Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


Yemək – toqqanın altını bərktmək - qarnını doydurmaq – qarnını otarmaq – həzm-rabedən keçirmək; Yatmaq



Yüklə 0,93 Mb.
səhifə26/33
tarix01.01.2022
ölçüsü0,93 Mb.
#104279
1   ...   22   23   24   25   26   27   28   29   ...   33
Yemək – toqqanın altını bərktmək - qarnını doydurmaq – qarnını otarmaq – həzm-rabedən keçirmək;

Yatmaq – yuxuya getmək – cimir eləmək – başını yerə atmaq –yuxuya dalmaq – gözünün acısını almaq və s.

Frazeoloji sinonimlər onlara uyğun üslubi neytral sözlərdən fərqli olaraq danışıq dilinə, bəzən kitab dilinə uyğunluğu ilə xarakterizə olunur. Frazeoloji sinonimlər onlara sinonim olan frazeologiyanın əsasını təşkil edən sözlərdən məna keyfiyyətləri ilə də fərqlənirlər.

Məlumdur ki, obyektiv gərçəkliyin elə bir hadisəsi yoxdur ki, üslubi neytral sözlə ifadə olunmasın. Beləliklə, üslubi neytral sözlərin sinonimləri olan frazeologizmlər xüsusi sinonimik cərgə təşkil etmir, oraya yalnız sinonim sözlərlə birgə daxil olurlar. Lakin bu o demək deyildir ki, frazeologizmlər yalnız sözlərlə sinonimik münasibətə girirlər. Tədqiqat göstərir ki, Azərbaycan dilində üslubi neytral sözlərə bir neçə frazeoloji sinonim ifadələr qoşularaq sinonim cərgələri yaradır. Məsələn:

Aldatmaq ( n.) – kələk gəlmək – fırıldaq gəlmək

Utanmaq ( n.) – xəcalət çəkmək – rəng verib rəng almaq – xəcalətdən tər tökmək

Baxmaq (n.) - göz qoymaq – göz yetirmək – göz – qulaq olmaq

Yorulmaq (n.) - əldən düşmək – dildən düşmək – taqətdən düşmək – taqəti kəsilmək – kələyi kəsilmək və s.

Frazeoloji sinonimlər dilimizdə yalnız feli frazeoloji vahidlərə məxsusdur. Feli frazeoloji vahidlərin bir qismi təkmənalı, bir qismi isə iki və ya daha çox mənalıldır ( 12,165). Bunu da nəzərə almaq lazımdır ki, fellər başqa nitq hissələrinə qoşularaq həmin sözü cəlb edir və mənanın aydınlaşması, dəqiqləşməsi üçün zəmin yaradır. Məsələn:

Qulaq asmaqqulaq vermək− dinləmək

Abrını almaqabır vermək abrını vermək – danla­maq

Ağzına su almaqağzını mumlamaq − ağzına qıfıl vur­maq- susmaq

Kefi kök ( saz) olmaqkefi duru olmaq – kefi yerin­də olmaq – şən (şad) olmaq



Ağıl verməkağıl qoymaq – ağıl öyrətmək – öyrət­mək və s.

Frazeoloji sinonimlər leksik sinonimlərlə birləşərək leksik–frazeoloji sinonimlər cərgəsini yaradır. Bunlar bir–birlərindən fərqlənsələr də kontekstdə ( mətndə) biri digərini əvəz edə bilir.

Professor H.Bayramov sinonimlərin bu iki növünü çox düzgün olaraq aşağıdakı kimi fərqləndirmişdir. Birinci fərq ondan ibarətdir ki, “ hər bir frazeoloji sinonim müəy­yən bir obrazın əsasında formalaşır ki, bu cəhət leksik sino­nimlərdə yoxdur”. İkinci fərq: “ Şəxs, zaman, təsdiq–in­kar aspekti, felin şəkilləri kimi qrammatik əlamətlərin ha-mısı dilimizdəki fellərə eyni dərəcədə aid olunduğundan bun­ların sinonimləri müxtəlif formalarda işlədilir. Felə ek­vi­valent olan frazeoloji vahidlərin bir qismində isə bu cə­hət­lər həm məhduddur, həm də bu və ya digər əlamətə gö­rə fərqli səciyyə daşıyır” (12,163-164).

Azərbaycan dilində, ümumiyyətlə, frazeoloji sino­nim­lər aşaıdakı yollarla düzəlir:



  1. Sinonimikanı təşkil edən məfhumların biri leksikaya, di­gəri isə frazeologiyaya ( idioma) aid olur. Məsələn:


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin