Balıklığ. Bu hidronim bir dəfə ŞU abidəsində işlənmişdir: Anta yana tüşip Orkun, Balıklığ beltirinte el örginin anta örgin ititdim (ŞU34).- Orada yenə düşərgə salıb Orxon çayı ilə Balıklı çayının qovşağında kağanlıq otağını qurdurdum.
Ehtimal etmək olar ki, Balıklı hidronimi Ordubalık şəhərinin yerləşdiyi bölgədə olmuşdur. Bu hidronimin apelyativi balıq çox olan çay mənasını ifadə edir.
Karağu hidronimi (ŞU25) İrtış və Yenisey çaylarının arasındakı bir çayın adıdır. Bu toponim ehtimal ki, indiki Ob çayının qədim ifadə formasıdır. Karağu toponiminin apelyativi ehtimal ki, kara leksemi ilə əlaqədardır.
Dostları ilə paylaş: |