Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


III FƏSİL ÜSLUBİ SİNONİMLƏRİN BƏDİİ İFADƏ XÜSUSİYYƏTLƏRİ



Yüklə 0,93 Mb.
səhifə19/33
tarix01.01.2022
ölçüsü0,93 Mb.
#104279
1   ...   15   16   17   18   19   20   21   22   ...   33
III FƏSİL
ÜSLUBİ SİNONİMLƏRİN BƏDİİ İFADƏ XÜSUSİYYƏTLƏRİ
1. Bədiiliyin yaranmasında sinonim cərgələrdən

istifadə yolları

Ədəbi dilin inkişaf edib zənginləşməsində, forma­la­şıb möhkəmlənməsində bədii ədəbiyyatın yük­sək dərəcəli xidmətini nəzərə almamaq olmaz. Dil­də bədii sözün başlıca vəzifəsi bundan ibarətdir ki, bə­dii ədəbiyyat ümumxalq danışıq dilindən bəhrələnərək ədə­bi dilə çoxlu söz və ifadə gətirir, nitq ehtiyatını zə­n­gi­n­ləş­di­rir.

Bədii əsərlərdə külli miqdarda sinonim sözlər işləd­i­lir ki, onlar da dilə ifadəlilik keyfiyyəti verir, mənanı də­qiqləşdirir, ifadəni qüvvətləndirir, çətin sözlərin mənasını açır, nitqi rəngarəng edir, dildə ahəngdarlıq yaradır, tək­ra­rın qarşısını alır və s. S.Cəfərov haqlı olaraq yazır ki, si­no­nim­lər bədii dilin ifadə vasitələrindən biri sayılır (36, 32).

Sinonim cərgədə mütləq və nisbi mənalar ifadə edil­məklə bədii ədəbiyyatda üslubilik yaranır və mətndə öz ək­sini tapır:

Çox şeyi bilirik,

Sirlər qat-ba-qat,

Bitməsin insanın arzusu, dərdi.

Yaxşı ki, bilmirik...

Yoxsa bu həyat

Necə adiləşər, cadələşərdi.

B.Vahabzadə “Yaxşı ki, bilmirik...”

Göründüyü kimi, burada üslubi sinonimlər “adiləşər” və “sadələşər” sözlərində öz əksini tapmışdır.

Əsərdə bədiiliyi yüksəltmək, öz fikrini oxuculara daha dolğun çatdırmaq üçün şair və yazıçılarımız sinonim sözlərdən geniş istifadə edir. Deməli, sinonimlər yaradıcı şəxs tərəfindən işlədilən bədii ifadə vasitəsidir. Elə buna görə də ədiblər öz əsərlərində sinonim cərgələrdən olduqca çox istifadə edir. Çünki bu fərdi yaradıcılıq üslubu ilə üzvi surətdə bağlı olur.

Yazıçı üslubu (fərdi üslub − N.S.) ümumxalq dilinə mən­sub olan vasitələrdən subyektiv zövqünə uyğun olan­la­rı­nın xüsusı şəkildə seçilib fərdi xarakterdə işlədilməsi ilə səciy­yələnir (36, 87).

Görkəmli fransız təbiətşünası Lui Jorj Büffon demiş­dir ki, üslub insanın özüdür. Doğrudan da, yaradıcı müəl­lif öz üslubunda yazıb yaradarsa, deməli, üslub elə hə­min ədibin özüdür.

Fərdi üslub sahibi dilin saflığı, təmizlıyi məsələ­sin­də tələbkar olmalı, əcnəbi sözlərdən, lazım olmayan söz və ifa­­dələrdən uzaqlaşmalı, əsl ümumxalq dilində yazıb − yarat­­malıdır.

Fərdi üslub şəxsi yaradıcılıq manerasıdır. C.X. Hacı­yev yazır:”...dünyada nə qədər yazıçı varsa, bir o qədər də bə­­dii üslub vardır, çünki bir yazıçı ilə digər yazıçı ara­sın­da tam mənada eyniyyət işarəsi qoymaq olmaz” (34, 100).

Ə.Haqverdiyev “Marallarım” satirik povestində mürid­ləri öz şəxsiyyətlərinə görə belə təsvir edir:

Axund iftarı yeyib təsbehi alır əlinə, başlayır hesablamağa: bəzzaz Palazqulaq oğlu –otuz manat, fərə Cəfər əlli manat, süpürgəsaqqal Rəhim –on manat, Dana Bayram –on manat, köpükburun oğlu – on manat, çürük Mehdi –on manat, yetim Dadaş – beş manat, cığ-cığ Fərzalı – beş manat, içgənə Kərim – beş manat, zurna Balaxanımın uşaq­ları – on manat, ya əvəzində iyirmi manat, quzğun Səfi bəy – bir çuval buğda, keçəl Mir Heydər – bir şaqqa keçi əti...”

Bu parçada yazıçı tərəfindən “bəzzaz” köhnə məişət­də tacir sözünün, “dana” yöndəmsiz sözünün, “kö­pük­burun” pərəburun sözünün, “çürük” məcazi mənada pis sözü­nün, “cığ-cığ” ağlağan, cırsəslı sözlərinin, “zurna” mə­cazi mənada danışqan sözünün, “quzğun” yırtıcı sözünün sino­nimi kimi verilmişdir. Deməli, bədii ədəbiyyatda sino­nim cərgələr metafora hesabına da zənginləşir.

Buradan göründüyü kimi yazıçı üslubi zərurətlə əlaqədar sözlərin bəzilərini məcazlaşdırmışdır. Deməli, fərdi-üslubi sinonimlər sözlərin məcazlaşması əsasında da yaranır. Ə.Haqverdiyev burada sadə danışıq dilindən istifadə edərək hadisənin gedişində ekspressivlik yaratmış və müridlərin iç üzlərini, mənfi xarakterlərini obrazlı bir şəkildə təsvir etmişdir.

Azərbaycan dilində iki, üç, dörd, beş və daha artıq sö­zlərdən ibarət sinonim cərgəsi əmələ gəlir ki, bunlardan biri dominant, yəni aparıcı rol oynayır, əsas mənanı dol­ğun və konkret ifadə edir, digərləri isə ondan asılı olur. Belə cərgələr ən çox bədii əsərlərdə özünü göstərərək qüv­vətli bədii ifadə vasitəsi yaradır, fikri təsirli və ekspressiv şəkil­də ifadə edir.

Sinonim cərgələrin mövcudluğu şair və yazıçıya, pub­lisistə bu və ya digər fikrin aydınlaşması üçün üslubi də­qiqlək verir.

Müəllif sinonim cərgələrə tez-tez müraciət edir. Bu isə yaradıcı şəxsin fərdi bacarığına əsaslanır. Sinonimlərin ya­na­şı işlədilməsi isə, qeyd etdiyimiz kimi, fikri qüvvətli, tə­sirli və ekspressiv edir. Belə prosesdə sinonimlər se­mantik və üslubca bir-birindən fərqlənməlidir.

Sinonim cərgələrdən istifadə edilməsi üç formada özünü göstərir:

1.Sinonimlər qoşa işlənir,bu, sinonim birləşmələr adla­nır;

2. Sinonimlər yanaşı işlənir, bu, sinonim düzümü adla­nır;

3. Sinonim sözün biri izahat üçün mötərizədə işlənir, bu, izahlı sinonim adlanır.

1. Hadisələri, fikri konkretləşdirmək və dəqiqləş­dir­mək üçün yazıçı və şairlər sinonimlərin qoşa işlənməsindən geniş istifadə edirlər. Belə sinonim sözlər defislə yazılır. Məsələn, zir-zibil; ad-san; zər-ziba; dərd -kədər; al-qırmızı; ah - zar; ah -nalə ; açıq - aşkar; açıq - saçıq ; bəzək - düzək ; gözəl - göyçək; var - dövlət ; qədd - qamət ; qəm – qüssə ; qəm – qubar ; dərd – bəla; dərd – qəm; dərd - ələm; şəkk - şübhə ; toy - düyün ; sağ -salamat və s.

Bu kimi sözlər danışıq dilində daha çox işlənir və fərq­li üslubla əlaqədar olaraq dilin zənginləşməsində mü­hüm rol oynayır. M.Adilov haqlı olaraq yazır ki, sino­nim­lərin birləşməsi ümumxalq dilinin və ayrıca bir əsərdə ya­zı­çı dilinin lüğətinin zənginləşməsinə gətirib çıxarır (3,121).

Sinonimlərin qoşa işlənməsinə Ə.Haqverdiyevin, xüsusilə ən çox S.Rəhimovun, B.Bayramovun əsərlərində rast gəlirik: “ On iki il bu minval ilə keçdi və bu müddətdə bir yandan qəm - qüssə, bir yandan istəkli ərin fərağı, bir yandan gecə-gündüz işləyib xəlvətə çəkilib ağlamaq Gülsümü bir halətə salmışdı ki, uşaqlar adına Gülsüm nənə deyirdilər” (Ə.Haqverdiyev) ; “ Kaş bir tək Şamo bu işıqlı dünya üzündə sağ–salamat qalaydı... (S.Rəhimov); (Qeybəli:) Yəni buna heç bir şəkk–şübhə ola bilməz?” (S.Rəhimov); “Özünə nə qədər baxmaq istəməsə də, pal­tar­la­rını adlı−sanlı dərzilərə tikdirməsə də, hətta özünün tə­ləm– tələsik tikib əyninə aldığı geyim ona yaraşırdı” (B.Bay­ramov).

Burada işlənən qəm-qüssə, sağ-salamat, şəkk- şübhə, adlı -sanlı sözləri qoşa işlənən sinonimlərdir.

2. Sinonimlər yanaşı işləndikdə də bədii ifadə vasitəsi yaradır, bu cür istifadə yazıçıya müxtəlif üslubi məqsədlərə nail olmağa kömək edir ( 22,50).

“ Hər bir sonra gələn söz özündən əvvəlkini aydın­laş­dırır, dəqiqləşdirir yaxud qüvvətləndirir və belə quruluşla həm­çinin nitqin müəyyən ritmik rəsminə də nail olunur.” (95,45). Məsələn, “ Canını dişini tutub bu yarı dərdə dözmək, tablamaq olardı” ( S.Rəhimov).

Bu cümlədəki “ tablamaq” ədəbi dildə, “ dözmək” isə ən çox danışıqda işlənir.

Başqa bir misal:


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin