Ürüng beg kara bulak. 752-ci ildə Tokuz oğuzlar Ürünğ beq və Kara bulakda məskun olarkən qırğızlara bir elçi göndərib onlarla bir ittifaq təşkil etmişlər. ŞU abidəsində bu belə təsvir edilir: Yime yurtın yağıdıp kelmiş. Ürüng begig Kara bulakığ anı olurmuş, kırkız tapa er ıdmış (Ş-U, 22). - "Yenə itaət etməyərək düşmən olmuş, Ürünq beq, Kara bulakda oralarda oturmuş, kırğızlara adam göndərmişdir".
Bu toponimlər ehtimal ki, Abakanın şimalında yerləşmiş yerlərin adlarından ibarətdir. Ürünq beq oroniminin apelyativi olan ürünq leksemi qədim türk dilində ağ, bəyaz mənasını ifadə edirdi. Qədim türklərdə coğrafi obyektlərə müqəddəs yer kimi baxılmış və bu obyektlərin tanrılarla bağlılığı olduğuna inam olmuşdur. Ona görə də toponimlərə tabu kimi öz adını yox, insanların adlarını, qohumluq terminlərini vermişlər. Məs.: Abay kobi, Katun, Baba dağ, Muztağata və s. Bizcə, Ürünq beq toponimi də bu ənənə əsasında meydana çıxmışdır. Kara bulak toponimi isə etnotoponimdir, bir qəbilənin adı ilə bağlıdır. Təsadüfi deyildir ki, MK-da da elke bulak etnonimi haqqında məlumat vardır (MK, 1, 129).
Sukak yolı. Bu toponim ŞU abidəsi 35-ci sətirdə işlənmişdir: bır yiqirminç ay yigirmike Kara bulak önqdün, Sukak yolı anta Çigil iutuk anta sançtım (Ş-U, 35). - ... on birinci ayın iyirmisində Kara bulağın şərqində Sukak yolunda Çiqil tutuku orada məhv etdim.
Sukak yolı toponimi Abakan ətrafındakı ərazilərdən birinin adıdır. Bu toponimin apelyativi MK lüğətində işlənmiş və ceyranabənzər heyvanın adını ifadə etmişdir (MK, 1, 214). Görünür, bu ərazidə həmin heyvanın çox olması ilə əlaqədar həmin əraziyə Sukak yolı adı verilmişdi.
Tegres eli. Bu toponım ŞU və Terxin abidələrində (Terx. 18) işlənmişdir. Bəzi tədqiqatçılar Terxin abidəsindəki aşağıdakı toponimi ümumi isim kimi oxusalar da, T.Tekin onun yer adı olduğunu təsbit etmişdir: Eçüm apam sekiz on yıl olurmuş Ötüken yış Tegres eli (Terx. 18). - "Əcdadlarım səksən il hökm sürmüş, (yurdları) Ötüken yış, Teqres eli imiş". Bu toponim hər halda Ötüken (Xanqay dağları) bölgəsində bir yerin adıdır. Teqres eli toponiminin apelyativi teqre (dövrə, çevrə) leksemi ilə bağlıdır.
Ersegün. Bu toponim 753-cü ildə Moyun çor xaqanın türqiş və karluklarm mallarını yağmaladıqdan sonra ailəsini məskunlaşdırdığı yerin adıdır: Ebimin Ersegünte Yula költe kotım (Ş,-U, 30). - Ailəmi Erseqünde, Yula göldə yerləşdirdim. Bu coğrafi obyekt Cunqariya yaxınlığındakı bir yM adıdır. Toponimin apelyativi er və seqün ünsürlərindən ibarətdir. Ehtimal ki, segün sengün hərbi rütbə bildirən leksik vahidin dəyişilmiş şəklidir.
Dostları ilə paylaş: |