§ 12.21. Yolla hal-xəbərləşmə
Sofi şəhərdən qayıdıb gələrək Keşişin doğrudan da şəhərdə olmadığını xəbər verir: “Kərəmin ürəyi dəmirçi kürəsi kimi yanmağa başladı. Sazı döşünə basdı. Üzünü yollara tutub (4 bəndlik şeirlə – S.R.) dedi:
Qasid, yardan yaman xəbər gətirdin,
Mənə nə əcayib hal oldu bu gün.
Bir olan dərdimi yüzə yetirdi,
Yandı qara bağrım kül oldu bu gün...”172
Təhlil göstərir ki:
– Kərəmin bu ikinci epizodun nəsr hissəsində yola üz tutaraq şeir deməsi – yolla xəbərləşmə, şeirin özündə isə öz düşdüyü əcayib (qəribə) halı ifadə etməsi – könüllə hal-xəbərləşmədir.
– Könüllə xəbərləşmə həsbi-hal, yəni könüllə söhbət, müsahiblik deməkdir. Bu, sufinin trans halı, könül dünyasına səyahətdir. Sufi dünyanı ağılla dərk etmir, könüllə duyur (yaşayır).
– Kərəmin süjetüstündə yola üz tutaraq könlünün halını bəyan etməsi süjetaltında (kosmoloji sxem-süjetdə) şamanın yolla xəbərləşməsi və qamlama halının (psixolojisinin) ifadəsidir.
Dostları ilə paylaş: |