Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 16.4. “Qazanın namusu” Oğuz kosmosunun



Yüklə 2,29 Mb.
səhifə228/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   224   225   226   227   228   229   230   231   ...   269
§ 16.4. “Qazanın namusu” Oğuz kosmosunun

semantik nüvəsi kimi
Göründüyü kimi, Şöklü Məliyin Qazana “heyf eyləmək üçün” onun arvadını məclisə gətirib şərab paylatdırmaq is­tə­mə­si, sadəcə, heyif almaq – qisas, acıq vermək yox, Oğuz kos­mosunun məhvi ritualıdır. Bu ritualın əsasında “namus sın­dırmaq” konsepti durur. Diqqət edək:

– Qazan evdə olmayanda onun evi yağmalanmışdır.

– Qazanın evi Oğuz kosmosunun simvolu, konsentrasiya nü­vəsidir.

– Qazanın evinin yağmalanması ilə xanlıqdan məhrum olur.

– O, Qaraca Çobanla ritual keçirərək özünün Alp/İgid sta­tusundan da məhrum olur.

– Statusdəyişmə Kosmosla Xaos arasındakı aralıq/keçid mə­kanda baş verir. İndi Qazan keçid məkanın varlığı kimi nə kos­moslu, nə xaosludur: o, ikili status daşıyır.

– “Xanolma” ritualının sxeminə görə, Qazan oğurlanmış evi­ni, hakimiyyətini və kosmik statusunu qaytarmalıdır.

– Qazanın düşməni olan Şöklü Məlik onun yenidən xan ol­masını istəmir. Buna görə də Qazanın hakimiyyətə qayıdan yo­lunu birdəfəlik məhv etmək istəyir.

– “Namussındırma ritualı” buna xidmət edir. Əgər Qa­za­nın namusu sındırılarsa, o, bir daha nə xan, nə alp/igid ola bil­məz, nə də öz xanlıq kosmosunu bərpa edə bilməz.

– Demək, “Qazanın namusu”, indiki halda Oğuz-Xaos qar­şıdurmasının əsas konseptidir. Hər şey namusun sındırılıb-sın­dırılmayacağından asılıdır.

– “Qazanın namusu” kosmoqonik konsept – yaradılışın əsa­sıdır. Qazanın, onun xanlığının, alp/igidliyinin və Qazanın sim­vollaşdırdığı Oğuz kosmosunun yenidən yaradılışı bu kon­sept­dən asılıdır.

– “Qazanın namusu” həm də süjetyaradıcı konseptdir: sü­jetin hansı variant (kosmoloji, xaosoloji) üzrə inkişafı da na­musun sındırılıb-sındırılmayacağından asılıdır.

Beləliklə, Kosmosun yaradılması bütün göstəricilər üzrə “Qazanın namusu” konseptinə müncər olunur. Bu halda “Qazanın namusu” Oğuz kosmosunun nüvəsi, yenidən ya­ra­dıl­masının toxumudur.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin