Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 9. Xaosa keçidin “qəhrəman” və “şaman” modelləri



Yüklə 2,29 Mb.
səhifə49/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   45   46   47   48   49   50   51   52   ...   269
§ 9. Xaosa keçidin “qəhrəman” və “şaman” modelləri
Kərəmin öz sevgilisinin ardınca səfərə yollanması bir epik motiv kimi “qəhrəmancasına elçilik” motiv-dəstinə aid­dir. “Qəhrəmancasına elçilik” motivi S.S.Kataşın ümu­miləş­dir­mə­sində “Divlərlə mübarizə” və “Basqınlarla mübarizə” sü­jetləri ilə yanaşı ibtidai Altay eposunun üç əsas motivindən bi­ridir103.

S.S.Surazakov yazır ki, Altay qəhrəmanlıq eposunda qəh­rəman oğlanın evlənmədiyi, qəhrəman qızın isə ərə get­mə­di­yi əsər, demək olar ki, yoxdur. Qəhrəmanın evlənməsi möv­zu­sunun kökləri çox qədimə – patriarxal-tayfa quruluşunun tə­şəkkül etdiyi dövrə gedib çıxır. “Ovçuluq” və “bahadırlıq” ki­mi ilk eposlarda ailə qurulması mövzusu əsas yerlərdən bi­rini tutmağa başlayır. Nişanlının əldə olunması ümumtayfa qəh­rəmanlıq hünərinə çevrilir. Qəhrəmanın evlənəcəyi qızı ax­tarmaq üçün evdən getməsi motivi məşhurdur104.

Məşhur eposşünas B.N.Putilov çoxsaylı tədqiqatlarda qəh­rəmancasına elçilik motivinin 6 situasiya tipinin müəyyən­ləş­dirildiyini göstərir:

1. Bahadır özünün iştirakı ilə kiminsə elçiliyini təmin edir...

2. Bahadır öz nişanlısını axtarır və əldə edir...

3. Bahadır elçiliyin şərti kimi pəhləvan nişanlısı üzə­rin­də qələbə çalaraq onu əldə edir...

4. Bahadır öz əldən çıxmış arvadı ilə təkrar evlənərək onu yenidən əldə edir (“Ər öz arvadının toyunda” motivi”)...

5. Bahadır öz nişanlısını yalançı nişanlılar arasından se­çə­rək əldə edir (“antielçilik”, yaxud “yanlış elçilik”)...



6. Bahadır, az qala, başqası ilə evlənir...105

Maraqlıdır ki, biz bu 6 elçilik tipinin ümumiləşdirdiyi çox­saylı situasiya-halların, demək olar ki, əksəriyyətinə “Kə­rə­min elçilik səfərində” rast gəlirik. Və ən başlıcası, bu tip­lə­rin hamısında qəhrəman öz sevgilisini əldə etmək üçün “yad öl­kələrə”, “qərib diyarlara”, divlər-əjdahalar ölkəsinə” səfər edir. Qəhrəmanın səfər etdiyi məkanın mətnlərdə necə ad­lan­ma­sından asılı olmayaraq, həmin dünyalar kosmoloji tipinə gö­rə xaotik məkan, başqa sözlə, yeraltı dünya – xaosdur. Bu cəhətdən, Kərəm bir qılınc qəhrəmanı yox, saz-söz-eşq qəh­rə­manı olsa da, “Kərəmin səfəri” kosmoloji sxeminə görə, “qəh­rəmancasına elçilik” motivinin universal sxemini əks etdirir. Bundan dolayı biz də, təbii olaraq, onun xaosdakı sə­fə­rini bu motiv çərçivəsində dəyərləndirməliyik. Lakin “Kə­rə­min səfəri” motivində digər məhəbbət dastanlarımızda tək­rar­lanan “səfər” motivlərindən tamamilə fərqli “təfərrüatlar” var. Bu təfərrüatlar ümumən adlama/keçid/mediasiya, identifi­ka­siya/tanıma kimi ritual mexanizmlərini, arxaik ekstaz texni­ka­la­rını, animistik çevrilmələri, xaotik davranış modellərini, fərq­li xaotik məkan təsvirlərini, xaotik kommunikasiya mo­del­lərini və s. əhatə edir. Bu təfərrüatlar Kərəmin səfərini tək­cə bir paradiqmaya (“qəhrəmanın öz sevgilisinin ardınca xaosa yollanması” paradiqmasına) “sığışdırmağa” imkan ver­mir. Burada açıqdan-açığa “qara şamanın yeraltı dünyaya sə­fəri” paradiqmasının “təfərrüatları” da var. Və dərhal ye­rin­də­cə qeyd edək ki, “qəhrəmanın yeraltı dünyaya səfəri” ilə “qa­ra şamanın yeraltı dünyaya səfəri” biri epik mətn, o biri ekstaz təcrübəsi olmaqla fərqli mətn paradiqmaları olsa da, onların kosmoloji sxemi eynidir. Bu cəhətdən onlar va­hid (eyni) kosmoloji sxemin fərqli kodlarla (eposda – bədii söz­lə təsvir kodu, şamanlıqda – magik davranış kodu) tə­cə­ssü­müdür. Vahid Dünya Modelinin məxsus struktur in­for­ma­siyasının (sxemin) fərqli materiallarda (mətnlərdə) fərq­li üsullarla (kodlarla) verilməsi məzmunun (mə­lu­ma­tın) quruluşunu (sxemini) dəyişə bilmir. Bu cəhətdən, xao­tik varlıqlar tərəfindən oğurlanmış (qaçırılmış) sevgilisini qay­­tarmaq üçün “yeraltı-ölüm-xaos” dünyasına səfər edən qəh­­rəmanla xəstənin xaotik varlıqlar tərəfindən oğurlanmış (qa­çırılmış) ruhunu qaytarmaq üçün “yeraltı-ölüm-xaos” dün­ya­sına səfər edən (qara) şaman kosmoloji arxetip olaraq eyni obraz-funksionerdir. Bu funksionerlərin hər ikisi eyni ar­xe­tip­dən gəlməklə fərqli mətnlərdə şaxələnirlər. Bu, bir göv­də­nin budaqlanmasına bənzəyir: bir gövdədən nə qədər budaqlar ayrılırsa-ayrılsın, gövdənin struktur sxemi (genetik məlumat) bü­tün budaqlarda dəyişməz qalır. Həmin sabit sxemi eyni ar­xe­tipin bütün paradiqmalarında bərpa etmək mümkün olur. Yə­­ni zahiri görkəm və zahiri məkan fərqlərinə baxmayaraq, qəh­rəman öz bətnində şamanı, şaman da öz bətnində qəh­rə­ma­nı gəzdirir. Bunların hansının ilkin olduğunu söyləmək çə­tin olsa da, eyni arxetipin fərqli mətn rənglərinə malik şəkil­lə­ri olduğunu qətiyyətlə söyləmək olar. Ən başlıcası, bu pa­ra­diq­malar bir-birinə bənzəmədən funksionallaşa bilməz. Başqa söz­lə, ruhlar, ölülər dünyasına getmək istəyən qəhrəman hök­mən şaman olmalı, xəstənin ruhunu gətirmək üçün şər qüv­və­lərlə mübarizə aparmalı olan şaman da hökmən qəh­rəman olmalıdır. Demək, nə qəhrəman şaman ol­ma­dan öz missiyasını yerinə yetirə bilməz, nə də şaman qəh­rəman olmadan öz missiyasını uğurla başa vura bilməz. Bu cəhətdən, qəhrəman və şamanın malik olduqları ortaq struk­tur, ortaq psixologiya, ortaq sxem var. Həmin ortaq struk­tur sxemi onları həm birləşdirir, həm də gerçəkliyin müx­təlif məkan-zaman səviyyələrində ola bilmələrini təmin edir.

Qəhrəman və şamanı ortaqlaşdıran, eyniləşdirən for­mul­lardan biri inisiasiya texnikasıdır. Həm şaman, həm də qəh­rə­man o biri dünyaya adlayır: adlama ritual ölüm olmadan baş tu­ta bilməz. O biri dünya yeraltı dünya, xaotik varlıqlar, bir sözlə, ölülər-ruhlar dünyası olduğu üçün oraya ölmədən ad­la­maq mümkün deyildir. Ona görə də şaman da, qəhrəman da xaosa adlamaq üçün ölməli, ruha çevrilməlidir. Bu ölüm hə­qi­qi yox, mərasimi ölümdür. Burada əsas olan odur ki, nə qəh­rə­man, nə də şaman xaosa (ölüm dünyasına) diri olaraq yol­la­na bilməzlər: xaosa yol ölməkdən, ölü statusu almaqdan keçir. Baş­qa sözlə, şaman ölülər dünyasına ruh (ölənin ruhu) sta­tu­sun­da keçdiyi kimi, qəhrəman da inisiasiya ritualında ruh sta­tu­su alır. Y.M.Meletinski yazır ki, inisiasiyaya həmçinin di­ril­mə­yə, yaxud daha doğrusu, yeni keyfiyyətdə yeni doğuluşa yol açan müvəqqəti simvolik ölüm və ruhlarla ünsiyyət da­xil­dir. Müvəqqəti ölümün simvolikası özünü daha tez-tez ye­ni­yet­­mə­nin div tərəfindən udulması və sonradan qusulması, ölü­lər səl­tənətinə, yaxud ruhlar dünyasına səyahət, orada ritual əş­­yaların və dini sirlərin əldə edilməsi və s. motivində ifadə olunur106.

Göründüyü kimi, qəhrəmanın xaosa səfəri inisiasiya ha­di­­səsidir: şaman ölülər dünyasında ruh (ölü) statusunda ol­du­ğu kimi, qəhrəman da həmin dünyada ruh (ölü) statusunda olur. Bu da öz növbəsində qəhrəmanla şamanın eyni kos­mo­lo­ji arxetipə mənsubluğunu bir daha təsdiq edir.



Beləliklə, biz burada xaosa keçidin iki modelini gö­rü­rük:


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin