Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


Yer ana – “heyvan ana” haqqında mətn



Yüklə 2,29 Mb.
səhifə43/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   39   40   41   42   43   44   45   46   ...   269
Yer ana – “heyvan ana” haqqında mətn: “Şamanın ca­nı yetişib kamilləşəndə və özü özünü saxlaya biləndə ana hey­van yer üzünə qalxır. Burada o, şamanın bədənini tikə-tikə doğ­rayır, onları bütün azar-bezar, ölüm gələn yollara tullayır, on­ları ruhların arasında bölür”86.

Şamanı doğan heyvan ana (Yer ana) haqqında mətn: “Şamanı dünyaya gətirən ana heyvandır. Uzaq Şimalda bu­daq­larında yuvalar olan bir şam ağacı boy atır. Ana heyvan qartala çev­rilib dəmir lələkli böyük bir quş olur, uçub buraya gəlir. O, yu­vada oturur, yumurta qoyur. Sonra da bu quş yu­murtanın üs­tündə kürt yatır. Əgər quş yumurtanın üstündə düz üç il yatırsa, on­da yumurtadan çıxan şaman güclü şaman olur. Yox, əgər quş bir il kürt yatırsa, onda yumurtadan zəif şaman çıxır. Şaman yu­murtadan çıxan kimi ana heyvan onu tərbiyə etmək üçün tək­ayaqlı, təkqollu, təkgözlü iblis şaman qadına verir”87.

Beləliklə, “şaman xəstəliyi” bir etnikosmik düşüncə for­mu­lu kimi şaman olma mərasiminin mühüm mexanizmidir. O, özünü iki mövqedə göstərir:

1. Şaman olma ritualının (inisiasiya mərasiminin) tərkib hissəsi (fazası) kimi;

2. Şaman olma ritualını bütövlükdə əvəz edə bilən ritual mexanizmi (yəni inisiasiya mərasiminin özü) kimi.

Buradan “Kərəmin xəstəliyi” mötivinə nəzər saldıqda aşağıdakı cəhətlər aydın şəkildə üzə çıxır:

– “Əsli-Kərəm”də Kərəmin butavermə mərasimində düş­düyü “halın” eposda “xəstəlik” adı altında motivləndi­ril­məsi ixtiyari adlandırma olmayıb, oğuz etnokosmik ənənə­sinin özündən, daha dəqiq ünvanı ilə desək, “şaman (qam) xəstəliyi” ənənəsindən gəlir. Bu halda “Kərəmin eşq xəstə­li­yi” formulu ritual davranışın etnik tipi kimi “şaman xəstə­liyi” ar­xetipinin epik paradiqmasıdır.



– Dastanda “Kərəmin xəstəliyi” adı altında motivlənmiş formul təkcə nə “Əsli-Kərəm”lə, nə də ümumiyyətlə məhəb­bət dastanları ilə məhdudlaşmır. Bu, Azərbaycan dastançılıq düşüncəsinin bütün tarixini əhatə edən ənənədir. Qəhrəmanlıq dastanlarında bu xəstəlik “dəlilik” adlanır.

– “Kərəmin xəstəliyi” bir ritual formulu kimi psixoloji “hallar” (durumlar) kompleksidir. Bu halların hamısı M.Elia­denin “şaman xəstəliyi” kompleksinə aid etdiyi psixi “hal­lar­la”, demək olar ki, eynidir: Kərəmin də “xəstəliyi” bir eksta­tik yaşantıdır, keçid mərasiminin (üçmərhələli – S.R.) ənənəvi sxe­mini özündə daşıyır: Kərəm də əzab çəkir (1), ölür, başqa sözlə, ölüm dünyasında, sakral varlıqlar dünyasında olur (2), qarının patronluğu ilə yenidən dirilir, yəni yeni statusda cə­miyyətə qayıdır (3). “Bu nöqteyi-nəzərdən” Kərəmin xəstəliyi “inisiasiya rolunu oynayır. Ona görə ki”, Kərəmin xəstəli­yi­nin “gətirdiyi əzabçəkmə keçid ritualının sınaqlarına uyğun gəlir”, butavermə ritualının subyekti kimi seçilmiş “xəstə Kə­rə­min” psixi cəhətdən cəmiyyətdən “təcrid olunması şa­man ke­­çid mərasimi zamanındakı təcridolunma və tənhalığa bəra­bərdir”, “xəs­tə Kərəmin” keçirdiyi “ölüm” halı (dastanda: “da­­maq­sız­lıq”, yaşamaq hissindən, normal insanlara məxsus hə­­yat ins­tink­tin­dən məhrumluq və s.) “inisiasiya mərasim­lə­ri­nin əksə­riyyə­tinin tərkib hissəsi olan simvolik ölümü xa­tır­la­dır”.

Beləliklə, “Kərəmin eşq xəstəliyi” butavermə ritualının for­mulu kimi oğuz-türk mədəniyyətinin çox qədim qatları ilə bağ­lı olub, ritual davranış kodunun etnik tipi kimi “şaman xəstəliyi” arxetipinin “Əsli-Kərəm” dastanındakı epik para­diq­masıdır.

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin