Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ ƏBÜLFƏz quliyev



Yüklə 1,03 Mb.
səhifə18/54
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#104025
1   ...   14   15   16   17   18   19   20   21   ...   54
Kan Iduk baş oronimi də yuxarıdakı mətndə işlənmişdir. Bu toponimin tərkibindəki kan komponentinin apelyativi əsas, baş, böyük, müqəddəs mənalarını ifadə etmiş və bir neçə toponimin tərkibində çıxış etmişdir. Məsələn, Xan tenqri Tyan-şan dağlarının zirvələrindən birinin adıdır. Eyni zamanda qırğız dilində kan jol, kan köçö ifadələrində kan sözü baş, böyük mənası ifadə etdiyi qeyd edilir (99, s. 74). Türk dünyasının çeşidli coğrafiyalarında tərkibində xan leksemi işlənən toponimlərə tez-tez təsadüf etmək olar. Məs, Pekin şəhərinin başqa adı Xanbalık idi. Qırğızıstanda Xantau, Özbəkistanda Xanarık, Türkmənistanda Xanoyuk, Xanxovuz, Xanyap, Başqırdıstanda Xantau, Xankala, Tuvada Xan-tayqa, Xakasiyada Xançul, Altayda Kaan-tura və s. (99, s. ^66). Türk mifologiyasından dağ və meşə kultu geniş şəkildə məlumdur. Ümumiyyətlə tarixi-mədəni apelyativlərə aid olan coğrafi adlar ilk zamanlarda təbiət qüvvə və varlıqlarının kultlaşdırılması nəticəsində, yəni dağ və çayların, yer və suyun, yer və göyün ilahiləşdirilməsi, müqəddəsləşdirilməsi nəticəsində yaranmışdır. Sibir türklərində belə bir inam vardır ki, hər hansı bölgə və ya zirvənin əsl adını bərkdən, ucadan demək, söyləmək olmaz. Çünki dağ iyələri/əyələri qəzəblənə bilər. Qəzəbləndiyi zaman o tabunu pozanı xəstəliklə, ailəsinə bədbəxtlik gətirməklə, quyusunun suyunu qurutmaqla və s. cəzalandırar. Bu məsələ ilə əlaqədar E.M.Murzayev yazır: На вершинах гор воздвигались каменные пирамиды обо, духам гор приносились жертвы, закаливали овец и быков, ставили ведра с молоком и кумысом. Н.А.Баскаков пишет о табуированной лекскике охотничего языка в номинации гор на Алтае: Абай-кобы «лог старшего брата" в значении «медвежий лог», где название айы заменено обращением к старшему брату абай" (99, s. 161).

Qeyd etdiyimiz kimi müqəddəs zirvələrdə, yerli dildə obo deyilən dik kurqan tipli təpəciklər, daş yığını düzəldilərdi. Təsadüfi deyildir ki, Xakasiyada Xan oba adlı dağ, Tigirtis (tanrı dişi) adlı dağ silsiləsi, Altayda Tenqeri adlı çay mövcuddur (99, s. 162). Yeri gəlmişkən bizcə türk toponimiyasının Muztağata, Baba dağ, Alma-Ata, Ataçay, Koşkar ata, Katun kimi yer adları bu inamla əlaqədar meydana çıxmışdır.

Demək, Kan ıduk baş oronimindəki kan komponenti türk mifologiyasındakı dağ kultu ilə əlaqədar olaraq yaranmışdır. Bu oronimin tərkibindəki ıduk komponenti (müqəddəs) Iduk baş şəklində Orxon abidələrindən olan Bxş 25-də də işlənmiş və Sibir türklərində indi də ızıx (d-z əvəzlənməsi) formasında gözə çarpır. Xakas dilində ızıx taq ifadəsi zirvəsində allahlara qurban kəsilən dağ mənasını bildirir. Bununla əlaqədar qədim türk abidələrində rast gəldiyimiz kimi burada da Izıxskie Kopi, Izıx, Izıxtaq, İzıxçul toponimləri meydana çıxmışdır (26a, s. 56).


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin