Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ ƏBÜLFƏz quliyev



Yüklə 1,03 Mb.
səhifə21/54
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#104025
1   ...   17   18   19   20   21   22   23   24   ...   54
Kara yotulkan (Ş, U 27). Altun yışın təpələrindən birinin adıdır. Bu toponimin tərkibindəki kara komponenti coğrafi obyektin böyüklüyünü ifadə edir.

Baybalık. Bu toponim türklərin 758-ci ildə inşa etdirdiyi ilk şəhərlərdən birinin adıdır. Bu oykonim haqqında ŞU abidəsində məlumat verilir: Suğdak, Tabğaçka Selenqede Bay balık yapıtı bertim (ŞU44). - Soğdlar və Çinlilərə Selenqedə Baybalıkı yapdırdım.

Mətndən də göründüyü kimi, bu şəhər Selenqe çayının sahilində, Orkun çayının Selenqaya töküldüyü yerin yuxarısında yerləşirdi. Arxeoloji qazıntılar zamanı qədim şəhər xarabaları, bu materialdan isə Süme monastırının tikildiyi aşkar edilmişdir (11a, s. 692). Bay balık oykoniminin apelyativi bay və balık leksemlərindən ibarətdir. Bay sözü qədim türk dilində zəngin, varlı mənasını ifadə edir və onomastik vahidlərin tərkibində geniş şəkildə çıxış edir. Balık komponenti də qədim türk sözü olub şəhər mənasını ifadə edir və Bavılbalık, Beşbalık, Uçayan balık, Yanqı balık kimi qədim türk oykonimlərinin tərkibində çıxış edir. XI əsrdə MK artıq balık lekseminin arxaikləşdiyini və onun yerinə kənt lekseminin işləndiyini qeyd edir və yazır ki, balık islamlıqdan çox əvvəl işlənmiş, türk dilində sığınaq, qala, şəhər deməkdir (MK, I, 379).

Müasir Azərbaycan toponimlərinin tərkibində də bu coğrafi terminə daşlaşmış şəkildə təsadüf edilir. Məs.: Balık indi İsmayıllı rayonunda bir kəndin adıdır (12, s. 69).

Kasar. Qeyd etmək lazımdır ki, Moyun çor xaqan 751-ci ildə Tez çayının qərbində Kasar adlı bölgədə otağını, çadırını qurdurub yayı burada keçirmişdir: Ol yıl Ötüken kedin uçınta Tez başınta Kasar Kordan örgin anta ititdim çıt anta tokıtdım, yay anta yayladım (ŞU7). - "O il hökmdar otağını Tezin yuxarısında Ötükenin qərb yamacında Kasar və Kordanda qurdurdum, divarlarını ucaltdım, yayı orda yayladım".

Onu da qeyd etməliyik ki, mətnin mötərizədə verilmiş hissəsi zədələndiyi üçün abidənin ilk tədqiqi zamanı oxunmamış, yalnız Terxin abidəsi aşkar edilib oxunduqdan sonra ŞU abidəsinin həmin qismi bərpa edilmişdir (58, s. 87). Buradakı kasar oykonimi tarixdə adı yaxşı bəlli olan xəzərlərlə bağlıdır. Xəzərlər, xəzər qəbiləsi uyğur qəbilə ittifaqına daxil idi. Ona görə də buradakı Kasar oykonimi etnotoponim sayılmalıdır.

Uyğur abidələrində rast gəldiyimiz Ötüken yış, Kara kum, Çoğay kuzı, Kögmen toponimləri Orxon-Yenisey abidələri bölməsində ətraflı tədqiq edildiyindən biz burada həmin yer adlarının adlarını çəkməklə kifayətlənirik.



  1. Yüklə 1,03 Mb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin