Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə95/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   91   92   93   94   95   96   97   98   ...   269
§ 12.15. Quşlarla xəbərləşmə
Bir dağın ətəyi ilə yola davam edən Kərəm burada çoxlu qu­şa rast gəlir: “Birdən-birə Kərəmin halı pərişan oldu. Sazı si­nəsinə basıb, halına münasib görək (5 bəndlik şeirlə – S.R.) nə dedi:
Aman fələk, kömək eylə bu gündə.

Nagah yerdə gəldi aldı dərd məni.

Gecə-gündüz oda yandım, alışdım,

Tutdu, yolum-yolum yoldu dərd məni...”167

Şeirin məzmunu quşlarla bağlı deyildir. Yəni burada za­hiri planda dialoq-xəbərləşmə yoxdur. Lakin Kərəmin “ha­lı­nın dəyişməsi”, “halına münasib” çalıb- oxuması kəramət əhli olan Kərəmin hansısa hala düşməsindən (ona hal gəl­mə­sin­dən) və həmin hala uyğun sazlı-sözlü magik-mistik mərasim ke­­­şirməsindən soraq verir. Digər tərəfdən, quşların mifik dünya modelində Göy/Yuxarı dünya ilə bağlılığı Kərəmin bu ça­lıb-oxumasını kosmoloji müstəvidə mediasiya xarakterli dialoq-xəbərləşmə kimi qəbul etməyə imkan verir.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin