Eliade yazır ki, az, ya çox də­rə­cədə patogen səciyyəli xəstəliklər, yuxular və ekstaz­lar şa­man­lıq durumunun əldə edilməsinin tipik vasitəsidir. Bə­­zən bu nadir yaşantılar məhz göylərin “seçimini” bildirir və şa­­manlığa na­mizədi yalnız yeni vəhylərə hazırlamağa xidmət edir. Lakin daha çox hallarda bu xəstəlik, yuxu və ekstazlar şa­­man olma mə­rasiminin özü kimi çıxış edir və adi bir adamı mü­­qəddəs ola­na xidmət edən şamana transformasiya edir. Əl­bəttə, şa­man­lığa namizəd hər zaman və hər yerdə belə bir eks­ta­­tik ya­şan­tı­dan sonra qoca ustadların yanında nəzəri və prak­ti­ki təlim ke­çir. Lakin məhz bu yaşantı həlledici faktor kimi çı­xış edir, məhz bu, “seçilmiş” şəxsin dini statusunu kök­lü şə­kil­də də­yi­şir. Gələcək şamanın rolunu müəyyənləş­dirən istə­ni­­lən eks­ta­tik yaşantı keçid mərasiminin ənənəvi sxemini özün­­də da­şı­yır: əzab çəkmə, ölüm, dirilmə. Bu nöqteyi-nəzər­dən hər cür “xəstəlik-hal” inisiasiya rolunu oy­nayır. Ona görə ki, “xəstəlik-hal”ın gətirdiyi əzabçəkmə keçid ritualının sı­­naqlarına uyğun gəlir, “xəstə seçilmişin” psixi təcridolun­ma­­sı keçid mərasimi zamanındakı təcridolunma və tənhalığa bə­rabərdir, xəstənin ke­çirdiyi ölümün yaxınlaşması hissi isə (can­vermə, huşun iti­ril­mə­si və s.) inisiasiya mərasim­lə­rinin ək­səriyyətinin tərkib hissə­si olan simvolik ölümü xa­tır­ladır... Bir sıra fiziki əzablar (sim­volik) inisiasiya ölümlə­rin­də özü­nün dəqiq inikasını tapır. Mə­sələn, şamanlığa nami­zə­din (= xəs­tənin) bədəninin “üzv­lə­ri­nə ayrılması”. Bu eksta­tik təcrübə ya “xəstəlik-hal” za­manın­da­kı əzabçəkmə şəklin­də, ya bir sıra ri­tual ayinlərində, ya da yuxugörmə formasında hə­yata ke­çi­ri­lə bilər83.

Bu deyilənləri əyaniləşdirən bir neçə səciyyəvi mətnə diq­­qət edək.




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin