Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,93 Mb.
səhifə30/33
tarix01.01.2022
ölçüsü0,93 Mb.
#104279
1   ...   25   26   27   28   29   30   31   32   33
hirslənmək (n.) - itə dönmək (dan.)

içmək (n.) - içəri atmaq (dan.)

təhqir etmək (n.) - itin sözünü demək (dan.)

danlamaq (n.)- qabırğasına döşəmək (dan.) - dərsini vermək (dan.)



rüsvay etmək (n.) - zurnaya qoyub çalmaq (dan.)

Frazeoloji birləşmələrin əksəriyyəti danışıqda zarafat tərzində işlənir:



az-az görünmək (n.) - aya-günə dönmək (dan.zar.) bığyağı vermək (n.) - bığını yağlamaq (dan.zar.)

içmək (n.) - boğazını islatmaq (dan.zar.)

narahat olmaq (n.) - qarınağrısına düşmək (dan.zar.)

qorxutmaq (n.) - qarınağrısına salmaq (dan.zar.)

yemək (n.) - həzm-rabedən keçirmək (dan.zar.)-

qarnına qulluq etmək (dan.zar.) - toqqanın ( qurşağın)

altını bərkitmək (dan.zar.)

mane olmaq (n.) - qəmiş qoymaq (dan.zar.)

qocalmaq (n.) - saqqalı dəyirmanda ağarmaq (dan.zar.)

naz eləmək (n.) - qır vermək (satmaq) (dan.zar.)

dostlaşmaq (n.)- bacı -bacı olmaq (dan.zar.)

tərifləmək (n.)- qoltuğuna qarpız vermək (dan.zar.)

lovğalanmaq (n.) - qoltuğunun altı şişmək (dan.zar.)

narahat olmaq (dan.) - kürkünə birə düşmək (dan.zar.)

ölmək (n.) - papağı boş qalmaq (dan.zar.)

Frazeoloji birləşmələrin bir qismi qaba –loru dildə işlənir:

dəli olmaq (n.) - başına at təpmək (qaba-loru)

ağlamaq (n.)- gözünün qorasını (zılığını) axıtmaq (kin.qaba-loru)



danlamaq (n.) - başına itin suyunu tökmək (qaba –loru)

cəzalandırmaq (n.) - gönünü soymaq (almaq, çıxarmaq), dərisini soymaq (qaba – loru)

danlamaq (n.) - abrını almaq (qaba-loru)

Frazeoloji birləşmələrin bir qismi danışıqda kinayə ilə işlədilir:

yaltaqlanmaq (n.) - yerini şirin eləmək (kin.)

qudurmaq (n.) - yerişini azdırmaq (kin.məc.)

yemək (n.) - gözünə soxmaq (kin.)- gözünə təpmək (kin.)

arzulamaq (n.) - ürəyi atmaq (kin.)

Frazeologiya üslubi kateqoriya olub ekspressivlik, emosionallıq və obrazlılıq keyfiyyətinə malikdir.İstər canlı danışıq dilində, istərsə də bədii ədəbiyyatda frazeologiyanın işlədilməsi fikri ifadəli, gözəl və inandırıcı edir.

Frazeoloji birləşmələrin sinonim cərgələrlə birgə işlənməsi bədii ifadəlilik keyfiyyəti yaradaraq üslubi xüsusiyyətlərə malik olur. Bu üslubi xüsusiyyətlər isə aşağıdakılardan ibarətdir:

1.Frazeoloji birləşmələrin xalq danışıq dilində işlənməsi obrazların nitqini canlı, koloritli və maraqlı edir: (Xırda xanım:) Səbəbin allah evini yıxsın, tünbətün olsun, dərin yatsın, evi başına uçsun, dərbədər olsun məni bu evə düçar eləyəni...O günlərə daş düşeydi, zəlzələ oleydi, tarmar oleydi...(N.Vəzirov “ Daldan atılan daş topuğa dəyər” ).

2. Frazeoloji birləşmələrin sinonim cərgələrlə qoşa işlən­məsi fikri aydınlaşdırır, daha izahata ehtiyac qalmır: “ (Dilbər xanım:) Mən də ürəyimdə dedim : “ Ölün, canınız çıx­sın” (N.Vəzirov “ Yağışdan çıxdıq, yağmura düşdük” ), (Əş­rəf bəy:) Mənim əlacım elə ona qalıbdır ki, özüm mərd – mərdana deyim; hərçənd utanıram, həya edirəm...” (N.Vəzirov “ Yağışdan çıxdıq, yağmura düşdük” ).

3. İfadəni qüvvətləndirmək üçün çox zaman hər hansı bir söz əvəzinə onun sinonimi olan idiom işlənir: “ (Güləndam : ) Yusif bəy ilan dili çıxardır...Elə zarıyır, elə zarıyır, adamın yazığı gəlir...” (N.Vəzirov “ Adı var, özü yox”).

Burada yalvarmaq əvəzinə ilan dili çıxarmaq idiomu işlə­dilmişdir.

4. Frazeoloji birləşmələr hər hansı bir neytral sözlə bir­gə işlənərək ekspressivlik yaradır: (Rüstəm bəy: ) - Məni öldürün, ay camaat, mən biimanı dünyada sağ qoymayın...

”(N.Vəzirov “ Müsibəti - Fəxrəddin” ).

5. Eyni sözü təkrar etməmək üçün frazeoloji birləşmələr sinonim cərgələrlə qoşa işlənir:” (Bəli:) Bəs belə iti mən necə qucaqlamayım, bağrıma basmayım,?..” (N.Vəzirov “ Təzə əsrin ibtidası”)” Görünür, haralarda isə yurd – yuvalarından didərgin düşən mühacirlərin, cəlayi – vətənlərin milçək kimi tökülüb, səpələnib qırılan meyitlərini gəmirə - gəmirə,yeyə- yeyə azğınlaşıb, quduzdaşıb, hədlərini aşmışdılar” (S.Rəhimov “Şamo” 4-cü cild).

6. Frazeoloji birləşmələrin sinonim cərgələrlə qoşa işlən­məsi fikri daha dəqiq, incə məna çalarlıqlarını bildirir:

“(Hacı Məhəmməd bəy:) Mən bunlara baxanda nə qədər artıq dərəcədə şad oluram, könlüm fərəhlənir, qəlbim açılır və özüm də yüngül bir hala daxil oluram” (B.Talıblı “ Xəsis”).

7.Frazeoloji birləşmələrin sinonim cərgələrlə qoşa işlən­məsi mənanı daha təsirli edir, ekspressiya yaradır: “Məhz Minabəyim qarı da dönüb dəyişirdi, inqilabi sözlər­dən eşidincə özü bilmədən sərtləşirdi, möhkəmləşirdi, düş­mə­nə qarşı dəyanəti güclənirdi” (S.Rəhimov “ Şamo” 4-cü cild).

8. Frazeoloji birləşmələrin sinonim cərgədə işlənməsi bəzən nitqdə emosionallıq yaradır: “ ( Rüstəm bəy: ) Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdun xaraba qoydum, tar – mar elədim, evinə od vurdum, külün havaya sovurdum...” (N.Vəzirov “ Müsibəti - Fəxrəddin”).

Beləliklə, frazeoloji birləşmələrin sinonim cərgələrlə qo­şa işlənməsinin aşağıdakı keyfiyyətləri vardır: emosional­lıq, ekspressivlik, obrazlılıq, ifadəlilik, dəqiqlik, fikir aydın­lı­ğı, mənanı qüvvətləndirmə, təsirlilik, nitqdə qorxu və həyə­can yaratmaq.



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin