Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


Üslubi sinonimlər və kontekst ( cümlə, mətn)



Yüklə 0,93 Mb.
səhifə24/33
tarix01.01.2022
ölçüsü0,93 Mb.
#104279
1   ...   20   21   22   23   24   25   26   27   ...   33
3. Üslubi sinonimlər və kontekst ( cümlə, mətn)

Sinonimlərin cümlə va ya mətn daxilində işlədilməsi fərdilik xüsusiyyəti daşıyır. Bunun üçün sənətkar söz və ifadələri ümumxalq dilindən alır, onları məqsədə, bədii mətnin tələbinə uyğun işlədir. Sözlər və ifadələr istər cümlədə, istərsə də müəyyən bir hadisənin mətndə təsviri zamanı məqsədəmüvafiq işlənir və rəngarəng çalarlar yaradır. Həm cümlədə, həm də mətndə məna əsas rol oynayır. İşlədilən söz mətnin mənasına uyğun sadə, aydın, dəqiq olmalıdır ki, dil ağırlaşmasın. Məlumdur ki, sözün mənası nitqdə anlaşılır.

İstər cümlədə, istərsə də mətndə söz və ifadə öz üslubi gözəlliyini itirməməlidir. Mənaya uyğun olmayan bir sözün yerinə başqa bir sözün işlədilməsi fikrin ifadəsini çətinləşdirir, məna isə üslubi gözəlliyini itirir.

İstənilən hər hansı bir söz çoxmənalılıq xüsusiyyətinə malikdir. Lakin belə sözlər fikri düzgün ifadə etmək üçün həm cümlədə, həm də mətndə aydın və dəqiq olur. Məsələn, “Qızıl Meydan” işləndiyi halda, “Qırmızı Meydan” işlənməz. “O, gözəl oxuyur” deyə bilərik, “o, göyçək oxuyur” deyə bilmərik. “Heyvanlar qırıldı, öldü” işləndiyi halda, “heyvanlar həlak oldu”, “heyvanlar vəfat etdi” kimi işlənməz. Bunun üçün də söz və ifadənin nitq mədəniyyətində öz işlənmə yeri, öz işlənmə prinsipi, üslubi yeri var.

Sözlərin və ifadələrin mətni mənaları ən çox bədii üslubda özünü göstərir. Məsələn, Ə.Cəmilin “Danışır ay” şeirində “ay” sözünə sinonim olan açağıdakı mənaları verilir:

Mən Ayam...

Bir adım Ay,

Bir adım da Qəmərdir.

Mən Ayam, mənim yaşım

Yerin yaşı qədərdir.

Mən Ayam.

Bir adım Ay,

Bir adım da Hilaldır.

Dənizim yox, meşəm yox,

Dağım, daşım da laldır.

Mən Ayam.

Bir adım Ay,

Bir adım Ayparadır

Yanağımın biri ağ,

O biri qapqaradır.

Mən Ayam.

Bir adım Ay,

Bir adım göylər qızı.

Ulduzlar da unudub

Çoxdandır mən yalqızı.
Mətn daxilində sinonimlərin bu cür işlədilməsi ob­raz­lılıq yaradır, təkrara yol verilmir, yorucu olmur, ahəng­darlıq alınır, fikri aydınlaşdırır. Elə buna görə də şair müxtəlif sinonimlərdən məharətlə istifadə etmişdir.

Əvvəldə qeyd etdik ki, üslubi sinonim cərgəsini təş­kil edən sözlərdən birincisi neytral dominant olduğu halda, digərləri ədəbi dildə, frazeoloji birləşmələrdə, meta­fora­larda, canlı danışıq dilində, jarqonizmdə, vulqarizm­lərdə, dialek­tizm­lərdə, alınma sözlərdə, müasir poetizmdə, evfe­mizm­lərdə və s.-də meydana çıxır, mətndə özünü açıq-aydın gös­tərir. Belə mürəkkəb fərqi, belə mürəkkəb prosesi aşa­ğıdakı sözlərdə görmək mümkündür. Semantikasına görə “ölmək” və “öldürmək” sözlərinin hər birinin Azərbaycan dilində 200-dən artıq sinonimi vardır ki, bu sinonim cərgəsini təşkil edən söz və müxtəlif tərkibli ifadələr yuxarıda göstərilən halların bəzilərinə aiddir:

Ölmək – vəfat etmək – dünyadan köçmək − ömrünü bağışlamaq− rəhmətə getmək− həlak olmaq – qərq olmaq – qətl qılmaq (köhn.)− qəbr evinə getmək – qəbrə qismət olmaq – dünyaya göz yummaq − əzrayıl aparmaq − əcəli tamam olmaq – içıqlı dünyadan köçmək (getmək) − kəfənə bürünmək – həyatdan getmək – dünyanın əzablarından qurtarmaq − əbədi yuxuya getmək – gözlərini yummaq – tələf olmaq – torpağa qısmət olmaq− mövt olmaq (arx.) – ömrü bitmək (başa çatmaq) – ömrü kəsilmək – torpağa üz qoymaq – uyumaq – səqərə cummaq (arx.) – canını təslim etmək – cəhənnəmə vasil olmaq − cəhənnəmə təşrif aparmaq – kəfəni saraltmaq ( vulq.) və s.

Bədii mətndə üslubi sinonimlər müxtəlif funksiyaları yerinə yetirir, birinci növbədə, yazıçının özünəməxsus üslubi ilə bağlı olur.

Üslubi sinonimlər bədii dildə aşağıdakı funksional imkana malikdir:

1. Hadisə və predmeti canlı ( bədii) təsvir etmək;

2. Nitqi rəngarəng etmək;

3. Mənanın emosionallığını və bədiiliyini gücləndir­mək;

4. Bədii portret yaratmaq;

5. Bu və ya digər bir neçə sözün təkrar verilmə­si­nə yol verməmək;

6. Mənanı izah etmək və dəqiqləşdirmək.

Üslubi sinonimlərin bütün bu funksiyalarından C.Cab­­barlı, M.S.Ordubadi, S.Rəhimov, M.İbrahimov, İ.Əfən­­diyev, B.Bayramov, Anar və başqa Azərbaycan yazı­çı­­ları öz əsərlərində istifadə etmişdir.

M.İbrahimovun “ Gələcək gün” romanından bir neçə mi­sal göstərək: “ Bəlkə də bu bir təsəvvür deyil, bir röya idi. Bəlkə də bütün bunları o, yuxuda görürdü: azad və xoş bir dünya. İnsan bütün varlığının ağasıdır, hakimi­dir...Firudin 1915 – ci ildə...Azərşəhərdə anadan olmuşdur... Firu­din xırda bir daxmada dünyaya gəlmişdi... Firudinin atası da, babası da burada doğulmuşdu...; Gülnaz da gəlib anasının yanında əyləşdi...Ayaz və Niyaz gəlib Busa kişinin sağında və solunda oturaraq, gah Firudinə, gah atalarına baxır, səslərini çıxarmırdılar...;( Musa:) Hələ sinnim qırx olmayıb, amma həştad yaşında qocadan pis gündəyəm...; ... hava otların iyini, sünbüllərin qoxusunu gətirirdi...; Bu şəraitdə hər hansı bir küncdə saralıb solacağı mühəqqət olan kasıb, yoxsul, çıl- çılpaq bir kəndli qızına oxutmaq, insan içərisinə çıxarmaq, ona özünün necə yaxşı oşlər görməyə qabil olduğunu göstərmək! “ ( səh.7-22).

S.Rəhimov “ öldürmək” sözünü müxtəlif sinonim ifadələrlə əvəz edib işlətmişdir: “ ( Yusif Cəlal: ) Yoxsa üç yüz yılın romanovlarını devirən bolşeviklər burada ayaqlanırsa, səni də tapdar, çamura döndərər, özünü edam, əmlakını müsadirə edib qadınını – qızını da zorlar, eyi halında kəndlilərinə xatın edər( səh. 65) . ( Pası: ) Yalvarırıam sizə, bəylər bu ölət kaftarı bizim evdə öldürməyin, bunun murdar qanını bizim Kərbəla ocağına tökməyin ... Nəfəsi qaralan, üzə duran əsgərlərini kəndirlədib dar ağacına apartdıran, aradabir itaətdən çıxanların boğazına kəndir keçirtdirib asdıran, asılasına da zövqlə tamaşa edən Yusif Cəlal paşa dönüb, möhkəm bir kəndir istədi. – İştə şu kəndiri şu gavurun boğazına salınız.- dedi.− Nereyə, − hansı ata–baba kahasına istəyirsə sürükləyiniz, toğrusunu söyləməzsə, elə oradaca işini bitiriniz ( səh.79) . Məgər bunların hər birisi üzlərinə ağ olub qabaranların qanlarına öz əllərini azmı batırmışlar? ... Amma indi kim idi bu an içində Sultanda paşanı birbaşa dara çəkən? (səh.85). Axı, döndərib demək olmazdı ki, bəs qoca öz–özünə qəsd etmişdir. ( Gülsənəm: ) Görmədin, yoluma çıxan yalquzağı necə gəbərdib, necə buraya pənah gətirmişəm? ( səh.127). Tamam əliyalınlıqdansa beləcə ibtidai alətin birisilə də olsa yenə də əlisilahlı olmaq, öz amansız düşməninə qarşı sinə gərib dəyanətlə durmaq, vəhşini, yaxud vəhşiləşən düşməni məhv edib onu dəf etmək, tərkini qılıb həyatını söndürmək, biryolluq məhv−qəhr etmək gərəkdir...( səh.176). Fikrində hey gəzib, dolanan kimi, onu da , Məliklərini də xapdan yaxalayıb, hansı bir qurğu – hiylə ilə desən aradan götürə bilərdilər ( səh.177). ... bizi fələyin xərcinə verib, başlı gözlü itirsinlər. Minabəyim nənənin qarılığına Məlikməhəmmədlə Məlikməhəmmədin uşaqlığına baxmayaraq, bunları məhv edib, tamamən tərklərini qılsınlar. ( səh.233). ... qoçu Ağabalanı belə bir qarı öz qanına qəltan etmişdir? ( səh.236) . Həmçinin o ucqar Çalbayırla bu yaxın Əncirli qaya arasında əlaqə yaradan çalbayırlı Ocaqqulunu dəxi dəstigir edib ortadan götürmək gərəkdir (səh.237). ... baş xəfiyyənin də başını elə bacardıqca bu gələcək dalaşda – döyüş­də əkmək və mütləq əkdirmək gərəkdir( səh 289) . (Bəy Əfəndi:) Onda mən o yanda qurulan pulemyotumuzun lüləsini o tərəfə çevirib, şəxsən özüm şəridini işə salıb, atəşlə onları çal qaya çatlarına bitişdirib biryolluq susduraram ( səh.303). ( S.Rəhimov. “ Şamo”, 4-cü cild).




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin