Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 13.03. Qarının Əslini identifikasiyadan keçirməsi



Yüklə 2,29 Mb.
səhifə160/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   156   157   158   159   160   161   162   163   ...   269
§ 13.03. Qarının Əslini identifikasiyadan keçirməsi
Kərəmin gəlib çıxdığı bağ Hələb paşasının darğası Gül­xa­nın imiş. Kərəmin dərdindən xəbər tutan Gülxan ona kö­mək elə­mək qərarına gəlir. Əslinin harada yaşadığını bildiyini Kə­rəmə söy­ləyir. Gülxan bir qarı çağırıb, ona pul verir ki, Kə­rə­min gəl­diyini Əsliyə söyləsin. Lakin imanlı ipək qarı bu iş­də bir hiylə ola biləcəyindən qorxur və əvvəlcə Əslini sorğu-suala tutur: “Qa­rı onu sınamaq üçün qəsdən başladı öyüd-nə­si­hət eləməyə ki:

– Nə istəyirsən onnan? O, müsəlman, sən erməni. Ondan əl çək, gəl səni gözəl bir oğlana verim.

Əsli qarıdan bu sözləri eşitcək üç tel ayırıb sinəsaz elədi, al­dı görək (3 bəndlik şeirlə – S.R.) nə dedi:
Qarı nənə, gəl eyləmə məzəmmət,

Bülbülüm var, gülşənim var, gülüm var.

Zalım fələk verib dərdin bolunnan,

Göydən yerə olub, yaman zülüm var...


...Qarı dedi:

  • Qızım mən səni sınayırdım. İndi səni Kərəmlə bağ­ça­da görüşdürsəm, razı olarsanmı?”248

Beləliklə:

– İpək qarının Əslini sınağa çəkməsi etnokosmik iden­ti­fi­ka­siyadır. Xaosa gediş etnokosmik identifikasiya sınaq­ların­dan təşkil olunduğu kimi, Kosmosa qayıdış da eyni sınaq­lar­dan təşkil olunur. Kərəm Xaosa mərhələ-mərhələ adladığı ki­mi, geriyə də mərhələlərlə qayıdır. Bir mərhələdən digərinə ad­lama keçid mexanizmləri vasitəsi ilə gerçəkləşir. Bağ belə bir keçid məkanıdır. Hər keçid identifikativ sı­naq/eyni­ləş­dir­mələrlə müşayiət olunur. Bağdaki digər identifikasiyalar (ta­nı­mama, oxşatma, cilddəyişmə) da eyni məqsədə xidmət edir.

– İpək qarı, bildiyimiz kimi, məhəbbət dastanlarında bu­ta almış qəhrəmanları ayıldan, onların dilini başa düşən ob­raz­dır. Bu, ritual baxımdan patronluqdur. Bu cəhətdən, İpək qa­rının Kosmosa dönüş yolunda olan Əslini sınağa çəkməsi tə­sadüfi olmayıb, həmin qarının funksional struktur sxeminə aid hərəkət kimi nəzərdən keçirilməlidir.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin