Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 12.20. Şəhər kənarında hal-xəbərləşmə



Yüklə 2,29 Mb.
səhifə99/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   95   96   97   98   99   100   101   102   ...   269
§ 12.20. Şəhər kənarında hal-xəbərləşmə
Quldurlardan yol (keçid) alan Kərəmgil bir şəhərə ya­xın­­laşırlar. Kərəm yola davam etməyib durur. O, qabaqcadan bi­lir ki, Keşiş bu şəhərdə yoxdur: “Bilirəm, Keşiş burada da yox­dur”170. Sofi onunla razılaşmır: özü şəhərə gedir və Ke­şi­şin, doğrudan da, orada olmadığını görür. Tək qalan Kərəm hal keçirir: “...qəm-qüssə onu çuğladı, sazı döşünə basıb (5 bənd­lik şeirlə – S.R.) dedi:
Qəlbi havaynan uçarsan,

Endirəydim, könül, səni.

Budaq-budaq gül dalına,

Qonduraydım, könül, səni...”171


Kərəmin şəhərin kənarında Keşişin həmin şəhərdə ol­ma­dı­ğını bilməsi və keçirdiyi hal bütöv bir kompleksdir. Hə­min kompleks süjetüstündə üç şeirlə müşayiət olunan üç epi­zodu təşkil edir. Bu epizodlar həm sufi halının psixologiyasını (haqq aşiqinin ekstaz halını), həm də şaman qamlamasının psi­­xologiyasını (şamanın ekstaz halını) öyrənmək baxımından əhə­miyyətlidir. Odur ki, bu üç epizodu ardıcıllıqla izləyək. Bi­rinci epizodun təhlili göstərir ki:

– Kərəmin halının şəhərin kənarında (sərhədində) də­yiş­­məsi (mətndə “qəm-qüssə” halı) bu epizodu şəhər mə­ka­nı­na ke­çid ritualının epik ifadəsi hesab etməyə imkan verir. La­kin Kə­rəmin şəhərə daxil olmaması, onun Keşişin şəhərdə ol­ma­dı­ğını qabaqcadan bilməsi, Sofinin bunu yoxlaması, Kə­rəmin öz düşdüyü halı beş bəndlik şeirlə-sazla ifadə etməsi bütün bunları həm süjetüstündə, həm də süjetaltında magik-mistik si­tuasiya kimi izah etməyə imkan verir. Kərəm bir kəramət (mö­cüzə) daşıyıcısı (övliya) kimi Keşişin şəhərdə olmadığını qabaqcadan bilir. Lakin o, qəm-qüssə ilə müşayiət olunan hal ke­çirir və buna uyğun ritual davranışları (çalmaq-oxumaq) nü­ma­yiş etdirir. Bu, süjetaltında şaman qamlaması və şəhərlə xə­bərləşmədir. Ona görə də biz bu epizodu hal-xəbərləşmə adlandırırıq.

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin