Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,93 Mb.
səhifə23/33
tarix01.01.2022
ölçüsü0,93 Mb.
#104279
1   ...   19   20   21   22   23   24   25   26   ...   33
Görürəm, maşallah, bol savadın var;

Hər yerdən, hər şeydən məlumatın var.

B.Vahabzadə



Buğlana–buğlana nəhəng maşınlar,

Qar təpələrinə hücum çəkdi, bax!

S.Vurğun


Qəbr içinə uzatdılar,

Zorba, yekə qayaları.

M.Rahim


Bu misallarda “ çox” , “ böyük” sözləri əvəzinə “ bol” , “ nəhəng”, “ zorba” , “yekə” sinonimləri işlədilmişdir.

2. Mənanı dəqiqləşdirmək üçün metaforik sinonimlərdən daha çox istifadə edilir. Dildə metaforanın işlənməsi üslubi sinonim cərgəsinin artmasına səbəb olur. Metaforanın iki növü var:

1. Poetik ( üslubi) metafora;

2. Leksik metafora.

Poetik metafora leksik metafora kimi ifadəli, təsirli, mənalıdır. O, tez gözə çarpır, asan duyulur. Poetik metafora yalnız üslubi məqsəd daşıyır, fikrin, hissin müxtəlif çalarlığını aydın, dəqiq və əlvan verməkdə müəllifə kömək edir.

Üslubi metafora fərdidir, yaradıcı şəxsin öz məh­sulu­dur və böyük ustalıq tələb edir. O , ifadəli və rən­ga­rəng­dir, nitqdə emosiya və ekspessivlik yaradır.

Nəsimi, Xətai, Füzuli, Vaqif, Zakir, Sabir və başqa şair­lərin poeziyası metafora ilə zəngindir.

Metaforalardan daha çox satira və yumor yaratmaq üçün istifadə edilir. Məsələn, aşağıdakı misallarda bunu daha aydın görmək olur:



Bir də görürsən ki, olub heyvərə,

Əlli uşaq banladı birrdən – birə...

M.Ə.Sabir



Oxudaq gözləri açılmamış əhvadımızı,

Görmüşəm elm oxumuş heyvərə damadımızı.

M.Ə.Sabir

“ ( Fatma xanım: ) Get boğma pişir, zəhər pişir, zəhə­ri­­mar pişir, dərd, vərəm pişir, yaxşımı...” (N.Vəzirov. “Son­­rakı peşmançılıq fayda verməz”).

Burada “qışqırdı” əvəzinə banladı və “ədəbsiz” əvə­zinə heyvərə, “ yemək” əvəzinə zəhər, zəhərimar, boğma söz­ləri məcazi mənada işlədilmişdir.

3.Həm klassik, həm də müasir poeziyada ekspres­siv­lik yaratmaq, ifadəni daha dəqiq vermək məqsədi ilə sino­nim təkrarlardan geniş istifadə edilir. Belə təkrarlanma həm də ifadəni qüvvətləndirir:

Yarın həsərtindən, dünya qəmindən

Əyilib qamətim koğıya döndü,

Heyf oldu yarın şirin söhbəti,

Zəhərə, zəqquma, ağıya döndü.

M.Cuma


Şeirdə bəzi sözlərin seçilib işlədilməsi vəzn və qafiyə xarakteri daşıyır. S.Rüstəmin “ Çapayev” şeirində bunun şahidi oluruq:

Çapay keçir hücuma,

Yel kimi cuma – cuma.

Bu misralarda şair “ qaçmaq” sözünün əvəzinə danışıqda işlədilən “ cummaq” sözündən istifadə etmiş və “ hücuma” sözünə “ cuma – cuma” ifadəsini həmqafiyə edərək şeirdə axıcılıq yaratmış, mənanı isə qüvvətli vermişdir. Belə halları şeirin başqa misralarında da görürük:



Tüfənglər, pulemyotlar səsləndikcə ta, ta, ta

Yaralılar qaçırlar havadan tuta – tuta.

Çapayın üzərinə od yağır, alov yağır,

Yüksələn nərələrdən yer sağır, səma sağır.

Sözlərin qafiyə tələbinə uyğun işlənməsi N.Gən­cə­li­nin və başqa şairlərin şeirlərində də təsadüf edilir:



Yaradan, bəsləyər,sonra soldurar,

Bir yandan uçurar, bir yandan qurar.

Yorulmaz, usanmaz, axtarar, arar,

Arzusu, diləyi, nədi , bilinməz!

N.Gəncəli “ Bilinməz”

Bu bənddə şair yanaşı işlətdiyi axtarar, arar sino­nim­lərini heca, vəzn və qafiyə tələbinə görə sıralamış, arar sözünü qurar sözünə həmqafiyə olaraq sonda yerləş­dir­mişdir. Həm də şair həmqafiyə xatirinə tikər sözünün sino­nimi olan qurar sözünü vermişdir.

Şair həmin şeirinin başqa bir bəndində isə “zə­ma­nə” sözünə həmqafiyə “ dəli” sözünün sinonimi olan və klassik ədəbiyyatda işlənən “ divanə” sözünü vermişdir:



Hünər meydanıdır bizim zəmanə,

Yayılsın şüartək sözüm zəmanə:

- Ya kordur, ya düşmən, ya da divanə.

Novruz Gəncəli “ Olsun” şeirində “ gün” sözünə həm­qa­fiyə olan “ düyün” sözünü “ toy” sözündən sonra işlət­mişdir:



Bu nə bayram, bu nə şənlik, bu nə gün.

İmişlilər, hər gününüz ağ olsun!

Qapınızdan əskilməsin toy, düyün,

Bu bolluğu yaradanlar sağ olsun!

M.Ə.Sabir “ Oxutmuram, əl çəkin” satirik şeirində qafiyə xatirinə ədəbi dildə işlədilən “ başa düşmək” ifadəsi əvəzinə onun sinonimi olan və danışıqda işlədilən “ qanmaq” sözünü işlətmişdir:



Bəs ki, uşaqdır hələ, yaxşı- yaman sanmayır,

Elmin əbəs olduğun anlamayır, qanmayır.

Şeirdə hecanın pozulmaması üçün çox vaxt neytral sözün yerinə onun sinonimi olan başqa söz işlədilir:



Sinada yandırır gün göyü, yeri,

Yenə də ərəbin vətəni darda.

Su” deyib yananda ərəb əsgəri



Mənim dodaqlarım çatlayır burda.

B.Vahabzadə

Şair burada vəzn ağırlaşmamaq, heca pozulmamaq üçün “ günəş” sözünün əvəzinə “ gün” sözünü işlətmişdir. Əgər “ günəş” işlətsə idi misrada 11 heca deyil, 12 heca olardı və ahəngdarlıq, axıcılıq pozulardı.

Məcazi sözlərin poetik məqamlarlarda istifadə şeirdə qaf­iyə tərzini saxlayır. Məsələn, “ Koroğlu” dastanından götürül­müş aşağıdakı parçada “ qoç” sözü həm “ igid” sözü­nə sinonim kimi, həm də “ puç” sözünə qafiyə məqa­mında işlədilmişdir:



Sənə deyim qoç Koroğlu,

Düşmənlər gələcək oldu.

Sonun olar puç Koroğlu,

Düşmənlər gələcək oldu.
“Koroğlu” dastanından başqa bir misal:

Nərəm davada, qızğın nər,

Dünyada göstərdim hünər,

Boyandı əlimdə şeşpər,

Sana deyim, telli Nigar!

Burada “nər” sözü həm “güclü” sözünün sinonimi ki­­­mi həm də “hünər” və “şeştər” sözlərinə qafiyə məqa­mın­­­da işlədilmişdir.




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin