Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 12.05. Dağla xəbərləşmə: alqışla keçid alma



Yüklə 2,29 Mb.
səhifə84/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   80   81   82   83   84   85   86   87   ...   269
§ 12.05. Dağla xəbərləşmə: alqışla keçid alma
Kərəmgil yollarına davam edirlər. Bir uca dağın ətəyinə ça­­tıb ondan keçmək istəyirlər. Dağ onlara yol vermir: “Tə­zəcə dağın gədiyindən aşmaq istəyirdilər, duman, çən bunları elə qapladı ki, yolu itirdilər, bilmədilər hara getsinlər. Kərəm gör­dü, çovğun bunları öldürəcək, dedi:

– Amandı, Sofi qardaş, mənim sazımı ver. Burada ölüb, qurd-quşa yem olacağıq. Yarıma çatmayacağam.

Sofi sazı verdi. Aldı, Kərəm, görək, (5 bəndlik şeirlə – S.R.) nə dedi:
Sənə deyim, Soltan dağı,

Nə dumandı başın sənin?!

Çiskin tökər, duman çökər,

Heç getməzmi qışın sənin?!


Dörd bir yannan bəst olmusan,

Dərdəmi tək məst olmusan?!

Cümlə dağdan üst olmusan,

Nə ucadı başın sənin...”147


Kərəm şeirin digər bəndlərində də dağa alqış-tərif de­yə­rək onu yumşaldır: duman çəkilir. Çovğun yatır. Beləliklə, Dağ ona görə Kərəmə yol vermir ki, Keşiş ondan qabaq dağı til­simləyərək, onu xaotik məkan və qüvvəyə çevirmişdir. Du­man, Çən, Çovğun kosmoloji dünya modelində xaosa məxsus işa­rə və güclərdir. Bu halda Kərəmin sazını istəməsi, dağa al­qış deməsi qamlama-xəbərləşmə ritualıdır: Keşiş dağı magik-mis­tik formulla tilsimlədiyi kimi, bu tilsim eyni magik-mistik üsul­la da açılmalı, qırılmalıdır. Kərəm Dağla dialoqa girir, onu tərifləyir, könlünü xoş edir. Demək, alqış, eləcə də qarğış ma­gik təsir vasitəsi, magik-informativ alətdir. Kərəm alqış et­mək­lə Keşişin tilsim formullarını bir-bir zərərsizləşdirir. Na­ğıl­larda xaoslu qarının məkanına düşən yetim qızlar onu tə­rif­lə­yərək qarının mükafatına nail olduqları kimi, Kərəm də Da­ğı tərifləyərək ondan yol/keçid alır. Bu cəhətdən biz bu xəbər­ləş­məni “alqışla keçid alma” ayini kimi səciyyələndiririk.

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin